YAQUB ƏLIOĞLU
QARABAĞIN ŞƏHİD OĞULLARININ NARAHAT RUHLARINA VƏ ERMƏNİ
FAŞİSTLƏRİNİN ƏSARƏTİNDƏ HƏSRƏTLƏ GÖZLƏRİ YOLDA QALAN ŞƏHƏR-
LƏRİMİZİN, RAYONLARIMIZIN, KƏND-LƏRİMİZİN VNÜDULMAZ ƏZİZXA
TİRƏSİNƏ İTHAF EDİRƏM...
MÜƏLLİF.
■
ŞUŞA TEATRI...
f
BAKI – 2001
ÖN SOZ...
BAKIDAN GÖRÜNƏN ŞUŞA
Azərbaycan meydan tamaşa-larınm, "Qaravəlli"lərin, "Kilim-arası"nın (kukla oyunlannın) tə-
şəkkül tarixi min illərin tarixini aşıb və gedib düz xalq mədəniy-yətinin lap ilk dövrlərinə çıxır.
Amma teatrşünaslığımız xalq teat-rının tarixinə çox az çıraq tutub. Doğrudur, bəzi tədqiqat əsər-
lərində xalq teatrmın müəyyən dövr mərhələsindən bəhs edilsə də, əslində onun poetika
xüsusiyyətləri, elmi-nəzəri prinsipləri, estetik göstəriciləri tədqiqatdan kənarda qalıb.
Elə peşəkar teatnmızın da tarixi hərtərəfli öyrənilməyib. Xüsusilə Azərbaycan teatr həyatının
1938-1949-cu illər dövrü. O dövr ki, Lənkəranda (Azərbaycan və rus), Şəmkirdə, Şuşada
(Azərbaycan və erməni), Şəkidə, Şamaxıda, Qubada, Ağdaşda, Göyçayda, Bərdədə, Zaqatalada,
Ağdamda, Qaryagində (indiki Füzuli rayonu), Salyanda, Sabirabadda, Qazaxda, Ordubadda
Dövlət Dram teatrlan fəaliyyət göstərib. Bu sənət ocaqlarımn əksər qismi 1942~1943-cü ilə
qədər Dövlət Kolxoz-Sovxoz Teatn adı ilə işləyiblər və sonra "kolxoz-sovxoz" sözü aradan
götürülüb. Teatrşünaskğımız isə ümumiyyətlə, teatr tariximizin bu mərhələsi haqqında susub, ən
yaxşı halda kimsə bir cümlə ilə böyük bir dövrü "ümumiləşdirərək" əsas məqsəddən yan keçib.
Adlarını sadaladığım sənət ocaqları arasında Şuşa Dövlət Musiqili-Dram Teatrının özünəməxsus
yaradıcılıq rolu var. Nə-hayət ki, teatrşünas Yaqub Əlioğlu bu teatrın yaradıcıhq döv-ründən,
bütövlükdə isə Şuşa şəhəri teatr mühitindən bəhs edən, elmi araşdırmalara söykənən sanballı bir
kitab yazıb. Elə bu cəhdin özü alqışlanmalı, təqdir edilməli və teatrşünaslığımızda yeni tədqiqat
istiqamətinin örnəyi olmalıdır. Əminəm ki, olacaq da. "Şuşa teatrı..." bir neçə bölmədən (Şuşanm
teatr mühiti, Şuşa kolxoz-sovxoz teatn, U.Hacıbəyov adına Şuşa Dövlət Mıısi-qiIi-Dram teatn,
Şuşa Musiqüi xalq teatn, Şuşa Dövlət Musiqili-Dram teatrı, Şuşa teatr mühitinin yetirmələri və
b.) ibarətdir. Həmin bölmələr əslində Şuşa teatr mühitinin xronoloji ardıcıl-hğından doğub və
yekunda sənət yolu panoramına çevrilib.
Yaqub Əlioğlu səriştəli teatrşünasdır. Onun qəzet səhifə-lərində müxtəlif teatrlann tamaşalarına
aid maraqlı resenziyalan (Yaqub Məmmədov imzası ilə) çap olunub, ayn-ayrı aktyorlar-dan,
rejissorlardan portret-oçerkləri dərc olunub. Teatnn müxtəlif sahəterini əhatə eləyən kitablan işıq
üzü görüb. Mənim aləmim-də isə "Şuşa teatrı..." kitabı Yaqub Əlioğlımun həm ciddi, həm vacib,
həm də maraqlı tədqiqat-araşdırmasının məhsuludur.
Müəllifın uğurlu cəhdlərindən biri də budur ki, o, teatnn tarixi inkişaf yolunu ardıcıl tədqiq
etməklə yanaşı, həm də Şuşa mühitinin yetirmələri olan Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir
bəy, Nəcəf bəy Vəzirov, Niyazi, Mehdi Məmmədov, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Əhməd
Ağdamski... barədə ensiklopedik məlumatları oxunaqlı və əhatəli tərzdə ümumi-ləşdirib.
"Şuşa teatrı..." kitabı dil-üslubuna görə də maraq doğurur. Kitabda çoxlu infonnasiya var və
bunların çoxu ayrı-ayrılıqda müxtəlif tədqiqatlar üçütı ilkin mənbə ola bilər. Məsələn, "Şuşa
teatrının üslub və janr axtarışlan", "Şuşa teatnnda aktyor prob-lemi", "Rejissor üslubu və Şuşa
teatrı", "Repertuar və teatr"... problemləri çox yığcam şəkildə Yaqubun kitabmda öz təcəs-
sümünü tapıb. Əslində isə bunlar müstəqil elmi araşdırmamn mövzusudur.
Yaqub Əlioğlu Bakıdan görünən Şuşa teatr mühitinə aydınhq və elmi prinsipiallıq gətirmək
cəhdində uğurlu nəticələrə nail olub. İnanıram ki, bu kitab həm peşəkarlar üçün lazımi vəsait
olacaq, həm də geniş oxucu kütləsində maraq doğuracaq. Ən əsası isə Azərbaycanm rayon
Dövlət teatrlarmın tədqiqi yolunda örnəyə çevriləcək, teatrşünaslıq elmimizin tədqiqat arealını
zən-ginləşdirməklə əsaslı vəsaitə çevriləcək.
İlham Rəhimli
Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi
QOYNUNA GİRMƏYƏ QALMIŞDIR BİR AZ KÖNÜL FƏRƏHLƏNİB EYIƏDİ PƏRVAZ.
ÖLMƏYİB GÖRƏYDİM SEYRİNİ HƏR YAZ, SƏNDƏ VARDIR BAŞQA LƏTAFƏT, ŞUŞA!
SƏMƏD VURĞUN.
ŞUŞANIN TEATR MÜHİTİ...
Bəşəri dəyərlərə söykənən zəngin köklərdən, adət-ənənə-lərdən, mərasimlərdən, folklordan
bəhrələnərək boy atan hər bir sənət növünün inkişaf tapmasında dövr və zaman amili ilə yanaşı,
həm də həmin məkandakıların münasibətlərini, həyat baxışlannı açıqlayan münbit mənəvi
zəminin mühüm rolu vardır. Məhz işıqlı təbiətə raalik zəngin abu-havalı bir mühitdə insan və
cəmiyyətin həyatmda mühüm rol oynayan sağlam düşüncəli mənəvi dəyərlər həyata uzun
Ömürlü, əbədi bir sənət vəsiqəsi ala bilir. Bu mənada incəsənətin başqa növləri kimi teatr sənə-
tinin də doğulduğu mühitdən çox şey asıh olur.
Məlumdur ki, Qarabağm dilbər, cənnət gıışəsi olan Şuşa Azərbaycan (Türk) ədəbiyyatma,
incəsənətinə, teatrına dahi sənətkarlar bəxş etmişdir. Maddi və mənəvi abidələrlə zəngih olan
Şuşa qalası yarandığı gündən bütün dövrlərdə, Avropa və şərq səyyahlannı, tacirlərini Özünə
heyranhqla cəlb edən mə-dəniyyət mərkəzi olmuşdur. Avropa və Şərq mədəniyyətinin
qovuşduğu bir məkanda təbii ki, şəhər meydanında pərvəriş tapan çox qədim kökləri və ənənələri
olan əmək fəaliyyəti ilə bağlı qədim ayinlər, mərasimlər, oyunlar nümayiş etdirilir,
gözbağlayıcılar (foksçular), dərvişlər, kəndirbazlar öz məharət-lərini meydanlarda xalqa
göstərirdilər. Meydanlarda oynamlan "Kosa-kosa", "Kilimarası", "Qaravəlli", "Kəfsəc", "Qodu-
qodu" xalq oyun tamaşalarına yerli camaatla yanaşı, müsafırlər də heyranhqla baxırdılar. Nikbin
əhval-ruhiyyəli bu tamaşalarda, gülüş, satira və kinayə ilə insanların çatışmayan cəhətləri, qüsur-
ları, naqis keyfıyyətləri meydan oyıınbazlarımn məharəti ilə ifşa olunurdu. Xalq tamaşaları
adətən açıq meydanlarda olurdu. Oyunbazlar (onlara lotular, mütrüblər də deyirdilər) heç bir
səhnə dekorun-dan istifadə etmədən camaatın gözü qarşısında müxtəlif oyun çıxardırdılar.
Pəhləvanlar öz ustalıqlarını göstərir, sehrbazlar hipnoz vasitəsilə müxtəlif gözbağlayıcı
"möcüzə"lər göstərir, kəndirbazlar zuraa səsi ilə kəndir üzərində, kuklaçılar isə palaz arxasında
oyun çıxardır, eyham və tapmacalarla camaatı əylən-dirirdilər. Meydanlarda, bazarlarda xalq
dərvişlərin möcüzə və mədhiyyələrinə diqqət kəsilirdilər. Məlumdur ki, dərvişlik peşəsinin
əsasını XVI əsrdə Səfəvilər sülaləsi qoymuşdur. Məqsəd şiəliyin təbliği və möhkəmlənməsi
olmuşdıu*.
Qədim dövrdən Azərbaycanda ölən insam dəfh etmək mə-rasimi vaxtı camaat bir yerə toplamr,
onu oxşayıb torpağa tapşırır-dılar. Bu mərasimlərə xüsusi olaraq yuğçu dəvət olumırdu.
Yuğçular qopuz çalıb mərhumun qəhrəmanhğından damşar, ağı deyib onu həzin-həzin
oxşayardılar. Bu oxşamalar yunan-ların Dionis ayininə və yaxud hindlilərin Budda üçün ağlama-
lanna çox oxşar idi. Bütün bu oyunlarda, mərasimlərdə gələ-cəkdə formalaşacaq professional
teatnn elementləri, komponent-ləri, oyun parametrlərini müəyynələşdirən janrları (komediya,
faciə, dram) öz təcəssümünü tapmaqda idi. XVI əsrdə xalq teatrı ilə yanaşı şiəliyi təbliğ edan
yeni tamaşa növü olan şəbih-lərə başqa şəhərlərdə olduğu kimi Şuşada da geniş yer yerilirdi.
Adətən şəbihlərin məzmunu eyni olurdu. Sənətşünashq doktoru, professor Mahmud
AUahverdiyev şəhər divarları yamnda, dağın döşündə keçirilən şəbih tamaşası haqqmda belə
yazır: - "... Şuşada keçirilən şəbih tamaşasmda əvvəl sinə vuranlar dəstəsi gəlir, sonra Hüseynin
qızına nişanlanmış kiçik İmam bər-bəzəkli şəkildə səhnəyə daxil olurdu. O, Hüseyndən
müharibəyə girmək icazəsini alır və müharibədə Öləcəyini də əvvəlcədən bilirdi. Onun ancasınca
Yezidin ordusu və sərkərdəsi səhnəyə çıxırdılar. Nəhayət, Hüseynin atı meydana daxil olurkən,
yaralanndan qan süzülürdü. Belə naturalistik ünsürlər bütün təfsilatı ilə "şəbih"lərdə nümayiş
etdirilirdi. Bu dəstələr keçib qurtardıqdan sonra İmam Hüseynin tabutunu gətirirdilər. Hüseynin
ölüsünü təmsil edən müqəvvamn sinəsinə bir neçə nizə sancıhr, cənazəsinin hər iki tərəfində isə
günahsızhğı təmsiJ edən göyərçinlər qoyulurdu."
1
Şuşadakı "şəbih" tamaşalannı öz tablosunda əks etdirən rəssam V.Vereşşaginin əl işitıə diqqət
yetirdikdə sanki emosional hisslərlə çuğlanmaqla insan kütləvi faciənin iştirakçısma çevrilir.
Təbii, belə izdihamh bir tamaşada iştirakçı ifaçılarm sayı çoxluq təşkil edir və bütün baş verən
hadisələri təsirli etmək üçün şəbih oyununa cəlb olımmuşlan, çaİğıçılan, qoşun bÖlmə-lərini,
əsirləri, dəvələr dəstəsini, rövzəxanlan, zəncir və sinə vuranlan, xor dəstələrini vahid bir
kompozisiya ətrafında birləş-dirrnək Iazım idi. Belə bir məsul vəzifəni şəbihkərdan (rejissor) öz
boynuna götürürdü. Şəbihkərdän hadisələn hazırlayıb mey-dana gətirənə kimi, tamaşa
iştirakçılan ilə çox iş gorraəli olurdu. Şəbih tamaşasında iştirak edənlərdə həm də yamqh həzin
səs olmalı idi ki, onun oxuduğu qəsidələr mərasim iştirakçılarmm qəlblərini riqqətə gətirsin,
onlarm gözlərindən yaş çıxartsın. Şəbihlər adətən, naməlum müəlliflər tərəfindən yazıhrdı.
Miste-riyanm süjeti bu faciəni əks etdirməklə tamaşada iştirakçıları iki cəbhəyə bölürdü: İmam
və onun tərəfdarlan, bir də onlann düşmənləri. Tamaşada şəhid rollannı oynayanlar qəmli səslə
oxuyur, düşmən tərəfin iştirakçjlan isə qəzəbli reçitativlə da-nışırdılar. Birincilərin taleyinə
camaat ağlayır, ikinci tərəf-dəkilərə isə lənətlər yağdınrdı. Bax, beləcə Şuşanm meydan
'M.AIlahverdiyev "Azərbaycan xalq teatn tarixi", B - 1978, səh. 101.
və bazarlannda, karvansaralarında oynanılan tamaşalarda gülüş və göz yaşı (komediya və faciə)
insanların gündəlik həyatları idi. Şuşadakı xalq oyun və mərasimləri teatr ünsürləri ilə zəngin
olmaqla əsrdən-əsrə, nəsildən-nəslə məhz xalqın mənəvi inkişaf təkamülü ilə sıx tellərlə bağlı
olmaqla, forma və məzmununu zənginləşdirməklə təşəkkül tapmaqda idi.
XIX əsrdən başlayaraq Şuşada teatr tamaşalan artıq yeni ictimai məzmun və forma kəsb etməkdə
idi. Mütərəqqi fikirli insanlar arasmda teatra qarşı maraq hissi artdıqca, tərəqqiyə doğru cəhd
edildikcə, ətrafdakı cəhalətə, dini fanatizmə, köhnə adət-ənənəyə qarşı fikir oyaıuşı baş qaldınr,
sanki qaranlıqda çabalayan mənəvi gözlər açılmağa başlayırdı. Qaranlıqda işıq axtarmağın
yolunu isə mütərəqqi fıkirli ziyahlar xalqı maarif-ləndirməkdə görürdülər. Bu ideyanm həyata
keçməsində teatrın rolunu dərindən dərk edən yerli ziyalılar teatr tamaşaları göstər-məyə
başlayırlar.
İlk vaxtlarda yerli və başqa millətlərin nümayəndələri ilə birlikdə Şuşada teatr və sirk tamaşalan
göstərilməyə başlayır.
XIX əsrin 40-cı illərində şuşahların mədəni həyatmı maraqh faktlarla açıqlayıb göstərən
sənətşünashq doktoru, professor İnqilab Kərimov yazır: -"Məlum olur ki, yerli əhali yalnız xalq
teatrlannm tamaşalan, xanəndə və aşıqların çıxışlan ilə kifayət-lənməyib, müasir teatr
tamaşalarına da baxırmışlar. Şuşada yerli kəndirbazların və səyyar sirk artistlərinin də çıxışlan
olurdu. "Qafqaz" qəzeti bu barədə yazır: - "Hazırda şuşalıların bütütı əyləncələri içərisində
birinci yeri cənab Lamberkerin sirk tama-şaları tutur. Onun gözəl təşkil edilmiş truppası hər bir
şəhərdə camaatı yaxşıca əyləndirə bilər. Cənab Lamberkerin özü boş çəkilmiş kəndirdə
tullanmağı ilə tamaşaçüarm nəzərini cəlb edir.;
2
Ümumiyyətlə, XIX əsrin ortalarmda Şuşanın mədəni həyatında bir canlanma duyulmaqda idi.
Belə ki, 1848-ci ildə artıq Şuşada tamaşalann: oynanması üçün teatr və sİrk səhnələri var idi. Bu
haqda A.S. itnzalı müəl-lifin Şuşadan Tiflisə göndərdiyi məlumatda oxuyuruq: - "Estetik
:
İ.Kərimov "Ə.Haqverdiyev və teatr", B. - 1975, səh. 8. cəhətdən şuşahlar başqa şəhərlərdə
olmayan bir zövqə malik-dirlər. Burada yerli əhali teatr nə olduğunu bilmirdi. İndi isə ona
həvəslə baxır... Gözəl dekorasiyalar, zövqlə düzəldilmiş lojalar, dram sənətinin həvəskarlan olan
gözəl ifaçılarm oynadığı rollar tamaşaçılan çox cəlb edir.
3
Çox təəssüf ki, həmin tamaşanın və həvəskar artİstlərin adı qeyd olunan yazıda göstərilmir.
Lakin bu faktm özü şuşalılarm mədəni səviyyəsinin yüksək olmasma dəlalət etməklə, artıq
həmin şəhərdə teatr komponenti olan qarşılıqh tamaşa və tama-şaçı ünsiyyətinin movcud
olduğunu bir daha təsdiqləyir. Şuşa ziyahlan vaxtaşın tamaşalar oynayır, ədəbi məclislər qurur, o
zamanlar bütün Zaqafqaziyanın mədəni mərkəzi olan Tiflisdəki mütərəqqi düşüncəli maarifçi
ziyalılarla sıx əlaqə saxlayırdılar. Artıq Tiflisdə 1850-ci ildə M.F.Axundov özünün "Hekayəti-
Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyöjordanhəkimi-nəbatat və Dərviş Məstəli şah
cadukuni-məşhur", "Sərgüzəşti vəziri xani Lənkəran" komediyalannı yazmışdı. Görkəmli ədibin
komediyalan Peterburqda (1851) və Tiflisdə (1852) ev teatrla-nnda tamaşaya qoyulsa da, Öz
doğma məmləkətində onun bu əsərlərindən çoxlarmın xəbəri belə yox idi.
M.F.Axundov həmvətənlərini komediyalan ilə tanış etmək qəranna gəlir. Ən maraqhsı budur ki,
böyük ədib bu missiyasında üzünü Bakıya deyil, məhz teatr tamaşalarımn fntişar tapdığı Şuşaya
tutur. 1852-ci ildə Şuşa qaİasına gələn M.F.Axımdov əsərlərinin xalq arasmda yayılması üçün,
Qarabağ xanzadələ-rinin keçmiş müəllimi, Xoşnəvis Mirzə Əbdüllətif Molla Kəlbəli oğlunu
yanma dəvət edir. Bu haqda Mirzə Əbdüllətifin özünün məlumatı çox maraqlıdır: - "1852-ci ildə
həqiqəti və incəlikləri bilən, maarif və ürfan məsəbli və xeyirverən cənab Mirzə Fətəlı
Axundzadə, Qafqaz canişini şərəfli knyaz Vorontsovun buyruğu ilə bir əmri yerinə yetirmək
üçün Şuşa qalasına gəlib bu zəif bəndə Əbdüllətifi çağıraraq o yüksək rütbəli cənabın
əsərlərindən olan bu təmsillərin üzünü koçürməyi təklif etdi. Buna görə də onun əmrini yerinə
yetirərək bu təmsilləri Öz müsəvvədəsindən köçürüb yazdım."
4
3
"Kavkaz" qəzeti, 1848, N? 43.
4
Q.MəmmədIi "'Azərbaycan teatnnm salnaməsi", B - 1975, səh. 22.
Məlumdur ki, M.F.Axundovun "Təmsilat"mm kitab şəklində çapına 1859-cu ildə çar çinovniki
İ.K.Kaytmazov Qafqaz mət-buat komitəsi adından icazə vermişdir. Deməli, Mirzə Əbdüllətif
ədibin komediya və povestlərinin əlyazmasmdan əsərlərin üzünü çıxardaraq, Şuşa ziyahları
arasmda yaymışdır. Heç də təsadüfı deyil ki, sonradan Mirzə Fətəli Axundovun nikbin əhval-
ruhiy-yəli komediyalarının tamaşaları, Şuşanm teatr həyatmda apancı mövqeyə malik olmaqla
tamaşaçıların qəlb və düşüncələrinə, hiss və duyğularına hakim kəsilməklə onlan sirli-sehrli teatr
aləminə daha böyük qüvvə ilə cəzb etmiş olur.
Lakin camaatm teatr tamaşalarma güclü axmı din xadimlə-rinin və cahil adamların heç də
xoşuna gəlmirdi. Müxtəlif yol-larla insanların teatra olan marağmın qarşısını almaq istəyənlər,
cahillər teatr tamaşaları və şer-sənət məclisləri keçirmək üçün Şuşa ziyalılanmn yaratdıqları teatr
salonunu 1854-cü ildə qumar-xanaya çevirmişdilər. Təbii ki, mütərəqqi fıkirli ziyalılar bu halla
heç cür barışa bilməzdilər.
Yerli ziyalı İ.S.Abessalomov özü kimi düşünən bir neçə şuşalı gənclə birlikdə həmin klubun
salonunu təmir edib orada səliqə-sahman və qayda-qamın yaradır. Klubun səmərəli fəaliy-yət
göstərməsi üçün İ.S.Abessolomov başda olmaqla xüsusi ağsaqqallar şurası yaradıhr. Teatr
tamaşalanna diqqət daha da artır. Teatra olan bu müsbət münasibəti açıqlayan "Qafqaz" qəzeti
yazırdı: -"Hazırda bizim Şuşa cəmiyyətimizi iki şey ma-raqlandırır: klub və teatr. Bəzi yerli
adamların klubun gələcəyi barədə ümidsiz fıkirlərinə baxmayaraq onun fəaliyyəti xeyli
genişlənmiş, üzvlərinin sayı ikiqat artmışdır... Cəmiyyəti düşün-dürən ikinci əsas məsələ teatrdır.
Dəmək üzvlərinin həmrəy və yaxm münasibətdə olduqları bir şəraitdə teatr işini qaydaya salmaq
çətin deyildi. Xüsusilə, bir neçə nəfər səhnə sənəti ilə tanış olan, bu işə rəhbərlik etməyi bacaran
adamın olduğu təqdirdə, bu çətinlik xeyli azalır... Teatr işinə olan ümumi həvəs nəticəsində
ikimərtəbəli böyük ev tikilib teatrın ixtiyanna veril-miş, lazımi mebel alınmış və başlanğıc üçün
lazım olan pul əldə edilmişdir. İlk tamaşalar aşağıdakılardan ibarət olmuşdur: "Əldə olan şeyin
qədrini bilmirik, itirdikdə ağlayırıq" və "Evliliyin ləzzəti".
5
5
Qafqaz qəzetı, 1 mart 1872-cı ıl. Din xadimləri və cahil bəylər tərəfindən həmişə təhqir və
təqiblərə məruz qalan teatr həvəskarlan bəzən öz həyatları bahasına olsa beiə, tamaşa
oynamaqdan çəkinmirdilər. Şuşanın ilk teatr fədailərindən biri, mütərəqqi fıkirli, məlahətli səsi
olan müqtədir müəllim, şair təbli, istedadh aktyor, Azərbaycan teatr sənətinə 45 il cani-dildən
xidmət etmiş Mirzə Muxtar öz xati-rələrində belə bir maraqlı faktı açıqlayır: - "45 il bundan
qabaq (1874-cü ildə) Şuşada mərhum Mirzə Fətəli Axundovım əsəri "Hacı Qara"m tamaşaya
qoyduq. O vaxtda mətbəə-fılan olmadı-ğından qələm ilə 35 elan yazdıra və payladım camaata.
Axşam tamaşaçıların bəziləri, "şəriətə zidd bir şey olsa, vay halına", -deyib məni hədələdi.
Allaha şükür ki, dinə müxalif bir şey tapmayıb razı qaldılar."
6
Lakin sonralar teatr tamaşalarındakı çıxışlarına görə Mirzə Muxtar təqiblərə dözə bilməyib
doğma şəhərini tərk etməli olmuşdu. Şuşada teatr tamaşalan .insanlan əyləndirib, onlara həzz
bəxş etməklə yanaşı, özünün humanist baxışh ideyalan ilə tamaşaçılan təsirləndirib-
düşündürürdü. EIə ona görə Şuşada teatra ikili münasibət mövcud idi. Biri əql və düşüncəni
cövhər-ləndirən yeni mütərəqqi işıqlı fıkirlər, digəri isə arxaik həyat tərzinə söykənətı baxışlar...
Deməli, teatr həm də kohnəliklə yeniliyin qarşı-qarşıya durduğu bir məkan idi. Bu mübarizədə
kimin qalib çıxacağı, gələcək zamanın hökmünə bağlı idi. Bütün bu həqiqətləri duyub dərk edən
dövrün qabaqcıl insanlan, maarif və mədəniyyət xadimləri bütün qüvvələrini toplayaraq, teatr
tamaşalannın müntəzəm və mütəşəkkil bir şəkildə göstəril-məsinə çalışırdılar. Xüsusilə şəhərin
mütərəqqi ziyalıları, müəl-limləri həryay tətilində birlikdə yeni-yeni tamaşalar göstərirdilər. Bu
tamaşalar əsasən Mirzə Fətəli Axundovun komediyalarından ibarət idi. Tamaşaların iştirakçılan
isə Yusif bəy Məlik Haqnə-zərov, Haşım bəy Vəzirov, Bədəl bəy Bədəlbəyov, Əbülfət Vəli,
Firudin bəy Köçərli, Mirzə Muxtar Məmmədov, Həsənəli bəy Sarıcalinski, İsmayıl Şəfibəyov,
Cabbar Qaryağdıoğlu və başqalan idi. Bu tamaşalarda iştirak etmək üçün xüsusi musi-qiçilər də
dəvət olunurdu.
(>
Q.Məmmədli "Azərbaycan teatrınm salnaməsi", B - 1975-ci il, səh. 41 Ümumiyyətlə, Şuşa
musiqiçilərinə, xanəndələrinə teatr səh-nəsi doğma idi. Beİə ki, oniarın əksəriyyəti Tiflisdə
keçirilən teatr tamaşalannın antraktı (fasiləsi) zamanı çalıb-oxuyurdular. Görünür elə bu amilin
özü, xanəndələrin teatr tamaşalarında çıxışı, gələcəkdə tnusiqi ilə oxunan (operanın) teatr
tamaşalarınm meydana gəlməsinə müəyyən nıənada öz təsirini gostərə bilmişdir.
Şuşa gözəl təbiəti və istedadh saf insanları ilə yanaşı, həm də incəsənət-ədəbiyyat beşiyi
oİmuşdur. Elə buradaca ömrünün sonuna kimi qəlbi Şuşa ilə vurmuş musiqişünas, tədqiqatçı
Firu-din bəy Şuşinskinin yazdığı bu sətirləri xatırlamaq yerinə düşərdi: - "XIX əsrin 90-cı
illərində Şuşada bir sıra ədəbi, musiqi yə incəsənət məclisləri olmuşdur. Bu məclislərdən
musiqişünaslar məclisi (rəhbəri Nəwab), xəttatlar məclisi (rəhbəri Kərbəlayı Səfıxan),
xanəndələr məclisi (rəhbəri Hacı Hüsü), nüsxəbəndlər məclisi (rəhbəri Məşədi Əkbər), nəqqaşlar
məclisi (rəhbəri Kərbəlayi Səfərəli və Nəwab), memarlar məclisi (rəhbəri Kər-bəlayi Səfixan) və
sair məclislər olmuşdur. Şübhəsiz ki, bu məclislərin fəaliyyəti nəticəsİndə Şuşa şəhəri böyük
incəsənət və musiqi mərkəzinə çevrilmişdir."
7
Tədqiqatçının qənaətləri ilə hesablaşmaqla yanaşı, təkcə onu əlavə etmək istərdik ki, incəsənətin
adları çəkilən bütün bu komponentləri teatr sənətinin təbiətində təcəssüm tapmış vacib
amillərdir.
Şuşanın mədəni mühiti bütün dövrlərdə sözlə, səslə, musiqi ilə, bir sözlə, incəsənətlə nəfəs alıb.
Bu şəhəri başqa yerlərdən fərqləndirən əsas amillərdən biri, burada elmə-maarifə, sənət-karlığa
daima diqqət verilməsidir. Ona görə şuşalı gənclər təhsil ardınca Rusiyanm, Avropanm
şəhərlərinə üz tuturdular. Onlar öz doğma şəhərlərinə təhsil aldıqları mühitin maarifini, incəsə-
nətini gətirərək, Şuşanm mədəni həyatmı bu yeni ənənələrlə zənginləşdirirdilər. Şəhər realnı
məktəbində dərslər türk, alman, fransız, rus dillərində tədris olunurdu. Bu faktın özü-özlüyündə
şuşahların bəşəri dəyərlərə yiyələnmələrini, dünya sivilizasi-yasına can atmalarmı gostərən əsas
amillərdən biridir. Təbii
7
F.Şuşinski "Şuşa", B - 1998, səh. 128.
ki, məktəbdə müəllim və tələbələrdən İbarət xalq çalğı alətləri orkestri, xor və dram dərnəkləri
faliyyət göstərirdi.
"Novoe obozrenie" qəzeti Öz səhifəsində şuşalılann mədəni səviyyəsini, zövqünü və sənətə
diqqət yetirmələrini açıqlayan belə bir xəbər dərc etmişdir: - "22 aprel 1890-cı ildə realni uçilişin
zalında musiqi səhərciyi göstərildi. Səhərciyin proq-ramması 26 nömrədən ibarət idi. Burada
deklomasiya, nağıl söyləmək, musiqili səhnəcik göstərmək, xor ilə mahnı oxumaq və tələbə
orkestrinin çalğısım dinləmək olurdu. Bir çox ədəbi əsərlər rus, türk, fransız, alman və başqa
dillərdə oxunurdu. Tələbə xorunun, xüsusilə, orkestrin çalğısı tamaşaçılan məftun etdi.
Səhərcikdə çıxış edən valideynlər belə maraqh səhər-ciklərin tez-tez təşkil olunmasını arzu
etdilər."
8
Şəhərdə təşkil olunan tamaşa və konsertlərdən əldə edilən vəsait çox vaxt xeyriyyə məqsədilə
yoxsul tələbələrə paylan-maqla yanaşı, şəhərin abadlıq işlərinə sərf olunurdu.
Ümumiyyətle, XIX əsrin axın, XX əsrin əvvəlləri geniş intişar tapmış maarifçilik abu-havası, öz
millətlərinin imzasını başqa millətlər arasmda gormək istəyən şuşah ziyalıların həyat amalı idi.
Bəşəri dəyərlərdən yoğrulmuş bu arzu vo istəyin həyata keçməsi üçün onlar, öz fəaliyyətlərində
hər cür formaya əl atmaqla qaranlıqda işıq axtarmağa cəhd edirdilər. Çox vaxt da öz istəklərinə
nail olurdular.
Teatra həvəs göstərən ziyalılann sayı artdıqca, onlann ara-sında səhnə əsəri yazmağa həvəs
göstərənlər də tapılırdı. Uşaq-lıqda Şuşada teatr sənətinə vurğunluğunun necə baş verdiyini
Ə.B.Haqverdiyev öz xatirə yazısında belə açıqlayır: - "1884-cü ildə 14 yaşmda ikən bir dəfə
teatra getdim. Mirzə Fətəlinin "Xırs-quldurbasan" pyesini oynayırdilar. Teatrda pərdə açılanda
mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı, bir də baxdım ki, müəllimim Yusif
bəy əynində çuxa, başında buxara papaq, belində xəncər, əlində tüfəng səhnədə dayamb
igidlikdən dəm vurur. Get-gedə tanıdığım iTtüəUimlərin birini arvad libasmda gorüb teatnn və
komediyanın nə olduğunu anladını"
9
Kli
HoBoe o6o3peHHe", 1 may 1890-cı il N2 2188.
y
Q.Məmmədli Azərbaycan teatrınm salnaməsi", B - IM75. səh. 59.
Səhnə ilə ilk tamşlıq elə həmin ildə (1884) gənc Əbdürrəhim bəyə "Hacı Daşdəmir" adlı ilk
pyesini yazdınr və sonrakı taleyini teatrla sıx bağlayır.
Təkcə Ə.B.Haqverdiyevin deyil, bir çox açıq fıkirli şuşalı ziyalüann müəllimi olan Yusif bəy
Məlik Haqnəzərov, məktəb-də riyaziyyatdan dərs deməklə yanaşı, həm də şəhər dumasımn üzvü
idi. Teatr tamaşalarında fəal iştirak edən Yusif bəy, Şuşanın ən qabaqcıl fıkirli ziyalılarından biri
idi. Ə.B.Haqverdiyev öz ilk müəllimi haqqında belə yazırdı: - "Realnı məktəbdə oxuyar-kən
yenə hər yay Yusif bəyin kontoruna gedirdim. Yusifbəy mütəəssib bir teatro həvəskan idi...
Şagirdlərini də teatr tərəfə təşviq edirdi. Və mənim teatroya həvəsim onun təşviqi sayə-sində
başlanıb getdikcə artdı. Axır vaxtlarda Yusifbəylə aramız-da sıx bir rəfaqət var idi və qocalığına
baxmayaraq, mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı."
10
1885-ci ilin avqustunda Şuşadakı teatr həvəskarları bir ay içərisində M.F.Axundovun "Müsyö
jordan və Dərviş Məstəli şah", "Hacı Qara", "Vəziri-xani-Lənkəran" komediyalarım uğurla
oynayaraq şəhər camaatımn rəğbətini qazamrlar. Tama-şadan əldə edilən vəsait isə xeyriyyə
məqsədilə şəhərdəki sənət məktəbinə verilir. 1891-ci ildə Şuşa varlılanndan N.A,Xandəmirov
yeni teatr binası tikdirir. Bu şəhərin həyatında mühüm bir hadisə idi. "Novoe obozrenie" qəzeti
Özimün 2612 N9-1İ sayında bu bir hadisə ilə bağh belə bir məlumat dərc etmişdir: - "1891-ci ilin
yazında şuşalı cənab Xandəmirovun teatr binası istifadəyə verilmişdir. Artıq yerli həvəskarlar üç
tamaşa göstərmişlər. Teatr biletlərinin həddindən artıq baha olmasma baxmayaraq, biletlər tez-
tez satılır."
11
Yeri gəlmişkən, Şuşada XIX əsrin 40-cı illərindən rus dilində tamaşalar göstərilirdi. Daha sonra
isə Xandəmirovun teatrınm nəzdində rus truppası da fəaliyyətə başladı. Bu truppanın
repertuarında dünya dramaturgiyasından nümunələr oynanılırdı. Deməli, yerli teatr həvəskarlan
həm də əcnəbi dramaturqlann əsərləri ilə tanış olmaq imkam qazanırdılar. Görünür, elə bu
i0
Ə.B.Haqverdiyev "Seçümiş əsərləri" B - 1971, 2-ci cild, səh. 468.
u
"Novoe obozrenie" qəzeti,
28 iyul 1891-ci il Ns 2612.
sənət təmasının təsiri altında şuşalı müəllim, dramaturq, jumalist Haşım bəy Vəzirov 1893-cü
ildə V.Şekspirin "Otello" əsərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. Sonradan yerli
həvəskarlar tərəfındən bu əsər tamaşaya qoyulmuşdur. Haşım bəy Vəzirovun özünün qələmə
aldığı "Evlənmək su içmək deyil" komediyasınm tamaşası isə Şuşanın teatr tarixində qalma-qallı
sənət hadisəsinə çevrilmiş bir faktdır. Bununla bağh gör-kəmli ədib, rejissor, aktyor, ictimai
xadim Ə.Haqverdiyev, "Keç-miş günlərdən" məqaləsində belə yazır: - "1892-ci il yay fəsli idi.
Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun teatro salonunda Haşım bəy Vəzirovun
"Evlənmək sü içmək deyil" adlı komediyasını oynayırdılar. Əsərin pərdələrindən birisində,
Qarabağda olan adət üzrə hər toyda qumar oynayanlar üçün xüsusi bir otaq aynlärdı.
Qumarbazlar, çalandan-oxuyandan xə-bərsiz olaraq, toyun axırına qədər gecə-gündüz quraarla
məşğul olardılar.
Səhnədə qumar məclisi göstərilirdi. Bir guşədə dörd nəfər əyləşib "dörd aşıq" oynayırdılar. Bir
aşığm "alçı" durraası üstündə mübahisə düşür. Oynayanlardan birisi aşığm durduğunu sübut
etdikdə, o birisi aşığın alçı durmayıb, ancaq palazın qın-şığına söykənib alçıya bənzədiyini
söyləyir. Birinci oyunçu öz sözünü isbata yetirmək üçün birdən qışqırdı: "A kişi, Həzrət Abbasa
and olsun ki. aşıq alçıdır." Bu sözlər teatro salonunda bir bomba kİmi partlayıb, tamaşaçıların
arasında böyük bir qan-şıqhğa səbəb oldu. Teatroda olan gənclər,-"Bu məlunlar, din-sizlər Allahı
tanımayanlar, araq-çaxır içənlər, nə haqq ilə teatro kimi nalayiq bir yerdə Həzrət Abbasın adım
çəkirlər", - deyə xəncər və tapançalara əl atırlar. Teatro yarımçıq pozuldu, aktyor-lar dal qapıdan
qaçdüar."
12
Aktyorlann bir çoxu şəhəri tərk etməli oldu. Haşım bəy Vəzirovun özü isə bir müddət
təqiblərdən qaçıb gizlənməli oldu. Sonradan tanınmış şəhər ağsaqqallannm köməyi ilə o,
axundun yanına gedərək, komediyanın əlyazmasını ona göstərir ki, bəs mənim əsərimdə dinə aid
heç nə yazılmayıb. Bundan sonra axundun göstərişi ilə dindarlar sakitləşirlər.
i:
Ə-B.Haqverdiyev "Seçilmiş əsərləri", 2-ci cild, B - 1971, səh. 437.
Cəfakeş, böyük ürək sahibləri olan artistlər haqqmda Ə.B. Haqverdiyev sonralar belə yazmışdır:
- Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist
üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən
artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çimki nəticəsi parlaqdır."
13
Şuşada teatr sənətinə maraq, ziyah xalq müəllimləri arasmda daha da artmağa başlayırdı. Çünki
onlar maarifçilik işığımn yandınlmasında teatnn rolunu artıq çox gözəl dərk etrnəyə başlamışlar.
Artıq ana dilində yeni-yeni pyeslər, komediyalar yazılmağa və çap olunmağa başlayırdı. 1893-cü
il "Novoe obozrenie" qəzeti 17 iyul tarixli saymda Yeni tatar (azərbaycanlı) komediyalan
haqqında məlumat verərək, yazırdı: - "Nəcəf bəy Vəzirovun "Daldan atılaıı daş topuğa dəyər"
komediyası Mir Abbas bəy Vəzirzadə tərəfındən tərtib edilib, habelə, "Sonrakı peşmançılıq
fayda verməz" komediyası çapdan çıxmışdır."
Getdikcə Şuşanın mədəni həyatında teatr qaynar bir məkana çevrilirdi. Yerli ziyalı gənclərin
teatra daha çox diqqət yetirməsi ruhaniləri bərk narahat edirdi. Ona görə teatr çıxardanlar tez-tez
onların qəzəbinə tuş gəlirdilər. Bəzən də ziyahlarla din xadimləri üz-üzə gəlməli olurdular.
Bununla bağh "Novoe obozrenie"dəki bir başqa məlumat diqqəti çəkir: - "Bu günlərdə
həvəskarların İştirakı ilə iki pyes oynamlmışdır. Bu pyeslərdən biri, hələ indiyədək heç yerdə
oynanmamışdır. Biri "Evlənmək su içmək deyil", o birisi isə bir pərdəli "Qocahqda yorğahq"
əsəridir. Tamaşanın sabahı şəhərə səs yayıldı ki, onun müəllifı (H.B.Vəzirov - Y.Əlioğlu) bu
əsərinə görə öldürüləcəkdi. Xüsusilə, ruhanilər bərk qəzəblənmişdilər. Ziyalılar isə müəHifə
havadar çıxmışdılar."
14
Şuşada teatrın təşəkkül tapmasında Ə.B.Haqverdiyevin əvəzsiz xidmətləri olmuşdur. Əgər onun
qəlbinə teatrın ilk sevgisi, müəllimi Yusif bəy Məlik Haqnəzərov tərəfmdən qoyulmuşdusa,
sonradan bu sənət sevgisini alova çevirən onun Peterburqda təhsil aldığı illər olmuşdur.
13
Ə.B.Haqverdiyev "Seçilmiş əsərləri, 2-ci cild, B - 1971, səh. 382.
u
"HoBoe oöoäpeHne", 1895-cİ il.
Parlaq zəkaya malik olan Ə.B.Haqverdiyev tez-tez teatr tama-şalarına baxmağa daha çox
üstünlük verirmiş. Özü həmitı illəri öz tərcümeyi-hahnda belə xatırlayır: - "1891-ci ilin
avqustunda Peterburqa ali təhsil almaq üçün getdim. O vaxt Aleksandrinsk dram teatn mənim
ikinci müəllimim olub, müqəddəratımı təyin elədi. Elə bir həftə olmaz idi ki, mən teatra üç dəfə
olmasa da, bir dəfə getməyim. Bu teatrın təsiri sayəsində Peterburqda "Yeyərsən qaz ətini,
görərsən ləzzətini" komediyamı yaz-mışam."
15
Ə.B.Haqverdiyev Peterburqda oxuduğu illərdə yay tətilini Şuşada keçirər, burada teatr
həvəskarları ilə birgə tamaşalar hazırlayardılar. Peterburq teatrlannın təsiri altında olan, böyük
arzularla yaşayan gənc Ə.B.Haqverdiyev, mövhumatın hökm sürdüyü bir şəhərdə din
xadimlərinin fıtvasına baxmayaraq, öz tutduğu yoldan çəkinmirdi.
Şuşanın teatr həvəskarlan 1896-cı ilin yaymda Ə.B.Haqver-diyevin yenicə yazdığı "Dağılan
tifaq" faciəsini müəllifm rejissorhığu ilə tamaşaya qoyurlar. Tamaşada müəllim və şagirdlər
iştirak edirdilər. Yusif bəy Məlik Haqnəzərov (Nəcəf bəy), Zülfiiqar Hacıbəyov (Sona xanım),
S.S.Axundov (Süleyman bəy), Rza Mirzəyev (Nazh xanım) rollarım böyük müvəf-fəqiyyətlə
oynamışlar.
"Dağılan tifaq" faciəsinin Şuşadakı ilk tamaşası ilə bağh Ə.B.Haqverdiyev yaradıcılığımn
tədqiqatçılanndan biri yazır: -"Ə.B.Haqverdiyev özü rəssam olmasa da, dekorlarm çəkilib
hazırlanmasmda yaxmdan iştirak edirdi. Bu işdə ədibin qardaşı Xosrov bəy də az zəhmət
çəkməmişdir. Tamaşadan əvvəl müsamirə keçirilmiş, aşıqlar, xanəndələr - Aşıq Abasqulu, şəkili
Ələsgər, Kəblə Dadaş və b. çıxış etmişlər.
Ə.B.Haqverdiyev bir rejissor kimi işin öhdəsindən məharətlə gəlmiş, ifaçıların oyununda
təbiiliyə çahşmışdı. Hadisələrin ümumi məntiqi inkişafı ilə bağh olan meşə, şimşək çaxması, göy
gurultusu, ildınm və s. hallar inandıncı şəkildə göstərilmişdir. Tamaşa böyük müvəffəqiyyətlə
keçmiş, aktyor ifası cəhətdən xüsusilə maraqlı olmuşdur. Deyilənlərə görə, S.S.Axundov -
i3
Ə.Haqverdiyev "Hərcümeyi-hal" Az. EA Əlyazmaları Fondu, inv - 5834.
Süleyman bəy rolunu ifa edərkən birdən-birə belindəki kəmər qınlır və xəncər yerə düşür.
Əlbəttə, bu qeyri-təbii bir hal idi. Lakin Süleyman Sani özünü itirmir, əksinə, bu vəziyyəti
obrazm faciəli hah ilə əlaqələndirir, vəziyyətdən çıxmaq üçün cəld deyir -"Bax, bu yaxşı olmadı,
görünür, mənə bir sədəmə toxuna-caqdır."
Obrazın sonrakı vəziyyəti ilə, ölümü ilə tamamilə uyuşan bu sözləri S.S.Axundov elə təbii və
ustalıqla söyləyir ki, hamı bunun əsərin özündən olduğunu zənn edir.
"Dağılan tifaq" faciəsi ilk dəfə Şuşada oynamldıqdan sonra Bakıda, Tiflisdə, Batumda,
Naxçıvanda və bir çox başqa şəhər-lərdə dəfələrlə müxtəlif ifalarda tamaşaçılara göstərilmişdir.
16
Ümumiyyətlə, Şuşada teatr tamaşası qurmaq, oynamaq heç də hətnişə asan olmayıb. Xüsusilə,
bu işlə böyük arzu və istəklə məşğul olan Ə.B.Haqverdiyevin başı çox bəlalar çəkib. Görkəmli
yazıçımız Abdulla $aiq öz xatirələrində yazır: -"Ə.B.Haqverdiyevə Şuşada "Şəbihgərdan" adı
qoyulmuşdur. 1896-cı ildə, Şuşa şəhəri müəllimlərinin və Nikolayevski məktəbinin tələbələrinin
iştirakı ilə "Dağılan tifaq" faciəsi tamaşaya qoyulur. Xandəmirovun böyük salonunda keçirilən
bu tamaşamn rejissorhığunu Ə.B.Haqverdiyey özü edirmiş. Rollar müəllimlər ilə tələbələr
arasmda paylanır. Üçüncü bəyin rolunu
- S.S.Axundov, qumarda uduzan bəyin arvadının rolunu tələbə-lerdən Rza Mirzəyev oynayır.
Məktəblilər nəğməsini Ü.Hacı-bəyov və başqalan oxuyurlarmış, Tamaşanm sabahı arvad rolunu
oynayan Rza Mirzəyevin anası məktəbə gəlib hay-küy qoparmış:
- "Hanı o Şəbihgərdan? Mənim oğluma arvad paltarı geyindirib xalqın qabağma çıxardan o
Əbdürrəhim hardadır? Onun başına bir oyun açım ki..." - deyə Haqverdiyevi hədələyirraiş."
17
M.F.Axundovun "Hacı Qara" komediyası ikinci dəfə 1897-ci ildə Şuşada tamaşaya
qoyulmuşdur. Həmin illərdə tamaşalanrt təşkili və rejissorluğu N.B.Vəzirovun,
Ə.B.Haqverdiyevin üzərinə düşürdü. Qadın rollarını Rəsul Tahirov və Salah bəy Zöhrabbəyov
oynayırdılar. Hacı Qara rolunu Həsənəli bəy
16
İ.Kərimov "Ə.Haqverdiyev və teatr"sB - 1975, səh. 25-28.
l7
Xatirələrim, Bakı - 1961, səh. 195.
Sancalinski, Əsgər bəy rolunu Cavad bəy Vəzirov, Səfər bəy rolunu Firudin bəy Köçərli,
Kərəməli rolunu isə Haşım bəy Vəzirov ifa edirdi. Tamaşa yerli camaatm daha çox xoşuna gəldi.
Bu barədə aktyor Murad Muradovun xatirələri çox maraq-hdır: - "1897-ci ilin yay aylannda
yoxlama imtahanlanna hazır-laşırdıq. Bir gün Yusif bəy dərsin axırında məni yamna çağırdı:
"Get, bu qeyd etdiyim adamlan tapıb bııra gətir". Mən siyahıda adlan olanları tapıb qayıdana
qədər müəllimlər otağındakı adamlann sayı artmışdı. Nəhayət, tamaşa günü gəlib çatdı. Səh-nə
hazır olandan sonra Yusif bəy mənə pul verdi. Bazardan ət, kartof, soğan, noxud, lavaş və başqa
şeyləri alıb gətirdim. Yusif bəy əti piti qabına töküb səhnədə hazırlanmış manqalın üstünə qoydu.
Xandəmirovun zah Şuşada təxminən 300-400 nəfər tamaşaçı tutan yeganə yer idi. Böyük və
uzunsov bir otaqdan ibarət olan bu zalın bir başmda kiçik səhnə yerləşmişdi. Hətta bir kiçik
eyvanı da vardı. Tamaşaçılar üçün oturmağa stullar düzülmüşdü. Divardan böyük lampalar
asümışdı. Lap axşama yaxm tamaşamn iştirakçıları Xandəmirovun zalına toplaşıb, səh-nəni
bəzədilər. Səhnədə "universal" bir dükan düzəltdilər. Dü-kanın bir tərəfində tərəzi, onun yanında
pul daxılı qoyuldu. Xandəmirovun evində düzəldilmiş dükan şəhər dükanlarmdan heç də geri
qalmırdı. Budur, Hacı Qara tərəzinin dahnda oturub, gələn müştərilərə dükandakı malları təklif
edir, bəzən də əlin-dəki uzun çömçə ilə bu və ya başqa şeylərdən götürüb müştə-rilərə verib yola
salırdı. O, hərdənbir ocaqda qoyulmuş piti qazanına baxır, pitinin kəfıni alır, hətta, duz, soğan,
kartof da tökürdü. Hacz Qaranm oğlu Bədəlin rolunu mən oynayırdım. Mən Hacıdan bir qədər
aralı oturub camaatı seyr edirdim. Birdən Hacı Qara əlindəki arşım əlimə vurub dedi: - "Ay
qoduq, yatma! Dur pitinin kəfmi aj*.."
Gözləmədiyim bu hadisə hahmı dəyişdirdi və nə edəcəyimi bilmədim. Bu barədə əvvəlcədən
mənə heç nə deyilmədi-yindən, özümə haqq qazandırmaq üçün: - "Axı bunu mənə əvvəlcədən
deməmisən", - dedim. Bu sözlərin roldan kənar olduğunu tamaşaçılar da hiss etdi. Zalda gülüşmə
qopdu."
18
]N
Murad Muradovun bu xatirəsi İ.Kərimovun "Haqverdiyev və teatr" kitalpmdan götürülmüşdür
(səh. 66-67).
Ə.B.Haqverdiyev rejissor və təşkilatçı kimi teatr səhnəcikləri hazırlamaqla yanaşı, Şuşada həm
də ilk dəfə olaraq Şərq konsertləri təşkil etmişdir. Bu səhnəciklər və konsertlər xalqı teatra
yaxınlaşdırmaqla, ornın zövqünü də formalaşdırırdı.
Hələ 1897-ci ildə Ə.B.Haqverdiyevin təşəbbüsü ilə göstə-rilən Füzulinin məşhur "Leyli və
Məcnun"undan bir parça "Məcnun Leylinin qəbri üstündə" səhnəciyi sonralar Azərbaycan teatr
tarixində mühüra rol oynatmşdır.
Qeyd etmək istərdik ki, məşhur el xanəndəsi Cabbar Qar-yağdıoğlumm Məcnuıi rolunda başına
quş yuvası qoyub səhnəde oxuması bütün Şuşanı lərzəyə gətirmişdi. O cümlədən, həmin səhnədə
pərdə arxasında xorda oxuyan balaca Üzeyir Hacıbə-yov bu hadisədən ömürlük təsirlənmiş və
sonralar Azərbaycanda opera musiqisinin əsasını qoymuşdur. Bu təsadüf idimi, yoxsa
zəruriyyət?!
Dövr və zaman təsdiqlədi ki, əlbəttə, zəruriyyət idi. Amma bu hadisənin beşiyi başında duran
səbəbkar Ə.B.Haqverdiyevi minnətdarlıq hissi ilə daima anmaq lazımdır.
Sonralar Şuşada Əlişir Nəvainin "Fərhad və Şirin" poema-sından daha bir səhnəcik göstərilmiş,
orada da Fərhadı Cabbar Qaryağdıoğlu oynamışdır.
XIX sonu XX əsrin əwəllərində Şuşa Qafqazın konserva-toriyası, həm də vokal məktəbi kimi
bütün Yaxın və Orta Şərqdə məşhur idi.
Qafqazın İtaliyası adlandınlan bu faktla bağlı "Kaspi" qəzeti yazırdı: - "İtaliya vokal məktəbi
Avropa musiqi tarixində hansı mövqe tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni
mÖvqedə durur."
19
Şuşanın hər daşı altda bir istedadın olduğunu qeyd edən musiqişünas Firudin Şuşinski yazırdı: -
"Azərbaycanm başqa yerlərinə nisbətən Şuşada musiqiçi, çalan, oxuyan, rəqs edən daha çox idi.
Təkcə XIX əsrdə istedadlar məskəni olan bu şəhərdə 95 şair və ədib, 22 musiqişünas, 35
xanəndə, tar, kaman və başqa çalğı alətlərində çalan 70-ə yaxın musiqiçi var idi. Təsadüfı deyil
ki, məşhur rus şairi Sergey Yesenin
19
"Kaspi" qəzeti, 12 avqust 1900-cü il N° 17.
məktublarının birində qeyd edir ki, "əgər biri oxumağı bacar-raırsa, deməli, şuşalı deyildir."
20
Ə.B.Haqverdiyev bütün varlığı ilə teatr sənətinə bağh oldu-ğundan səhnəni heç zaman
unutmurdu. 1904-cü ildə Ə.B.Haq-verdiyev Şuşa şəhər idarəsinə üzv seçilir. Lakin o,
yaradıcüığımn başqa sahələri ilə yanaşı, bir rejissor olaraq həvəskarlarla birlikdə yeni-yeni
tamaşalar«da qururdu. V.Şekspirin "Otello" faciəsinə, N.B.Vəzirovun "Yağışdan çıxdıq,
yağmura düşdük" kome-diyasına, özünün "Bəxtsiz cavan", "Dağılan tifaq" əsərlərinə quruluş
verən Ə.B.Haqverdiyevin tamaşalannda H.B.Vəzirov, Həsənəli bəy Sarıcalinski, Rəsul bəy
Tahirov, Mirzə Ələkbər Axundov, Həbib Köçərlinski çıxış etmişlər. Teatr sevgisi ilə
"xəstələnmiş" Ə.B.Haqverdiyev Özünün son günlərinədək Azərbaycan səhnəsi ilə çalışmış,
dramaturqluq, rejissorluq etmiş, teatr sənətimizin inkişafı naminə əlindən gələn köməyi
əsirgəməmişdir.
1904-cü ilin avqustunda Şuşada ikinci dəfə Ə.B.Haqver-diyevin quruluşunda oynamlan
V.Şekspirin "Otello" faciəsi o dövrdə Azərbaycandan kənarda da əks-səda doğurmuşdur.
Moskvada çıxan "Novosti dnya" qəzeti öz səhifəsində çap etdiyi məqalədə bu tamaşa ilə bağh
belə yazırdı: - "Tamaşa camaata o qədər güclü təsir göstərmişdir ki, Dezdemonanm ölüm
səhnəsində onlar göz yaşlannı saxlaya bilmirdilər. Tamaşa qurtaran kimi tamaşaçılar "Otello"
əsərinin tərcüməsini almaq üçün tələsdilər."
21
Tiflisdə çıxan "Qafqaz" qəzeti isə bu tamaşa ilə bağlı belə bir məlumat verirdi: - "22 avqust
tamaşasında olan şuşalılar faciədən böyük zövq aldılar... hətta, uzağa gedəcək tamaşaçılar da
sakit oturub baxırdılar. Yalmz fasilələrdə öz minnətdarhqlannı alqışları ilə bildirirdilər.
Tamaşanm göstərildiyi vaxtdan 3-4 gün keçsə də, camaat hey bu tamaşadan danışırdı. Tatnaşaya
baxa bilməyənlər çox təəssüflənir və bunu özləri üçün bir itki sanırdılar. Görənlər isə dahi
Şekspirin bu və ya başqa sözünü təkrar edir, həvəskarlardan bu tamaşamn təkrar göstərilməsini
^Firudin Şuşinskİ "Musiqişünasın düşüncələri", B - 1995, səh. 10.
2l
"Novosti dnya" qəzeti 1904-
cü il, 8 sentyabr.
xahiş edirdilər. Təcrübəsiz həvəskarlardan bu qədər mürəkkəb və ciddi faciəni yaxşı
oynayacaqlannı gözləmək olmazdı. Ancaq onlann öz rollarmı çox yaxşı oynadıqlarına hamı
heyrət etdi."
22
Artıq Şuşada teatr mütərəqqi ideyaların təbliğatçısı kimi xal-qın şüuruna təsir etməkdə idi. Şuşa
teatnnın 1903-1910-cü illər repertuarı janr əlvanhğı ilə zəngin idi. M.F.Axundovun "Hacı Qara",
V Şekspirin "Otello", Ə.B.Haqverdiyevitı "Dağılan tifaq", "Hacı Daşdəmir", "Ac həriflər",
N.B.Vəzirovun "Hacı Qəmbər", "Dad yarımçıq əlindən", "Daldan atılan daş topuğa dəyər",
S.M.Qətıizadənin "Xor-xor", "Axşam səbri xeyir olar", N.Nərimanovun "Nadir şah",
Z.Hacıbəyovun "Evlikən subay", "ƏUi yaşmda cavan", Y.Kətıanın "Evlənmək" və başqa müəl-
liflərin əsərləri Şuşamn teatr həvəskarlan Y.Məlik Haqnəzərov, H.Vəzirov, Zülfüqar
Seyidbəyov, Məmmədəli Orucov, Zülfüqar Hacıbəyov, Həmid Axımdov, Musa Şuşinski, Surxay
Abdul-layev, Mirzə Ələkbər Axundov, Xosrov və Hüsü Mamayevlər tərəfmdən uğurla oynamlır,
tamaşaçılar tərəfindən alqışlanırdı.
Şuşanm teatr mühitinə Bakı artistləri də öz sənət töhfəsini bəxş edir, yerli həvəskarlar və
tamaşaçılarda teatr tatnaşalarma marağı daha da artmrdüar.
Həmin dovrlərdə artıq xalq arasmda məşhur artist kimi tanı-nan Hüseyn Ərəblinski və Sidqi
Rıriıulla tez-tez şuşah teatrse-vərlərin qarşısında çıxış edirdilər. Şuşanın mədəni həyatında
mühüm hadisə olan belə görüşlərin biri haqqmda "Şuşinski listok" qəzeti özünün 24 iyul 1911-ci
il tarixli nömrəsində yerli tamaşaçılara xəbərdarlıq edərək yazırdı: - "Məşhur artist tragik
Ərəblinski Bakıdan gəlmişdir. O, burada Obşestvennoye sobraniye binasında bir neçə tamaşa
verəcəkdir, Onunla birlikdə Tağıyev teatrınm artistkası A. Olenskaya və Ə.Qəmərlinski də
gəlmişlər. Birinci olaraq "Nadir şah", yaxud "İranda böyük dövlət çevrilişi" əsəri oynanacaqdır.
23
Şuşahların teatra blan rnarağını duyan Bakıdan gəlmiş qonaqlar elə həmin ilin avqustunda
"Bəxtsiz bala", "Pulsuzluq" və "Nadir şah" əsərlərini uğurla oynadılar.
-"Qafqaz" qəzeti, 7 sentyabr 1904-cü il.
23
Q.MəmmədU "Azərbaycan teatr salnaməsi", B - 1975, səh. 255.
Ümumiyyətlə, Şuşanın Azərbaycan incəsənəti və ədəbi mühitində özünəməxsus yeri vardır.
Həmin dövrdə Azərbay-canın maarifçi ziyalıları, yazıçılan, şairləri, rəssamları, musiqi-çiləri
Şuşaya təkcə dincəlməyə, istirahətə deyil, həm də yeni əsərlər, tamaşalar haqqında fıkir
mübadiləsi etmək üçün top-laşardılar. Ona görə görkəmli Azərbaycan ədiblərinin əksəriy-yətinin
yaradıcılıq taleyində Şuşa mədəni mühitinin öz yeri, öz izi var. Görkəmli yazıçı-dramaturq Cəlil
Məmmədquluzadənin də yaradıcılıq taleyində Şuşanın öz yeri var.
Mirzə Cəlilin şuşah ziyahlarla sıx ünsiyyətdə olmasını və onlann fıkirlərinə xüsusi hörmətlə
yanaşmasmı bildirən Rzaqulu Nəcəfov öz xatirələrində belə yazır: - "Ölülər" komediyasımn
birinci oxunması 1913-cü ildə Şuşa qalasında vaqe olmuşdur... Həmin ilin yayında biz də qalada
idik. Mirzə Cəlillə həyat yoldaşı Həmidə xanımın mənzilləri şəhərin erməni hissəsində idi. O
yayı Bakıdan Sarabski və Ağdamski qalaya qastrola gəlmişdilər. Başqa artistlər də vardı.
Əbdürrəhim bəy də ki, adəti üzrə yayı Şuşada keçirirdi - Əbdürrəhim bəy Haqverdiyev, hal-
hazırda bərhəyat olan maarif və səhnə xadimlərimizdən Azad Əmirov, qardaşı doktor Umbay
Əmirov, Surxay Adıgö-zəlov, xalq artistimiz Sarabski, Əhməd Ağdamski, doktor Kərim bəy
Mehmandarov, Bədəl bəy Bədəlbəyov, Həmidə xanım, Mirzə Cəlilitı qardaşı Mirzə Ələkbər, o
vaxtın məşhur dram artisti səhnədə Vəli adı ilə şöhrətlənrmş Əbülfət Vəliyev və bu sətirləri
yazan və daha bir neçə zat hazır idilər. Mirzə Cəlil cürətsiz, bir qədər utana-utana "Ölülər"i
oxumağa başladı...
Hamı bir səslə əsəri təqdir və tərif etməklə bərabər, hələlik səhnədə qoyulmasım, bilxassə
mövhumat yuvası olan Şuşa qalasmda... tez olduğunu qeyd etdilər."
24
Təbii, mütərəqqi fıkirli bu sənət fədailərinin arzulan bir neçə iüər sonra həyata keçərək, Mirzə
Cəlilin başqa əsərləri kimi "Ölülər" tragik komediyası da Şuşada oynanılacaqdır. Lakin həmin
dövrdə bu arzunun həyata keçməsinə zaman ehtiyacı var idi.
-
4
Cəlil Məmmədquluzadə "Məqalələr, xatirələr", B - 1967, səh. 93-94.
1916-cı ilin avqustun 17-də Mirzə Cəlilin "Ölüləf' kome-diyası Şuşada, Xurşudbanu Natəvanm
qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyuldu. Təbii ki, bu tamaşadan sonra
Mirzə Cəlil mollalarm qəzəbinə tuş gəldi. Amma Şuşada hamı mollalar kimi düşünmürdü.
Şuşada, ümumiyyətlə, sənətə və sənətkara bütün dövrlərdə hörmət və ehtiram olmuşdur. Hələ
1914-cü ilin avqustunda şuşalılann sevimli aktyoru, dramatik və operetta rollanmn tnahir ifaçısı
Azad bəy Əmirovun səhnədəki fəaliyyətini yüksək qiymətləndirən "Şuşinski listok" qəzeti belə
bir məlumat dərc etmişdir: - "Müsəlman səhnəsinin zəhmətkeşi Azad bəy Əmirovun benefısinə
Bakıdan gəlmiş artistlərdən Sarabski və Ağdamskinin iştirakilə "O olmasm, bu olsun" tamaşası
oyna-nılacaq. Məşədi İbad rolunu Azad Əmirov özü oynayacaq. Tamaşmm dirijoru Zülfuqar
Hacıbəyov, rejissoru Hüseynqulu Sarabskidir... Bizim tamaşaçılanmız onu Nəcəf bəy, Kəblə
Hacı, Məşədi İbad rollarında dəfələrlə alqışlamışlar. Bu gün də keçmişdə olduğu kimi teatra
gəlib Azad Əmirovu Məşədi İbad rolunda alqışlayacaq və ona gələcəkdə də səhnədə müvəf-
fəqiyyət qazanmağı arzulayacağıq."
25
. Göründüyü kimi, XIX əsrdən fərqli artıq Şuşada teatr tatna-şalarma və aktyorlara münasibət
dəyişərək, yeni müsbət fıkirlər də formalaşmağa başlamışdır. Təbii, bu müsbət fıkir, hər cür
təzyiq və təqiblərə baxmayaraq, Şuşa teatrmın tamaşalan sayə-sində mütnkün olmuşdur. 1915-
1920-ci illərdə, artıq Şuşa teat-rmm repertuarında Ə.B.Haqverdiyevin "Ac həriflər", "Dağılan
tifaq", N.Vəzirovun "Hacı Qəmbər", S.M.Qənizadənin "Axşam səbri xeyir olar", Ü.Hacıbəyovun
"Məşədi İbad", Z.Hacıbə-yovun "Əlli yaşmda cavan" ve başqa əsərlərin tamaşalan var idi.
Teatr hər bir cəmiyyətin aynasıdır. Bu aynada təbii ki, neqativ hallar göstərilməklə yanaşı, dövr
və zamanın olayları da öz əksini tapır. Tarixi ictimai-siyasi hadisələr bu və ya digər tərzdə öz
izini qoymaqla həraişə həmin cəmiyyətdə yaşa-yanların mənəvi dünyasına zərbə vurur, onları
fıziki təsir və
25
Q.Məmmədlİ "Azərbaycan teatnnın salnaməsi" B - 1975, səh. 378-379.
təzyiq dairəsində saxlamağa çalışırdı. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal
etdikdən sonra Azərbaycan tari-xinin yeni bir səhifəsi - sovetlər dovrü yazılmağa başladı. Teatra
özünün ideoloji maraqlannın sınanmış və etibarlı təbliğat-təşvi-qatçısı kimi baxan bolşeviklər elə
ilk gündən Demokratik Res-publika dövründə mövcud olan Dövlət teatnndakı aktyorlann
hesabına "müstəqil" Azərbaycan hökumətinin teatr truppasını yaratdı. Beləliklə, Azərbaycan
incəsənəti və ədəbiyyatmm tərkib hissəsi olan, 1873-cü ilin martında özülü qoyulan professional
Azərbaycan teatrının yaradıcılıq simasım müəyyənləşdirib, fəa-liyyət istiqamətini müəyyən edən
yeni sovetlər dövrü başladı...
Təbii, Azərbaycan teatrmın sovet dövrünü bir mənalı qəbul edib, tənqid etmək heç də düz
olmazdı. İlk dövrlər teatr səhnəsi yeni həyat tərzinin təbliğatçısı kimi yeni insan təfəkkürünün
mənəvi-psixoloji dünya baxışmm formalaşmasına çahşırdı. Yeni dövrün təbliğatçısı olan teatr
tamaşalannda mürəkkəb sinfi mübarizələr, üz-üzə gələn ata və oğulların fıkir aynlığı, din
xadimlərinin ifşası, arxaik baxışla yeni ideyalann toqquşması, qadın azadlığı, kollektivləşmə,
bərabərlik, xalqlann dostluğu, ictimai borcun şəxsi borcdan üstün olması və başqa amillər
qabardılaraq xüsusi pafoslu oyun vasitəsilə tamaşaçılara çatdınlırdı.
Bir sözlə, park və saraylarda, klublarda, teatr səhnələrində yeni dövr vəsf olunurdu. Bunlarla
bərabər, Azərbaycan səh-nəsində bəşəri dəyərlərdən, ülvi hisslərdən, böyük arzu və əməllərdən
bəhs edən əsərlərin tamaşası ideoloji basqılara baxmayaraq, həmişə olmuşdur.
Təbii, Azərbaycan incəsənəti sahəsində baş verən bütün hadisələr, bu və ya digər tərzdə Şuşamn
musiqi və teatr aləminə də öz təsirini göstərirdi. Yeni təşkil olunmuş Bakı Dövlət Teat-rımn
aktyorları tez-tez zəhmətkeşlər qarşısmda çıxış edirdilər.
"Yeni fıkir" qəzeti 1926-cı ildə Şuşaya qastrola gəlmiş Bakı artistlərinin çıxışı haqqında belə
yazırdı: - "İyun aymın axır-lannda yoldaş A.M.Şərifzadənin rəhbərliyi ilə Şuşaya varid olmuş
Bakı Dövlət Teatrı aktyorlan tərəfindən "İblis", "Şeyx Sənan", "Aydın", "Oqtay Eloğlu", "Qaçaq
Kərəm", pyesləri
oynanıldı. "Şeyx Sənan" və "Qaçaq Kərəm" tatnaşalan Şuşada ilk dəfə olaraq oynamldığından
boyük təsir bağışladı. Əsərin qəhrəmanları rolunda A.M.Şərifzadə və Mərziyə xanım roHarım
böyük müvəffəqiyyətlə bitirərək əhali terəfındən dəfələrlə alqışlandılar. Oyunlar, ümumiyyətlə,
çox gözəl keçdi."
26
A.M.Şərifzadə və Mərziyə Davudova Şuşa aktyorlan ilo birlikdə.
İUər keçdikcə Şuşanın mədəni həyatı yeni sovet adət-ənənələri ilə zənginləşərək inkişaf etdikcə,
şəhər də öz arxitektur görünüşünü dəyişir, yeni-yeni memarlıq abidələri ilə daha da abadlaşırdı.
Müxtəlif mədətıi-kütləvi tədbirlər, musiqi raəclisləri şəhərin mədəni mühitini daha canlı və
yaddaqalan edirdi. Təbii, bütün bu tədbirlerdə Şuşanm teatr həvəskarlan yaxından iştirak
edirdilər. Saf suyu, gözəl təbiəti olan iıicəsənət beşiyi Şuşa, bütim dövrlərdə insanları öz ecazkar
qoymma cəzb edirdi. Bu haqda musiqişünas Firudin Şuşinski məqalələrinin birində belə yazır. ~
"Şuşa kurort məskəni olduğundan yay ayları daha izdihamlı olärdı. Hər yay Bakıdan Opera və
Dratn teatrlanmn artistləri Şuşaya qastrol səfərinə və ya istirahətə gələrək Üzeyir Hacıbəyovun
"Leyli və Məctıun", "Əsli və Kərəm", "Aşıq Qərib" operalannı, yeni zamanda Hüseyn Cavidin
və Cəfər Cabbarlmm dratn əsərlərini tamaşaya qo-yardılar. O zaman Hüseynqulu Sarabski,
Qəmbər Zülalov, ƏH Zeynalov, İsmayıl Eloğlu, Hüseynağa Hacıbababəyov, Yavər
2<1
"Yeni fıkir" qəzeti, 9 iyul, 1926-cı il.
Kələntərli, Cahan Talışinskaya kimi məşhur opera müğənniləri Abbas Mirzə Şərifzadə, Ülvi
Rəcəb, Mərziyə Davudova, Fatma Qədri, Mustafa Mərdanov, Barat Şəkinskaya, Rza Əfqanlı,
Möhsün Sənani, Süleyman Tağızadə kımi görkəmli dram artistləri yerli həvəskarlarla birlikdə
opera və dram tamaşaları verərdilər. Həmin tamaşalarda Şuşa məclisinin üzvləri Seyid Şuşinski -
Məcnun, İbn Səlam, Məşədi Cəmil - Zeyd və Rza bəy, Mürşüd Haşımh - Hamlet, Əbülfət
Tağıyev - Qubemator rollarında çıxış edərdilər.
1935-ci ilin axırlannda Şuşa musiqi məclisinin təşəbbüsü ilə "Sabir adma klub" açıldı. Üzeyir
bəy bu kluba böyük qayğı göstərirdi. Teatr sənətimizin parlaq ulduzu Abbas Mirzə Şərif-zadə də
bu klubda çıxış etmişdi. Yaxşı yadımdadır, bir gün burada "böyük Şərq konserti" verilirdi.
Həmin gecədə məşhur aktyorumuz Abbas Mirzə Şərifzadə Hamletin "Olum ya ölüm"
monoloqunu söylədi. Salonu alqış sədalan bürüdü. Tamaşaçıların xahişi ilə o, Cəfər Cabbarlmın
"1905-ci ildə" əsərindən Quber-natorun monoloqunu da söylədi. Şübhəsiz ki, vaxtilə Hüseyn
Ərəblinski, H.Q.Sarabski, Əhməd bəy Ağdamski, Cəlil bəy Bağdadbəyov, Hacıağa Abbasov,
sonralar Abbas Mirzə Şərif-zadə, Ülvi Rəcəb, Mustafa Mərdanov, Sidqi Ruhulİa, Barat
Şəkinskaya, Fatma Qədri, Rza Əfqanh kimi məşhur teatr xa-dimlərinin Şuşaya tez-tez qastrola
gəlib teatr tamaşalan göstər-mələri Şuşada teatr sənətinin də inkişafma imkan yaratmışdır."
27
Mütərəqqi ideyalarla zəngin olan Şuşanın teatr mühitinin təsiri ilə Qarabağın bir çox
məkanlannda - Ağdamda, Qarya-kində (Füzuli) teatr truppalan yaradılmış, tamaşalar oynanıl-
mışdır. Məhz Şuşa teatr mühitinin yetirmələri sonradan Azər-baycan incəsənətinin təşəkkül və
inkişafında mühüm rol oyna-mış, onun əsas bədii-estetik çalarlı, fəlsəfi yüklü enerji mənbəyi
olmuşlar. Şuşa mədəni həyatmm yetirmələri olan sənətkarlaı* dünya incəsənəti kontekstində öz
istedadlarını nümayiş etdirə-rək, bütöv bir məmləkətə, xalqa baş ucalığı gətirmişlər. Bu haqda
gələcək yazılarda...
---------------------
27
F.Şuşinski "Musiqişünasın düşüncələri", B - 1995-ci il, səh. 24.
ŞUŞA KOLXOZ - SOVXOZ TEATRI
Keçmiş sovet məkanında kommunist ideologiyasmın həyata keçirilməsində teatrlar barometr
rolunu oynayırdı. Məhz elə ona görə də Kommumst Partiyası yeni teatrların yaranmasına,
inkişafına daha çox diqqət yetirirdi. Mədəniyyət incəsənət mər-kəzləri ilə zəngin olan böyük
şəhərlərdən fərqli olaraq əyalətdə kənd təsərrüfatı və sənaye malları istehsal edən sovet adamının
ideoloji "istirahətini" təmin edib, onları "mənən zənginləş-dirmək" üçün kommunist ideoloqlan
yerlərdə kolxoz-sovxoz teatrlarmm yaranmasını məqsədəuyğun.hesab edirdilər. 30-cu illərdən
başlayaraq, rayon, kənd və qəsəbələrdə, fəhlə və kolxozçularm "mənəvi istirahətini" təmin etmək
üçün kolxoz-sovxoz teatrlan fəaliyyətə başlayır. Bu teatrlar rayon və kənd səhnələrində, eləcə də
birbaşa əməkçilər qarşısında tarlalarda çıxış edirdilər. Əwəlcə professional teatr təşkilatçılarının
və həvəskarlann hesabma formalaşaraq fəaliyyətə başlayan kolxoz-sovxoz teatrları sonradan
mərkəz teatrlarının himayədarlığı sayəsində yaradıcı peşəkar aktyor və rejissorların hesabına öz
maddi-texniki bazasım mohkəmlədərək repertuannı da zəngin-ləşdirdilər. Rusiyada özünə geniş
dayaq tapan kolxoz-sovxoz teatrlan sonradan böyük sovetlər ölkəsinin hər yerində kiçik fonnah
tamaşaları ilə sürətlə yayıhb inkişaf etməyə başladı. Qısa bir müddətdə belə teatrlann sayı 300-ə
yaxın oldu. Hətta Mərkəzi Koxnitə 1934-cü ilin martın 15-də "Kolxoz-sovxoz teatrlarmın
inkişafı ilə bağh" xüsusi qərar da qəbul etdi. Bu teatrların ideya bədii simasını, rq)ertuar
siyasətini, aktyor və rejissor işini yaradıcılıq baxımından müəyyənləşdirmək üçün xüsusi olaraq,
hətta "Kolxoz teatrı" adh (1934) juraal da təsis olundu. Nəzərə alsaq ki, 'o dövrdə Moskvanın
qəran bizdə sözsüz qanun idi, onda hər şey aydın olar. Tezliklə Azərbaycanm rayonlannda da
(Şamxorda, Şamaxıda, Qubada, Şuşada, Nuxada, Naxçıvanda, Qazaxda, Qaryagində (indiki
Füzuli), Lətıkəranda və başqa yerlərdə) kolxoz-sovxoz teatrlan fəaliyyətə başladı. Moskvanm
göstərişi ilə ilk dəfə respublikamızda Azərbaycan DÖvlət kolxoz-sovxoz teatn 1934-cü ildə
yaradıldı. Qəribə olsa da, Bakıda.
Bu səyyar tipli, kiçik formah təbliğat-təşviqat xarakterli teatnn qarşısında duran əsas vəzifə
Azərbaycanın kənd və rayonlarmda ideal sovet cəmiyyətində yaşamaq "xoşbəxtliyindən" və bu
cəmiyyətin antipodlarını, keçmişin qalığı olan qolçomaqları, ditı xadimlərini, kolxoz
quruculuğuna və kollektivləşməyə qarşı olanlan, xarici dövlətlərə xidmət edən "vətən xainlərini"
ifşa edən tamaşalarla, öz əyalət tamaşaçılannı tanış etməklə, onlan bu kimi hallara qarşı banşmaz
olmağa, çahşdıqları sahələrdə ayıq-sayıq olmağa çağınrdılar. Lakin elə bu teatrın fəaliyyətə
başladığı ilk gündən teatrdaxili erməni intriqası başladı. Qırmızı sovet dəyirmanına şər-xəta suyu
tökənlər elə həmin ildəcə (1934-1935-ci illər) həmin teatnn Iəğvinə nail oldular. Lakin sovet
təbliğinə qarşı çıxmağm nə ilə nəticələnəceyini gözəl bilən rəhbərlər 1936-cı ildə məcburiyyət
qarşısmda qahb teatrın yenidən fəaliyyət göstərməsinə razılıq verdilər. Lakin bir şərtlə, türk
(azərbaycan) və erməni truppalan ayn-aynhqda, müstəqil olaraq fəaliyyətə başladılar. Nə qədər
qəribə olsa da, 20-ci illərdən ermənilər Azərbaycan incəsənət sahəsindəki idarə strukturlarına
meharətlə yerləşdirilməyə başlanmışdılar. Mən hələ partiya, dövlət idarəçiliyi sistemi sahəsini
demirəm, sadəcə, teatr sənətinin idarəçüiyi sistemini qeyd edirəın. Həmin ülərdən 1990-cı ilə
qədərki dövrdə xalq komissarlan sovetinin incəsənət işləri idarəsindən tutmuş sonradan
Mədəniyyət Nazirliyi struk-turu daxil olmaqla, maliyyə sistemi, idarə rəisləri və müavinləri,
müfəttişlər. teatr direktorlan, inzibatçılar, mühasiblər və kassirlər, hətta bilet nəzarətçiləri də
əsasən ermənilər idi. Bunun üçün S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət
arxivində, incəsənət işləri idarəsinin hesabatlarma, əmr və sərəncamlarına baxmaq kifayətdir.
Erməni amilinin ümumilikdə' Azərbaycan incəsənətinə və konkret olaraq Şuşa teatrma vur-duğu
gizli zərbəni sonra açıqlayacağıq.
İndi isə qayıdaq Dövlət kobcoz teatnnın sonrakı sənət ta-leyinə. Teatrın 1938-ci il repertuarmda
A.Manaflının "Din", S.Rəhmanm 'Toy", V.Katayevin "Varh gəlin", Ü.Hacıbəyovun
"Arşın mal
alan", M.İbrahimovun "Həyat", C.Cabbarlının "Al-maz" əsərləri daxü edilərək oynanılmaqda idi.
28
Təbii
ki, bu əsərlərin əksəriyyəti bütöv şəkildə deyil, montaj edilərək (yəni ayn-ayn əsərlərin müxtəlif
parçalarını bir proqram ətrafında birləşdirərək) zəhmətkeşlər qarşısında oynanılırdı. Teatnn direk-torları
Nadir Tağıyev, Ağası Zeynalov, rejissoriar Yusif Yulduz, Səttar Sadıxzadə, Ələsgər Şərifov, İsmayıl
Hüseynov, aktyorlar Abbasağa Hüseynov, Xatidə Məmmədova, Nazlı Məmmədova, Camal Rəcəbov,
Şəfiqə Əİiyeva, Rza Məmmədov, Mollağa Heybətov, Zöhrə Abbasova, Mamed Pirili və başqaları öz
səhnə fəaliyyətləri ile respublikamızın müxtəlif guşələrində tanınmaq-da idilər. Təbii ki, həmin illərin
tamaşalarına, aktyor oyununa, rejissor işinə bu günümüzim professional sənət tələbkarkğı ilə yanaşmaq
düzgün olmazdı. Bir də, Dövlət kolxoz-sovxoz teat-rının qarşısında duran vəzifə tamam başqa idi. Ona
görə aktyor oyununda mübaliğəli hiperbolaya (şişirtməyə), şarja, patetik pafosa daha çox yer verilirdi. Bir
müddət sonra əksəriyyəti həvəskar artistlərdən ibarət olan Dövlət kolxoz-sovxoz teatrmın səyyar
fəaliyyəti bolşevik rəhbərləritıi razı salmadığı üçün yer-lərdə kolxoz-sovxoz teatrlarımn açılması daha
məksədəuyğun hesab olundu. Respublikamızın başqa rayonlarmda olduğu kimi, 1938-ci ilin fevralmda
Şuşada kolxoz-sovxoz teatrı yaradıldı.
29
Azəri türkünə qarşı gizli genosid siyasəti yeridən erməni
daşnakları ilə əlbir olan bolşevik rəhbərlər Şuşa kolxoz-sovxoz teatnna A.Barqeysyanı direktor,
S.Ayriyam isə baş rejissor təyin etdilər. Yerli şuşahlar şəhərlərində teatr açılmasına sevinsələr də, teatra
ermənilərin rəhbər təyin olunmalanna təəccüb qaldılar. İlk gündən yetıi yaranmış teatrda ikitirəlik
yarandi! Bakıdakı həmfikirlərindən dəstək alan teatnn rəhbərləri isə yaradıcı truppanın və repertuarm
tezlikiə formalaşmasma deyil, teatnn texniki və maliyyə heyətinin ermənilərdən təşkil olunmasına daha
çox diqqət yetirirdi. Hətta iş o yerə çatdı ki, teatrın pərdəsini Sundukyamn "Pepo" əsəri ilə açmaq
qərarına gəldilər. Lakin teatnn yaradıcı truppasma cəlb olutımuş aktyorlar və yerli
^Azərbaycan Dövlət Ədəbİyyat və İncəsənət antivi; F-345, s.214, vərəq 110.
29
S.Mümtaz adına Dövlət
Ədəbiyyat və İncəsənət arxivi, F-345, s.270, səh. 16.
ziyalılar tərəfındən etirazla qarşüandığından, teatnn eraıəni rəhbərləri bu fıkirlərdən yan keçməli oldular.
Ancaq öz gizli məqsədlərindən əl çəkmədilər. Teatrm açılışını bir il uzatmaq qəranna gəldilər. Şuşa
kolxoz-sovxoz teatrımn direktoru Bar-qesyan Bakıya, İncəsənət İşlor İdarəsinə göndərdiyi 1938-ci ilin 16
oktyabr tarixli məktubunda yazırdı: "Hələ ki, rayonda tamaşa hazırlamaq imkam olmadığına görə
direktorluq yeni tamaşanm hazırlanması vaxtmı 1939-cu ilin aprelinə qədər uzat-maq qəranna gəlib.
Qalan vaxtlarda kollektiv konsert proqramı ilə çıxış edəcək."
30
Lakin teatrm güclü təbliğat məktəbi olduğunu çox gözəl dərk edən sovet rəhbərləri Şuşada tezliklə teatrın
açılmasma, köhnə dünyanı ifşa edən, yeni sovet cəmiyyətini vəsf edən beynəlmiləlçi əsərlərin
oynanılmasına göstəriş verdilər. Əlbəttə, ağı-qaradan seçməyi çox gözəl bilən Şuşa əhlini mənasız, boş
yalançı pafosla dolu əsərlərlə aldatmaq çətin iş idi. Çünki səs və söz, musiqi beşiyi olan Şuşada hammm
sənət xiridarı olduğunu dərk etmək məcburiyyətində qalan sovet rəhbərləri istər-istəməz teatrın
repertuarına Ü.Hacıbəyovun "Arşm mal alan", "Əsli və Kərəm", M.F.Axundovun "Hacı Qara", Z.Hacıbə-
yovun "Aşıq Qərib", C.Cabbarlmm "Sevil", M.İbrahimovun "Həyat", S.Rəhmanm "Toy" əsərlərinin daxil
olmasına icazə verməli oldular. Bu tamaşalarda çıxış edən Əbülfət Tağıyevin, Ənvər Həsənovun, Tamara
Abbasovanın, İrşad Əbilovun, İsmayıl Quliyevin, Həmid Axundovun, HÖkümə Babayevamn,
Balahüseyn Xəlilovun məharətli, təbii və səmimi oyunları, Əzizağa Məmmədovun rejissor kimi
quruluşlarmda ansambl yaratmaq bacanğı, Suncay Mehdiyevin tamaşalara verdiyi tərti-batlar göz
oxşayaraq tamaşaçılarm rəğbətini qazanınağa, alqış-lanmağa başladı. Elə ilk tamaşadan eraıəni rəhbərlər
anladılar ki, şuşalılar teatral camaatdır. Gələcəkdə teatr tamaşalarına olan bu marağın qarşısını almaq
mümkün olmayacaq. Ona görə yenə yollektivdə səhnə arxası intriqa baş qaldırmağa başladı. Tezliklə
Həmid Axundov teatra direktor, Ağası Zeynalov isə bədii rəhbər
30
S.Mümtaz adına Dövlət ədəbiyyat və İncəsənət arxivi. F-345, s.270, səh.16.
təyin olundular. Bir müddət sonra 1941-ci ildə isə onlan Fərnıx Hacıyev və Ənvər Məmmədov
əvəz etdilər. Ancaq bu əvəzet-mələr teatnn inkişafina daha da təkan verdi. Şuşa kolxoz-sovxoz
teatrında yaranan sənət canlanması erməniləri daha çox narahat etməyə başladı. Həmişə
erməniləri dəstəkləyən sovet rəhbərləri, bu dəfə də onlann xətrinə Şuşada ikitıci bir teatrm,
erməni kolxoz-sovxoz teatrının açılmasına razılıq verdilər. İlk baxışda ermənilər öz istəklərinə
nail oldular. Lakin təbii ki, teatr tamaşaçı üçün açılır, Şuşada erməni kolxoz-sovxoz teatrının
tamaşaçısı, demək olar ki, yox idi. Ona görə erməni teatrmm plan göstərici-lərinin aşağı olması,
repertuanndakı millətçi əsərlərin sovet beynəlmiləlçi siyasətinə zidd olması, tezliklə Bakıda
əyləşib Azərbaycan incəsənətinə rəhbərlik edən partiya-sovet rəhbər-lərini düşündürməli oldu.
Erməni ovsununa düşən Azərbay-canda incəsənət işlərinə rəhbərlik edənlərdən biri öz səhvlərini
1941-ci ilin martın 5-də, respublika rayon teatrlarımn direktor və incəsənət rəhbərlərinin birgə
keçirdikləri müşavirədə belə etiraf edirdi: - "Orası düzdür ki, Şuşadakı erməni kolxoz-sovxoz
teatrı keçən il tamaşa planım yerinə yetirmədiyi kimi maliyyə planını da yerinə yetirməmişdir.
Bunun səbəbi odur ki, kolxoz-sovxoz teatrını erməni dilində təşkil edəndə bizim səhvimiz
olmuşdur. Erməni tamaşaçısı az olduğu halda, biz teatr təşkil etmişik. Əgər biz Azərbaycan
teatnnm nəzdində erməni sektoru yaratsaydıq, bu özünü doğrulda bilərdi. Onu demək istəyirəm
ki, gələcəkdə biz bu teatronu yenidən qurmasaq, bu teatr özünü doğrulda bilməyəcək."
31
Əgər bu sətirlərə diqqət yetirsəniz, görərsiniz ki, ilk baxışda səhv etdiklərini etiraf edən
ermənipərəst sovet idarəçiliyini təmsil edən çinovnik müşavirə iştirakçılanmn diqqətini Özünü
doğrultmayan erməni teatrım Şuşadakı Azərbaycan kolxoz-sov-xoz teatxının hesabına qoruyub
saxlamağa yönəldir. Lakin sənət oaxımından yaşamağa heç bir mənəvi haqqı olmayan Şuşadakı
erməni kolxoz-sovxoz teatrmın himayədarlan çox olsa da, onlar inkar ohına bilməyən fakt
qarşısmda aciz idilər. Bu vaxt artıq Şuşa kolxoz-sovxoz teatrının repertuarında "Məşədi İbad"
3l
S.Mümtaz adına Dövlət Ədəbİyyat və İncəsənət arxivi. F-345, s.29. v.90.
(Ü.Hacıbəyov), "Xoşbəxtlər", "Toy" (S.Rəhman), "Sevil" (C.Cabbarh, "Vaqif' (S.Vurğun) kimi
maraqh tamaşalar var idi. Rejissor Əzizağa Məmədovun quruluş verdiyi "Vaqif' tamaşası şəhərdə
böyük əks-sədaya səbəb olmuşdu. Əzizağa Məmmədovun Vaqifı, Tamara Abbasovanın
Xuramam, Hökütnə Babayevanın Gülnarı, Məzahir Məmmədovun Qacan, Ənvər Həsənovun
Eldarı yerli teatrsevərlərm dilində dolaşmaqda idi. Ona görə 1942-ci ildə Şuşadakı ermətıi
kolxoz-sovxoz teatrının ləğv olunması haqqmda sərəncam verildi. Bu, Şuşa teatrse-vərlərinin,
iddiaları ayaq tutan, lakin yeriməyən mənəviyyatsız, ikiüzlü, Şuşada yaşamağa heç bir haqqı
olmayan erməni təbliğat-təşviqat maşını üzərində sənət qələbəsinin rəmzi idi. Həmin dövrdə isə
Şuşa kolxoz-sovxoz teatrının ürəkləri sənət eşqilə döyünən üzvləri Abbasağa Hüseynov, Xalidə
Hüseynova, Cəlil Bağdadbəyov, (sonralar əməkdar artist fəxri adına layiq görül-dü), Əzizağa
Məmmədov, Əntiqə Məmmədova, Əli Əjdərov, Abutalıb Həsənov, Xədicə Mustafayeva, Fatma
Şəbiyeva, Sara Canıyeva, ƏIi Həsənov, Əhməd Əliyev və b. təkcə öz doğma şəhərində deyil,
Qubadlı, Laçm, Tərtər, Qasım-İsmayılov rayon-larımn klub və estrada səhnələrində uğurla çıxış
edərək öz tamaşaçı auditoriyalarmı genişləndirirdilər.
Tamaşaçı rəğbəti qazanmış Şuşa teatrımn uğurlan haqqmda dövrü mətbuat belə yazırdı: - "Kənd
ziyalıları və kolxozçular tərəfındən alqışlarla qarşılanan Şuşa kolxoz-sovxoz teatrmın kollektivi
(rəhbəri C.Vəzirov), tez-tez zəhmətkeşlər qarşısında S.Vurğunun "Fərhad və Şirin",
M.Təhmasibin "Aslan yatağı", S.Rəhmamn "Xoşbəxtlər", Ü.Hacıbəyovun "Arşm mal alan"
"Məşədi İbad" əsərlərinin tamaşaları ilə müvəffəqiyyətlə çıxış edirlər. Kollektiv üçün heç bir janr
məhdudluğu yoxdur. Onlar həm dram, həm də musiqili komediya və opera janrındakı əsərlərin
tamaşalarmda öz ustahqlannı məharətlə nümayiş etdirə bilirlər. Musiqili dram əsərlərini həmişə
Şərq üçlüyü olan tar, kamança və dəf müşaiyət edir."
32
Həmin dövrdə (1942) teatnn rejissoru
Məzahir Məmmədov idi.
Şuşa kolxoz-sovxoz teatnnın uğurlannı təsdiqləyən İncəsənət
""Bakinski raboçi" qəzeti, 1942-ci il.
işləri idarəsiniin başqa bir hesabatmda isə oxuyuruq: - "Teatnn 1940-41-42-ci illərin plan
göstəricisi yüksək olmaqla, yaradıcıhq fəaliyyəti təqdirəlayiqdir,"
33
Lakin respublikada fəaliyyət göstərən Şamaxı, Şamxor, Qa-zax, Qaryagin, Nuxa, Naxçıvan,
Quba və başqa kolxoz-sovxoz teatrları kimi Şıışa teatrının da repertuarını əsasən Bakı teatrlannm
səhnəsitıdə oynanılatı əsərlər təşkil edirdi. Bu təkrarçılığın özü də təbii idi. Çünki bu məsələyə
teatr sənətinə dünyvagörüşü və baxışı, bədii-estetik qavrama nöqteyi-nəzə-rindən yanaşsaq,
görərik ki, kolxoz-sovxoz teatrlarında çahşan aktyorlar - rejissor və bədii rəhbərlərin əksəriyyəti,
sənətə olan sevgi ilə yanaşı, emosional hiss və duyğularla Bakı teatr tamaşalarının, həmin
əsərlərdə oynayan görkəmli sənətkarların, rejissorlann verdikləri quruluşlann sənət təsiri altında
idilər. Bu illərdə artıq ayağını zor gücünə sovet məkanında möhkəm-ləndirən SSRİ kimi bir
dövlət, sovet xalqlan ilə birgə Hitler faşizminə qarşı müharibə edirdi. Bu müharibədə
Azərbaycan təkcə öz qara qızılı olan nefti ilə deyil, həm də say-seçmə oğul və qızları ilə birgə
"böyük vətənimizi" alman faşiznıindən qorumaq üçün döyüşlərdə iştirak edirdi. Həmin
döyüşçülər arasında müxtəlif sənət sahibləri ilə yanaşı teatrlanmızda çahş-mış aktyorlar,
rejissorlar da var idi. Hər şey cəbhə üçün oldu-ğundan daxildə iqtisadi çətinliklər başqa sahələr
kimi teatr sənətinə də öz maddi və mənəvi zərbəsini vurmaqda idi. Çox mürəkkəb bir dövrdə,
respublikamızda fəaliyyət göstərən kolxoz-sovxoz teatrlanmn bir qismi dövlət teatrı statusu alır,
digər bir qismi isə bağlanmalı olur. Dövlət teatn statusu alan 'teatrlar arasında Şuşa kolxoz-
sovxoz teatrı da var idi.
Beləliklə, məhz müharibə illərində 1943-cü ilin əvvəlində Üzeyir Hacıbəyov adına Şuşa Dövlət
Musiqili Dram teatrı yarandı. Müharibənin ağrı və acılarmı yaşayan şuşah teatrse-vərlər üçün bu
gözlənilməz bir sənət hadisəsi idi. Özünəməxsus zəngin sənət ənənəsi olan Şuşada Dövlət
Musiqili Dram teatrı bütün mövcud çətinliklərə baxmayaraq, yaradıcılıq fəaliyyətinə başladı.
Beləliklə, Şuşanın teatr tarixinin yeni bir sənət səhifəsi yazılmağa başlandı...
"S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivi, F-345, s.2, N? 281.
1>
Dostları ilə paylaş: |