3.Texnoloji hissə 3.1 Texnoloji istehsal sxeminin və istehsal üsulunun seçilməsi Sementin üyüdülməsi açıq və qapalı dövr üzrə aparıla bilər.Sementi daha narın üyütmək üçün qapalı dövr üzrə işləyən dəyirmanseçirəm. Klinker dəyirmanda üyüdülərək elevator vasitəsilə separatora verilir və narın hissə ayrılır, kobud hissə isə yenidən həmin dəyirmana qaytarılır. İki dəyirman tətbiq etdikdə material əvvəlcə kobud üyüdülən dəyirmana verilir, üyüdüldükdən sonra elevator vasitəsilə seperatora göndərilir, oradan kobud üyüdülmüş hissə ikinci dəyirmana göndərilir ki, orada yenidən üyüdülür, sonradan isə separatorda ayrılmış narın hissə ilə qarışdırılır.
Qapalı dövr üzrə üyütmənin müsbət cəhətlərindən biri odur ki, sementin narınlığını artırmaq lazım gəldikdə açıq dövrdə olduğu kimi üyüdücü cisimlərin assortimentini dəyişməyə ehtiyac qalmır, çünki yüksək narınlıq materialın dəyirmandakı dövrünü artırmaqla əldə edilir. Qapalı dövr üzrə alınmış 80 sementin temperaturu açıq dövr üzrə alınmış sementin temperaturu açıq dövrə nisbətən 25...35ºC aşağı olur ki, bu da mühüm cəhətdir. Qapalı dövrdə üyütmə prosesinin texnoloji sxemlərindən biri də ondan ibarətdir ki, material dəyirmanın birinci kamerasını keçdikdən sonra seperatora göndərilir.
3.2 Qəbul edilmiş texnologiyanın təsvir olunması və istehsalın təşkili