Yaponiyada menecmentin təcrübəsi


ABŞ-da menecmentin təcrübəsi



Yüklə 1,03 Mb.
səhifə2/3
tarix03.10.2023
ölçüsü1,03 Mb.
#151692
1   2   3
menecment

ABŞ-da menecmentin təcrübəsi

Bu ölkə menecmentin zəngin təcrübəsinə malikdir. Amerikan menecerləri həmişə işgüzar keyfiyyətləri ilə fərqlənmişlər. Menecmentin amerikan modelinin mahiyyətini son dərəcə qısa bir sözlə ifadə etmək olar – individuallıq.


Bu əsasən ABŞ-ın tarixi ilə əlaqədar olmaqla, iri dövlətlərdən fərqli olaraq, 1776-cı ildən yaranmışdır. Mühacirlər və onların övladları amerikan cəmiyyətində insanın psixologiyasını formalaşdırdılar. Bu insanların yeni şəraitdə özlərinin mövcud olması üçün sağ qalmasında ancaq özünə ümid etməsinə məcburiyyətilə əlaqədardır.
Konkret halda menecer dominantlıq edir yaxud öz tabeçilərinin iradələrini, arzularını, ehtiyaclarını əzir, onların təşəbbüskarlığını buxovlayır.
Belə sərt rəhbərlik stili amerikalılar üçün ən çox XX əsrin 1-ci yarısında xarakterik olmuşdur. Belə tip menecerə klassik misal Ford Motor Company-avtomobil tikintisi nəhənginin banisi (əsasını qoyan) yaşlı H.Forddur. O, xüsusilə deyirdi: “Sizdə işləyənlərə həddindən artıq sakit yaşamağa imkan verməyin. Həmişə onların sizdən gözlədiklərinin əksinə hərəkət edin. Qoy hər zaman narahatlıqlar olsun və kürək arxasından sizə baxsınlar”.




H.Ford

Rəhbər kadrların işinin səmərəliliyinin artırılması, onların professional biliklərinin sistemli yeniləşməsi üçün ABŞ-da universitetlərdə fəaliyyət göstərən müxtəlif ixtisasartırma kurslarından geniş istifadə olunur. Amerikan şirkətləri öz menecerlərini belə kurslara aşağıdakı məqsədlərə görə göndərirlər:


◊ rəhbərin uzaqgörənliyinin genişləndirilməsi, onun baş verən hadisələrin gedişini görmək bacarığı. Beləliklə menecerin əlavə məsuliyyəti öz üzərinə götürməsinə hazırlamaq;
◊ firmanın rəhbərliyində nəzəriyyə və təcrübəyə toxunan son informasiyalarla rəhbərliyi tanış etmək;
◊ problemlərin və qərarların qəbulunun baxılmasına yaradıcı, novatorlu yanaşmasının mükafatlandırılması;
◊ menecerə digər işgüzar dünyanın biznesmenləri ilə yeni ideyaların və problemlərin müzakirə edilməsinə imkan vermək;
◊ menecerin özünə gələcək karyerada öz imkanlarını və şirkətdə öz rolunu qiymətləndirilməsinə kömək etmək.
“Qiymətləndirmə mərkəzləri”nə və şirkətlərin müxtəlif funksional bölmələrinin rəhbər işçiləri daxil edilirlər.
“Qiymətləndirmə mərkəzləri”nin ştatı özünün müəyyən funksiyalarını icra etmək üçün xüsusi hazırlıq keçir.
Sonra bir həftə ərzində namizədlərə müsahibə və müxtəlif testlər verirlər. Sonra namizədin müxtəlif qabiliyyətlərini aşkar etmək məqsədilə “i/e-də işgüzar oyunlar” keçirilir. İ/e-də işçinin keyfiyyətləri yazılı cavablarda yaxud tapşırıqlar zamanı davranışlarda ifadə olunur. Onlar bir qədər daimi olmaqla gələcəyi proqnoz etməyə imkan verir.
Adətən burada aşağıdakılar yoxlanılır:
1. Qrupa rəhbərlik bacarığı.
2.Hüquqların ötürülməsi.
3.Digər iştirakçıların fəaliyyətinə nəzarət.
4.Yeni ideyaların düzgünlüyünə inandırmaq.
5.Motivləşdirmək və inandırmaq.
6.Məhdud vaxt şəraitində fəaliyyət.
7.Yeni ideyaları irəli sürmə
Xarici həmkarları kimi, amerikan menecerləri də çox işləyirlər:
60 saatlıq iş həftəsi onlar üçün normadır. Onların bir çoxu həftədə hətta 90 saat da işləyirlər. İş yerində onlar artıq səhər saat 6-dan yaxud 7-dən olurlar.
Menecerlər əsas əməkdaşların gəlməsindən xeyli əvvəl işə gəlirlər. İş günü qurtardıqdan sonra menecerlər evlərinə ailələri ilə olmağa gedirlər. Axşam yarıdan keçmiş menecerlər 5-6 saatlıq yuxu istirahətinə qədər işgüzar kağızlar arxasında olurlar. Əməklərinin belə sərf edilməsi onlardan şənbə və istirahət günlərində bəzən bir neçə saat alır.
Nəticədə real olaraq menecerlərin yarıdan çoxu vaxtlarının 70%-ə qədərini evdə keçirmirlər.
İntensiv iş rejimi yaxsı sağlamlıq, fiziki hazırlıq tələb edir. İşçi günü nə qədər gərgin olsa belə, menecerlərin çoxu bədən tərbiyəsi ilə məşğul olmağa vaxt tapırlar.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin