SÜLEYMAN ƏLƏSGƏROV
(1924-2000)
Xalq artisti, respublika Dövlət Mükafatı laureatı, professor Sü-leyman Ələsgərov 1924-cü il
fevral ayınm 22-də Şuşada anadan olmuş-dur. Dünyaya göz açarkən ilk gör-düyü anasmın sevinc
dolu gözləri, eşitdiyi isə tar, qaval, bir də saf şaqraq bir səslə qulaqlara dolub qəlblərə rahathq,
həzinlik gətirən Şuşa xanəndələrinin ecazkar oxumaları oldu. Elə bu sehrli musiqi səsləri,
xanəndələrin zəngulələri balaca Süleymanı əwəlcə Musiqi Texnikumuna, daha sonra isə böyük
arzulann ardınca Bakıya, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə gətirib
çıxartdı. Tələbəlik ülərindən Bülbül kimi şöhrətli bir sənətkar onxın bəstələdiyi mahnıları oxudu.
Bir bəstəkar kimi onun yaradıcılığı geniş planh və çoxşaxəlidir. Onun uğurlu yaradıcıkq
diapazonunda musiqinin bütün janr-larına rast gəlmək olar. Xalq musiqi sənətinin incəUklərim
gözəl bilən bəstəkarm yaradıcıhğında mahnıya da simfonik əsərlərə violonçel və fortopiano,
eləcə də skripka üçün əsərlərə, süitalara geniş yer verilsə də, Süleyman Ələsgərov yaradıcıhğınm
ən parlaq səhifələrindən birini teatr səhnəsi üçün yazdığı əsərlər təşkil edir.
Onun operetta janrında yaratdığı əsərlər, dram tamaşalarma yazdığı musiqilər bəstəkarı teatra
daha da doğmalaşdırmışdı. Böyük Üzeyir bəy Hacıbəyovun ənənələrini ləyaqətlə davam etdirən
Süleyman Ələsgərov operetta janrımn inkişafmda öz səsi, yaradıcıhq dəsti-xətti olan bir
bəstəkardır.
Onun bəstələdiyi "Məhəbbət gülü" (libretto - H.Muxiarov), "Ulduz" (libretto - S.Rəhman),
"Özümüz bilərik" (libretto -Ş.Qurbanov), "Müyonçunun dilənçi oğlu" (libretto - Ş.Qurbanov),
"Hardasan, ay subaylıq?" (libretto - S.Qədirzadə), "Sevindik qız axtarır" (libretto - Ş.Qurbanov),
"Həmişəxanım" (libretto - S.Qədirzadə), "Subaylarımzdan görəsiniz" (libretto -İ.Məlikzadə)
operettaları, eləcə də "Bahadır və Sona" (N.Nə-rimanov), "Solğun çiçəklər" (C.Cabbarlı)
operalarınm Azərbay-can musiqili teatnnın inkişafında böyük rolu olmuş və gələcəkdə də
olacaqdır.
Belə ki, hələ neçə-neçə rejissor və aktyor nəsli onun musiqili əsərlərində öz yaradıcıhq
imkanlannı sənət imtahamna çəkəcəkdir.
Uzun illər Ş.Qurbanov adma Azərbaycan Dövlət Musiqili Komediya teatnnda direktor və baş
dirijor olmuş, 1971-ci ildən Dövlət Musiqi Akademiyasında Azərbaycan xalq musiqisi
kafedrasına rəhbərlik edən görkəmli bəstəkar heç vaxt Öz doğma Şuşa teatrını da unutmurdu.
Hazırda Şuşa teatrının repertuarmda onun əsərlərinin daimi yeri var.
MƏHLUQƏ SADIQOVA
Xalq artisti Məhluqə Sadıqova 1917-ci ildə Şuşa şəhərində sənət-kar ailəsində dünyaya göz
açmış-dır. Uşaqlıq dövrünü Şuşada keçi-rən Məhluqə Sadıqova orta mək-təbi Bakıda bitirmişdir.
Yeniyet-məlik dövründən sənətə məhəbbət bəsləyən Məhluqə Sadıqova diş texnikliyi
məktəbində təhsil ala-ala, həm də filarmoniyanm rəqs an-samblında rəqslə məşğul olmağa
başlayır. Lakin C.Cabbarlınm "Oq-tay Eloğlu" tamaşasına baxan gənc qız səhnənin sehrinə
düşərək son-rakı taleyini teatrla bağlamaq qərarına gəlir.
Beləliklə, 1936-cı ildə görkəmli rejissor-aktyor İsmayıl Hidayətzadənin xeyir-duası ilə teatra işə
qəbul olunan Məhluqə Sadıqova sonralar Milli Dram Teatrının səhnəsində xarakterik obrazlar
ustası kimi özünə şöhrət qazanır.
Aktrisanın yaradıcılıq palitrasmda biri-digərinə bənzəməyən, müxtəlif xarakterli və taleli onlarca
qadın obrazları var.
C.Cabbarhnın "1905-ci ildə" əsərində Sona, "Sevü"də Gülüş, "Oqtay Eloğlu"nda Firəngiz,
"Solğun çiçəklər"də Pəri, H.Cavidin "Şeyx Sənan"ında Zəhra, M.İbrahimovun "Hə-yaf'ında
Tərlan, "Məhəbbəf'ində Fatmanisə, S.Vurğunun "Vaqif'ində Qan, "Fərhad və Şirin"ində
Məryəm, Fitnə, R.Rzänın "Vəfa"sında İntizar, Ə.B.Haqverdiyevin "Pəri Cadu" əsərində Səlimə,
Şamama, A.P.Çexovun "Vanya dayı"sında Sonya, N.Ostrovskinin "Tufan"ında Fakluşa,
İ.Əfəndiyevin "Atayevlər ailəsi"ndə Zabitə, N.Hikmətin "Şöhrət və unudulan adam"ında Ana,
D.Saqarelinin "Xanuma"sında Kabato, B.Nuşiçin "Nazirin xammı"nda Nata xamm, B.Şounun
"Şeytanm şagirdi"ndə missis Dadçe, K.Qoldoninin "Məzəli hadisə"sində Beatriça,
M.F.Axımdovun "Müsyö jordan və Dərviş Məstəli şah" komediyasında Xanpəri kimi rəngarəng
obrazların Azərbaycan teatr tarixində özünəməxsus yeri var.
■
FİRƏNGİZ MÜTƏLLİMOVA
Azərbaycan səhnəsində özünə-məxsus sənət dəsti-xətti, yaradıcılıq siması olan, respublikanın
xalq artisti Firəngiz Mütəllimova Şuşada orta məktəbi bitirdikdən sonra mö-cüzəli, sirli-sehrli
teatr sənətinə olan məhəbbət hissi onu M.A.Əliyev adma Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyor-luğu şöbəsinə gətirib. Sonradan sənət taleyini Akademik Milli
Dram Teatnna bağlayan Firəngiz Mütəl-limova öz istedad və bacarığı ilə teatnn görkəmli
sənətkarları ilə səhnədə birgə çıxış etmiş, qısa bir vaxt çərçivəsində özünə çoxsayh tamaşaçı
auditoriyasının rəğbətini, sevgisini qazana bilmişdir.
Səhnəyə ürək dolu sevgi ilə gələn, Hrik psixoloji duyumlu, gözəl, gözoxşayan, təbii və səmimi,
suyuşirin aktrisa olan Firəngiz Mütəllimova sənətə gəldiyi ilk gündən hisslərin, qəlb və
düşüncənin hakimi olduğunu teatr və televiziya tamaşalarmda yaratdığı müxtəlif xarakterli və
səhnə taleli obrazlarla təsdiq-ləmişdir.
Onutı teatr səhnəsində yaratdığı S.Rəhmariın "Əliqulu evlənir"indəki Qumral, Anarın "Səhra
yuxulan"ndakı Leyla, "Təhminə və Zaur"dakı Firəngiz, İ.Əfəndiyevin "Büllur
(
sarayda"kı Aynur,
"Şeyx Xiyabani"dəki Gülrux, "Bizim qəribə taleyimiz"dəki Mələk, "Mahnı dağlarda qaldı"dakı
Gülnaz, "Tənha iydə ağacı"ndakı Gülruz, "Dəlilər və ağılhtar"ındakı Azadə xamm,
B.Vahabzadənin "Fəryad"mdakı Aypara. S.Vur-ğunun "Vaqif'indəki Gülnar, Q.Lorkanın "Dişi
canavaf'ındakı Adela, C.ƏIibəyovun "Güİüstanda qətl"indəki Salehə, R.İbrahİmbəyovun
"Biganələr oteli"ndəki Mariya, N.Xəzrinin "Mirzə Şəfı Vazeh"indəki Qaratel, S.Şendelin "Qanlı
Nigaf'ın-dakı Nədidə, N.Hacızadənin "Məhəbbət yaşadır"ında Nübar, televiziya tamaşalarında
oynadığı A.Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasındakı
Gülnar, Anarın "Evləri köndələn yar"mdakı Mərcan, H.Cavidin "Topal Teymur"undakı Almaz,
O.Kamalm "Yad qızı"ndakı Nazan, İ.Səfərlinin "Göz həkimi"ndəki Gülər və onlarca başqa, biri
digərinə bənzəməyən rəngarəng obrazlar qalereyası onu çoxmilyonlu tamaşaçı auditoriyasmın
sevimlisi etmişdir.
Teatr tariximizə həmişəyaşar sənətkar kimi daxil olmuş Firəngiz Mütəllimova bu gün Milli
Dram Teatrınm apancı aktrisası kimi öz pərəstişkarlarım yeni-yeni obrazların səhnə təcəssümü
ilə sevindirir. CƏLİL BAĞDADBƏYOV
(1887-1949)
i^^j^
Respublikanın əməkdar artisti
Cəlil Əmrah oğlu Bağdadbəyo^ 1887-ci ildə Şuşada dünyaya goz açmış, öz valideynlərini çox
erkən itirmiş, sonradan taleyini Bakı ilə bağlamışdır.
Əmək fəaliyyətinə neft mədən-lərində fəhləliklə başlayan yeni-yetmə təsadüfən Cahangir Zeyna-
lovun, Hüseyn Ərəblinskinin işti-rakı ilə göstərilən tamaşaya baxır. Teatrla ilk tanışlıq Cəlil
Bağdad-bəyovun sonrakı taleyini müəyyən edir. Teatrm cəzbetmə sehrindən yaxa qurtara
bilməyən gənc Cəlil
1907-ci ildə H.Ərəblinskinin truppasma aktyor qəbul olunur. Həmin dövrdə Azərbaycan
səhnəsində qadın aktrisa olmadığından, qadın rollannı kişilər ifa edirdilər.
Cəlil Bağdadbəyov teatrda çalışdığı ilk gündən həm .qadın, həm də kişi roUannı oynamalı
olurdu. H.Ərəblinskinin truppası ilə o, 1907-1910-cu illər sənət dostlan ilə birlikdə Qafqazın və
Rusiyanın şəhərlərində uzunmüddətli qastrol səfərində olur. Bu illərdə o, sənətin çətin
sınaqlanndan şərəflə çıxaraq özünü professional aktyor kimi təsdiqləyir.
1910-cu ildə "Nicat" cəmiyyətinə üzv olan aktyor dram və opera tamaşalarmda çıxış etməli olur.
Muğamları yaxşı bilən Cəlil Bağdadbəyovun həm də gözəl səsi var idi. O, Ü.Hacı-bəyovun
"Leyli və Məcnun" operasmda əwəlcə Leyli, daha sonra isə İbn-Səlam və Leylinitı atası rollarını
məharətlə oynayır^ Daha sonra teatrsevərlər Cəlil Bağdadbəyovu Ü.HacıbəyovuA "Şah Abbas
və Xurşudbanu" operasında Xurşudbanu, "Arşın mal alan"da Süleyman bəy, "Əsli və KərənTdə
K.ərəm, Z.Hacı-bəyovun "Aşıq Qərib"ində Aşıq Qərib və başqa rollann mahir ifaçısı kimi
alqışlayırlar. Cəlil Bağdadbəyov özünü həm də rejissor və dramnəvis kimi də teatr ictimaiyyətinə
tanıda bilmişdir.
1928-ci ildə Tacikistana gələn Cəlil Bağdadbəyov, Düşən-bədə teatr sənətinin təşəkkül
tapmasmda yaxından iştirak edir. O, tezliklə burada Ə.B.Haqverdiyevin "Ağac kölgəsi", "Ədalət
qapısı" əsərlərini tərcümə edərək quruluş verir. Düşənbə Dövlət ^Teatn üçün bir neçə əsər yazan
Cəlil Bağdadbəyovun "Tacik qızı" və "Buxara əmiri və muzdurlar" adlı dram əsərlərinin
tamaşaları Tacikistanda ona böyük şÖhrət qazandınr. Daha sonra bir müddət Türkmenistanda
yaşayan Cəlil Bağdadbəyov yerli türkmən teatrı üçün "İki dövr" və "Aulda radio" pyeslərini
yazaraq tamaşaya qoyur. Azərbaycan yazıçılarınm əsərlərini türkmən dilinə çevirən Cəlil
Bağdadbəyov, Aşqabadda teatrın inkişafma yaxından köməklik edir. 1933-cü ildə Vətənə dönən
Cəlil Bağdadbəyov, Azərbaycan Dövlət Teatr Texnikumunda pedaqoji fəaliyyətə başlayır. Lakin
səhnədən ayrı yaşaya bilməyən Cəlil Bağdadbəyov, 1937-1943-cü illər ərzində respublikamızm
bir sıra rayon teatrlarmda rejissor və bədii rəhbər vəzifələrində çalışır.
O, 1949-cu ildə Bakıda vəfat etmişdir.
ELÇİN MƏMMƏDOV
(1946-2001)
Əməkdar incəsənət xadimi, Döv-lət və "Qızıl Dərviş" mükafatları laureatı Elçin Mehdi oğlu
Məm-mədov, Şuşanın görkəmli ziyalı sənətçiləri, xalq artistləri Mehdi Məmmədov və Barat
Şəkinskayanm ailəsində dünyaya göz açıb. Gözünü açandan sənət adamlannm əhatə-sində olub
böyük arzularla boy atan Elçin Mommədov əvvəlcə Ə.Əzim-zadə adnKi rəssamlıq məktəbində,
daha sı ura isə M.Əliyev adma Azərbaycan DÖvlət İncəsənət İnstitutunda yüngül sənaye
rəssamhğı ixtisası üzrə təhsil ahb. Elçin Məmmədov ilk gündən özünün geniş erudisiyası, zəngin
intellekti və fantaziyası ilə diqqəti cəlb etmişdir. Valideynləri kimi onun da taleyi incəsə-nətlə
yoğrulub yazılmışdır. Gənclik illərindən Elçin Məmmədov təkcə özünü istedadh rəssam kimi
deyil, həm də özünəməxsus sənət dəsti-xəttinə malik, orijinal təbiətli aktyor kimi də sənət-çilər
arasında tanıda bilmişdir. O, bir müddət Musiqili Komediya, Opera və Balet teatrlarında
tərtibatçı rəssam və baş rəssam kimi çahşmışdır. Sonradan səhnəqrafiya fəaliyyətini geniş-
ləndirən Elçin Məmmədov respubükamızın bir çox teatrlarmda qurulmuş tamaşalarda orijinal,
lakonik və göz oxşayan tərtibatlar vermişdir. Artıq Azərbaycamn teatr tarixi salnaməsinə daxil
olmuş M.F.Axundovun "Xırs quldurbasan", C.Məmmədqu-luzadənin "Dəli yığıncağı",
S.Vurğımun "İnsan", M.Qorkinin "Meşşanlar", H.Cavidin "İblis", R.İbrahimbəyovun "Biganələr
oteli" (Akademik milli Dram Teatn), O.Kazımov və C.Səli-movanın "Danabaş kəndinin
əhvalatları", L.Vanşteyn və R-İbra-himbəyovun "Səhranm bəyaz günəşi", İ.Ştrausun "Yarasa",
C.Cahangirov və S.Dağhnm "Təzə gəlin", F.Əmirov və M.Əli-zadənin "Gözün aydın" (Musiqili
Komediya Teatrı), C.Məm-mədquluzadənin "Danabaş kəndinin məktəbi", N.Nərimanovun
"Şamdan bəy", Anann "Keçən ilin son gecəsi" (Gənc Tama-şaçılar Teatrı), M.Qorkinin "Həyatın
dibində", L.Dürkonun "Mənim məhəbbətim Elektra", H.Cavidin "Şeyx Sənan" (Rus Dram
Teatrı), Evripidin "Elektra" (Naxçıvan teatn), M.İbra-himbəyovun "Mezozoy əhvalatı",
M.Lermontovun "İki qardaş", (Gəncə teatn), İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Qo-qolun
"Müfəttiş" (Lənkəran teatrı), Ü.Hacıbəyovun "Arşm mal alan" (Marionet teatrı) tamaşalarına,
eləcə də respublikamızdan uzaqlarda - Moskva, Arxangelsk və başqa şəhərlərin teatrlannda bir
çox tamaşalara bədii tərtibat vermişdir. Elçin Məmmədovun rəngkarhq işlərinin bir qismi təkcə
Bakımn deyil, dünyanm bir çox muzeylərində saxlanılır. O, həmçinin bir çox Beynəlxalq Teatr
rəssamlan sərgilərinin iştirakçısı və mükafatçısıdır. Res-publikamızda kitab qrafikasmm
inkişafında Elçin Məmmədovun xüsusi xidməti vardır. O, istedadh bir aktyor kimi bir çox
filmlərə çəkilmişdir. Onun ekranda təcəssüm etdirdiyi "Dədə Qorqud"da Qaraca Çoban, "Yeddi
oğul istərəm"də Mirpaşa, "Dantenin yubileyi"ndə Səyavuş, "Çətirimiz buludlardır"da Məlik və
başqa obrazlarla tamaşaçı qəlbinə yol tapmışdır. Görkəmli teatr rəssamı Elçin Məmmədov 1989-
cu ilin dekabnndan 2001-ci ilin fevralın 18-dək Akademik Milli Dram Teatrımn baş rəssamı
olmuşdur.
HEYDƏR ŞƏMSİZÄDƏ
(1905-1981)
Şuşada dünyaya göz açıb teatr sənəti sahəsində öz istedad və ba-carığı ilə tanmmış
sənətkarlardan biri də respublikanın əməkdar artisti Heydər Aslan oğlu Şəm-sizadədir.
Teatr səhnəsinə ilk dəfə aktyor kimi qədəm basan Heydər Şəm-sizadə sonradan rejissor və
bacanqh teatr təşkilatçısı kimi teatr ictimaiy-yəti arasında tanmmışdır. Ömrünün səhnədə
keçirdiyi illərində o, bir sıra canh, yaddaqalan, rəngarəng obrazlar qalereyası yaratmışdır. Bir
vaxtlar onun səhnədə təcəssüm etdirdiyi Əmiraslan ağa fS.S.Axundov "Laçm yuvası"), Seyratı
(A.Şirvanzado "Namus"), Nadir şah (N.Nərimanov "Nadir şah"), Frans (F.Şiller "Qa-çaqlar"),
Qacar (Ə.B.Haqverdiyev "Ağa Məhəmməd şah Qa-car"), İsgəndər (C.Məmmədquluzadə
"Ölülər") və başqa dramatik səpgili obrazlar, orijinal oyun manerası ilə tamaşaçılann hüsn-
rəğbətini qazanmışdır.
Aktyorluq etməklə yanaşı Heydər Şəmsizadə həm də tama-şalar qurmağa böyük həvəs göstərir.
Öz nəzəri biliyini artırmaq üçün sonradan o, Moskva Dövlət Teatr İnstitutumın rejissorluq
şöbəsində təkmilləşmə kursu keçir, Moskvanm teatr mühiti ilə yaxından tanış olur. Teatr
sənətinə olan böyük həvəs onu həm də özimə qarşı tələbkar olmağa vadar etmişdir. Daima öz
üzərində çalışan, yaradıcılıq axtanşları ilə diqqəti çəkən Heydər Şəmsizadə uzun illər
Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatnnın baş rejissoru və bədii rəhbəri olmuş, bu
teatrın yaradıcılıq simasını tapmasında öz bilik və bacarığını əsirgə-məmişdir.
Onun rejissor kimi quruluş verdiyi Ü.Hacıbəyovıın "Məşədi İbad", "Leyli və Məcnun",
C.Cabbarhnın "1905-ci ildə", "Od gəlini", S.Vurğunun "Vaqif', "Fərhad və Şirin",
Mİbrahimovun "Məhəbbət", R.Rzanın "Vəfa", M.F.Axundovun "Müsyö jordan və Dərviş
Məstəli şah" və başqa əsərlərin teatr tariximizdə özünəməxsus sənət çəkisi və yeri vardır.
Yeni-yeni aktyor nəslinin yetişməsində böyük əmək sərf edən Heydər Şəmsizadənin yaradıcılığı
təkcə Ağdam teatrı ilə bağlı deyil. O, müxtəlif dövrlərdə Quba, Nuxa (Şəki), Füzuli, Şuşa, habelə
Türkmənistanın Aşqabad şəhərlərinin teatrlarında bir sıra əsərlərə uğurlu quruluşlar verərək
teatrsevərləri sevindirmiş, onların hüsn-rəğbətini qazanmışdır.
Respublikanın əməkdar artisti Heydər Şəmsizadə 1981-ci ildə vəfat etmişdir.
ZAKİR BAĞIROV
(1916-1994)
Əməkdar incəsənət xadimi, pro-fessor, bəstəkar Zakir Cavad oğhı Ba-ğırov 1916-cı ildə
Qarabağın tacı olan Şuşada dünyaya gəlmişdir. Moskva Dövlət konservatoriyasmı bitirən Zakir
Bağırov uzun illər bəstəkarhqla yanaşı öz bilik və bacanğını pedaqoji fəaliyyətde gənclərə sərf
etmişdir.
Bir bəstəkar kimi o, xalq çalğı alətləri üçün süitaların, orqan üçün improvizasiyalann, kamera-
instrumen tal əsərlərin, mahnı və romansların müəüifidir. Lakin onun yaradıcıhğında teatrın
xüsusi yeri var.
Belə ki, onun yazdığı "Aygün" operası, "Kəndimizin mah-nısı" və "Qaymana" operettalan teatr
tariximizin ən maraqh səhifələrindən biridir.
Bir neçə nəsil vokalistlər dəstəsi, aktyor və rejissorlar Öz yaradıcıhq imkanlarmı
müəyyənləşdirmək üçün onun bu əsərlərində Özlərini sənət smağına çəkərək uğur qazanmışlar.
ƏŞRƏF ABBASOV
(1920-1992)
Əməkdar incəsənət xadimi, § professor Əşrəf Cəlal oğlu Abbasov 1920-ci ildə Şuşada
doğulmuşdur. | Ü.Hacıbəyov adma Azərbaycan Dövlət Konservatoriyasınm (indiki Musiqi
Akademiyasınm) yetirməsi olan görkəmli bəstəkar və pedaqoq olan Əşrəf Abbasov 1965-ci ildə
ilk Azərbaycan uşaq baleti olan ",Qaraca qız"ı yazmış, daha sonralar onun yazdığı "Səndən mənə
yar olmaz", "Dağlar qoynunda" operettalan Musiqiü Komediya teatrmın səhnəsində uzun illər
uğurla oynanılm.ışdır.
O. həmçinin simfonik orkestr üçün "Konsertino"nun, "Şuşa", "Gələcək gün", "Dramatik"
simfonik poemalann, bir çox instrumental əsərin, mahnı və romansm müəllifidir.
Professor Əşrəf Abbasov bir müddət (1953-1957) Azər-baycan Dövlət Konservatoriyasınm
rektoru olmuşdur.
MƏHƏRRƏM ƏLIZADƏ
.
Hər kəsə adı valideynləri verir, taleyi isə AUahdan yazılır. Yəni "səndən hərəkət, məndən
bərəkət" məsəlini atalar ona görə deyiblər ki, hər kəs Öz əməlilə həyatda tanına bilər, xalqınm
mənəvi dün-yasında iz qoya bilər.
Taleyi Allahdan, adı valideynləri tərəfmdən yazılan yazıçı-dramaturq Məhərrəm Cəlal oğlu
Əlizadə Azərbaycan ədəbiyyat və incəsə-nətində öz xoş əməllərilə iz qoya bilmişdir.
Bahann ilk çağlannda, Qara
:
bağın səfalı bir guşəsi olan Şuşa şəhərində 1913-cü ildə dünyaya
göz açan Məhərrəm Əlizadə sanki doğulduğu yerin ab-havasını, safhğını, gözəlliyini özünə
hopdurmuşdur. Bir müddət sonra köçüb Füzulidə orta məktəbi bitirən Məhərrəm Əlizadə 1930-
cu ildən öz taleyini Bakı ilə bağlayır. Ürəyinin istəyi, ağlının gücü ilə əlinə qələm alan Məhərrəm
Əlizadə hansrjanrda yazmışsa, həmişə bir istəkdən çıxış etmişdir: insanlara alicənabhq, düzlük,
saflıq hissi aşılamaq!
Bu müqəddəs hisslərdən yoğrulmuş Məhərrəm Əlizadənin çoxlu hekayələri, povestləri,
felyetonlan vardır. Ancaq onu dramaturq kimi məşhurlaşdıran onun komediyaları olmuşdur.
1937-ci ildən "İftira" komediyası ilə ədəbiyyata gələn Məhər-rəm Əlizadənitı ayağı teatra
açıldıqdan sonra bir-birinin ardınca "Toy kimindir?", "Qızılgül", "Gözün aydm", "Səndən mənə
yar olmaz", "Altı qızın biri Pəri", "Rəisin arvadı", "Bir dəqiqə", "Nazxamm naz eləyir",
"Qonşumuzda bir oğlan var", "Qığılcım", "Dağ çiçəyi", "İki könül bir olsa", "Şeyx Rəhmətulla"
və başqa lirik-dramatik komediyalar yazmışdır.
Bakıda bir vaxtlar fəaliyyət göstənniş televiziya teatrı ilk tamaşasım onun "Sən gözəlsən" pyesi
ilə açmışdır. Sonralar radio və televiziyada "Yaşıl çamadan", "Bəşirin toyu", "Birinci toy",
"Körpü", "Ailə", "Təzə evə köçürük" pyesləri oynanıl-mışdır. M.ƏHzadənin "Toy kimindir?",
"GÖzün aydın", "Qızıl-gül", "Bir dəqiqə" komediyalan Özbəkistanda, Türkmənistanda,
Dağıstanda, Bolqarıstanda tamaşaya qoyularaq müəUifınə şöhrət qazandırmışdır.
O, uzun müddət Fikrət Əmirov, Səid Rüstəmov, Ağası Məşədibəyov, Nazim Əliverdibəyov,
Ramiz Mustafayev, Əşrəf Abbasov, Tofiq Bakıxanov və başqa görkəmli bəstəkarlarımızla
uğurlu yaradıcılıq təmasında olmuşdur. Məhz bu istedadh adam-ların bir-biri ilə sənət
ünsiyyətində olması Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrınm repertuannı
zənginləşdirmiş, bu teatnn inkişafma böyük təkan vermişdir.
NƏSİR SADIQZADƏ
(1926-1996)
Şuşalı sənət adamlannın biri də görkəmli rejissor və pedaqoq Nəsir Müseyib oğlu Sadıqzadədir.
O, 1926-cı ildə Şuşada doğulsa da, yeniyetməlik və gənclik övrünü Karyagində (indiki Füzuli)
keçirmiş, daha sonra isə Bakıda və Moskvada ali rejissorluq kursunu bitirmişdir. Teatr sənətinin
elmi-nəzəri-təcrübi təbiətini gözəl bilən Nəsir Sadıq-zadə zəngin intellekti, profes-sionallığı ilə
teatr ictimaiyyəti ara-sında özünə qarşı rəğbət hissi qazanmışdjr. Orijinal təfəkkürlü rejissor kimi
tanınan Nəsir Sadıqzadə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir teatrlannda quruluşçu
rejissor, baş rejissor vəzifələrində çahşaraq, müxtəlif janr və formalı onlarca əsərə səhnə
təcəssümü bəxş etmişdir. Yaradıcıhqda özünəməxsus sənət dəsti-xətti olan Nəsİr Sadıqzadə
Azərbaycan və dünya klassiklərinin, eləcə də, müasir dramaturqlann əsərlərinə orijinal quruluşlar
vermişdir. Onun respublikamızın müxtəlif teatrlarında quruluş verdiyi Tsao Yuyun "Tayfün",
N.Hikmətin "Unudulan adam", Ə.Nesinin "Gəlirsinizmi?", "Toros canavarı", A.Ostrov-skinin
"Günahsız müqəssirlər", E.de Filipponun "Komediyanın qüdrəti", C.Patrikin "Qəribə missis
Seviç", C.Cabbarlının "Aydın", "Sevil", M.İbrahimovun "Kəndçi qızı", B.Vahab-zadənin
"Yağışdan sonra", V.Rozovun "Qeyri-bərabər döyüş", "Sabahın xeyir", M.F.Axundovun "Hacı
Qara", O.İosolianinin "Araba hələ aşmayıb", B.Brextin "Üç quruşluq opera" və başqa esərlərinin
tamaşaları Azərbaycan teatr tarixinin ən maraqlı, parlaq səhifələrindəndir.
Yeri gəlmişkən, dünya teatr prosesində özünün epik teatr prinsipi ilə tanınan, rejissor-dramaturq
Bertold Brextin əsərinə Azərbaycan səhnəsində ilk dəfə məhz Nəsir Sadıqzadə müraciət
etmişdir. Uzun illər sənətin sirrlərini öz tələbələrinə öyrədən Nəsir Sadıqzadə bir pedaqoq kimi
teatr aləmində xüsusi nüfüza malik idi. Hazırda onun tələbələri respublikamızın müxtəlif
teatrlarında çahşır. Ömrünün son iHərində o, "Azərbaycanfılm" kinostudiyasımn istehsal etdiyi
bir neçə bədii fılmdə aktyor kimi iştirak etmiş, "Qətl günü", "Şeytan göz qabağında", "Qara
Volqa", "Bəxt üzüyü" və başqa fılmlərdə yadda qalan obrazlar yaratmışdır.
Nəsir Sadıqzadə 1996-cı ildə Bakıda vəfat etmişdir.
SON SOZ VƏ YAXUD GULLƏLƏNMIŞ HEYKƏLLƏR...
Şuşa, Qarabağm tacı'. Soz-sənət beşiyi, ecazkar təbiətli cənnət-məkan... Bəlkə də elə Allahm
bəxş etdiyi altı-üstü sər-vətlərlə zəngin olan təbietin bu ecazkar məkanı özünün təmiz havası, saf
suyu ilə düşmənləri həmişə özünə həsədlə cəzb ettnişdir. Amma həmişə də düşmənlərin həris
hisslərdən, həsəd-dən yoğrulmuş arzuları ürəklərində-gözlərində qalmışdır.
Tarix isə Şuşanı bina olunduğu gündən sınaqlara çəkmişdir. Qədim yaşayış məskəni olan
Şuşanın əsası 1750-ci illərdə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfındən qoyulmuşdur.
Pənahəli xan Cavanşir coğrafı movqedən mühütn hərbi strateji yüksəklikdə yerləşən bu yaşayış
məkanmın ətrafma müdafıə divarı çəkdirməklə qalaya çevirmişdir. Heç də təsadüfı deyil ki, bir
müddət bu qalam Pənahabad adlandırmışlar. Qala sonradan sürətlə inki-jaf edərək iqtisadi-siyasi
və mədəni cəhət-dən Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdir.
Şuşa şəhəri Qarabağ xanhğınm (1747-1822) paytaxtı kimi tanmmaqla öziinə həm dost, həm də
düşmən qazanmışdır. Qısa müddətdə şəhərdə dəmirçi, baştnaqçı, papaqçı, misgər, dərzi, boyaqçı
sənətkarlar şöhrət qazanır, ad çıxarırlar. Karvansara və bazar meydanlan yerli sənətkarlarla
yanaşı, ecnəbi tacirlərlə də dolur. Müxtəlif ipək məmulatlan Şuşanın şöhrətini daha da ucaldır.
Təbii ki, bu gözəl məkan düşmənlərə rahatlıq vermirdi. Onlar nə yolla olursa-olsun, Şuşa
qalasını ələ keçirib onun torpağına və sərvətinə sahib olmaq istəyirdilər. Ona görə də yadellilər
dəfələrlə Şuşaya hücum edirdilər. 1751-ci ildə Məhəmməd Şah Qacar Şuşaya hücum edtr, lakin
güclü müqavimətə rast gələrək geri çəkilməli olur. Bu hadisə nəticəsiz qalmır. Şəhərin qala
divarlan daha da möhkəmləndirilir. 1795-ci ildə Ağa Məhəmməd Qacar 85 minlik ordu ilə
Şuşaya hücum edir, onu mühasirəyə ahr. Lakin şəhər əhalisindən təşkil olunan 15 minlik xalq
qoşunu, 33 gün düşmənə müqavimət göstər-mək!ə düşməni geri çəkilməyə məcbur edirlər.
Sonradan böyük itkilər hesabına Şuşaya soxulan Ağa Məhəmməd Qacar sui-qəsd nəticəsində
öldürülür. İran qoşunu məcbur olub şəhəri tərk etməli olur. XIX əsrin əwəllərində general
P.D.Sisianovun başçıhq etdiyi çar qoşunu Azərbaycanı zəbt etmək üçün hücum edir. Lakin güclü
müqavimətə rast gəlir. Amma 1813-cü ildə Şuşa məcburən Qarabağ xanlığı ilə birlikdə
Rusiyanın hima-yədarhğına verilir.
Beləliklə, 1822-ci ildə Qarabağ xanlığı ləğv olunur. Şuşa rus hərbi komendanthğı tərəfmdən
idarə olutıarkən, 1826-cı ildə İran şahzadəsi Abbas Mirzə öz qoşunları ilə qalanı müha-sirəyə
alır. Lakin şuşahların İran qoşunlanna qarşı apardığı kəskin mübarizə Abbas Mirzəni öz
əsgərlərini geri çəkməyə məcbur etdi. Yadellilərin bütün bu basqınlarma baxmayaraq, Şuşa
Qafqazm ticarət mərkəzlərindən biri kimi ipəkçiliyi, xalçaçıhğı inkişaf etdirirdi. Şəhər memarlığı
qalanın simasını zənginləşdirməklə dəyişdirirdi. 1871-ci ildə artıq Xurşııd Banu Natəvan öz
vəsaiti hesabına Şuşaya su kəmərini çəkdirib Xan qızı bulağı kompleksini tikdirdi. Şəhər əhlinin
suya olan korluğu aradan götürüldü. Şuşalüar şəhərdəki başqa millətin nümayən-dələri ilə
birlikdə dinc yanaşı yaşamaqla, quruculuq işləri ilə məşğul olmaqla, öz mədəni həyat tərzini
yüksəldirdilər. Şəhərdə məktəblər, mədrəsələr açıhr, sirk, teatr binalan tikilir, qalaya məxsus
üslubda memarlıq inkişaf etdirilirdi. Belə bir vaxtda 1920-ci ildə bolşeviklərin XI qızıl ordusu
Qarabağda törətdikləri qırğınla Şuşada, o cümlədən Azərbaycanın bütün bölgələrində sovet
hakimiyyətini bərqərar etdi. Təbii, Şuşada sovet höku-mətinin qurulması heç də asan olmadı. İlk
günlərdə müsa-vatçılar, o zaman Azərbaycanda olan türk generalı Nuru Paşamn rəhbərliyi ilə
bolşeviklərə qarşı vuruşsalar da, sonradan rus və daşnak birləşmələrindən ibarət olan bolşevik
ordusu qiyamçılann inadını qıra bildilər.
:
Beləliklə., Azərbaycanın başqa regionlarmda olduğu kimi, Qarabağda da sovet idarə üsulu tətbiq
olunmağa başladı...
Erməni daşnakları ilə əlbir olan bolşevik-sovet rəhbərləri, 1923-cü ilin 7 iyulunda Azərbaycan
Respublikası tərkibiində Dağlıq Qarabağ Muxtar vilayətini təşkil etməklə Qarabağm gələcək
faciələrinə səbəb ola bilən altdan gizli, asta-asta işləyən iblis bombasını qoydular. Şuşam da bu
Muxtar vilayətin tərki-binə saldılar. Azərbaycanhlara beynəlmiləlçilik, qardaşlfq laylası çalmağa
başladılar. İblis təbiətli erməniləri isə hər mərtəbədə vəzifə kreslosuna əyləşdirdilər.
BeləlikJə, min bir sifəti olan yaltaq və ikiüzlü erməni "dostlar", azərbaycanlılann üzünə gülməklə
altdan-altdan öz düşmənçilik siyasətlərini yeritməyə başladılar. Azərbaycanın say-seçmə oğul və
qızlanm, düşünən beyni, görən gözləri olan ziyalılannı, bir-bir müxtəlif adlar altmda iftira və şər
atmaqla aradan götürməyə başladılar. Lakin ruslarla əlbir olan bu daş-naklar, təkcə türkün qanma
susamaqla öz işlərini bitmiş hesab etmirdilər, Onların niyyətləri daha da böyük idi. Böyük
"Ermə-nistan" yaratmaq İddiası təbii ki, Azərbaycan torpaqlannm hesa-bına həyata keçə bilərdi.
Qədim türk məskənləri olan İrəvan xanhğı, Göyçə mahah, Zəngəzur və başqa türk torpaqlan üzə-
rində bolşevik Rusiyası qul xislətli ermənilər üçün Ermənistan Respublikasmı yaratmaqla
gələcəkdə daşnaklann məkrli niy-yətlərinin həyata keçirmələri üçün şərait yaratdılar. Gözü tox,
heç kəsin torpağında gözü olmayan, haqqa-ədalətlə tapınan böyük ürəkli Azər türkü isə qurub
yaratmaqla məşğul idi...
Azərbaycanın başqa guşələri kimi sovet sistemində Şuşa da gündən-günə inkişaf etməklə,
özünün tarrixi abidələrini bərpa edir, müasir şəhərsalma strukturuna uyğun memarlıq abidələri
ilə qalanın simasım zənginləşdirirdilər. Memarlığm əvəzsiz nadir incüəri olan qala divarları,
qəsrlər, Pənahəli xanın sarayı, Qara Böyük xanın bürcü, X.B.Natəvamn evi, Hacı Qulu-nun
malikanəsi, Əsəd bəyin evi, Mehmandarovun evi, Zöhrab-bəyovların evi, Gövhərağa məscidi,
Ü.Hacıbəyovun və Bülbülün ev muzeyləri, türbələr, bulaq kompleksləri, küçə və meydan
ansamblım tamamlayan abidələr, görkəmli şəxsiyyətlərin, sənətkarların adlan şəhərin tarixi ilə
bağlı muzeylər, Şuşanın mədəni və mənəvi həyat tərzini zənginləşdirən şəkil qalereyası, Poeziya
evi, məktəblər, kitabxanalar, musiqi məktəbi, texni-kumlər və başqa mədəni-maarif müəssisələri
kurort şəhəri olan Şuşaya gələn hər bir insam təmiz ab-havası ilə birgə heyran edirdi. Şuşanın
heyrətamiz ecazkarlığı, sehri və sirri bir də onun bəşər mədəniyyətinə bəxş etdiyi nadir
istedadlan ilə seçilən musiqiçi, İncəsənət və ədəbiyyat xadimləri ilə məşhur olması idi. Rəssam
və heykəltəraşlar, memar Kərbəlayi Səfixan, müasir-lərimiz olmuş Lətif Kərimov, Cəlal
Qaryağdı, Əmir Hacıyev, Nadir Əbdürrəhmanov, şair və yazıçılar Molla Pənah Vaqif, Qasım
bəy Zakir, Xurşud Banu Natəvan, Mirmövsum Nəvvab, Ə.B.Haqverdiyev, Üzeyir Hacıbəyov,
N.B.Vəzirov, Y.B.Çəmən-zəminli, H.B.Vəzirov, F.B.KÖçərli, eləcə də yazımızın əvvəl-lərində
qeyd etdiyimiz teatr xadimləri özlərinin istedad və bacarıqları ilə dünyaya səs salaraq şuşalılara
şöhrət qazan-dırmışlar.
Bəşəri dəyərlərdən bəhrələnmiş, zəngin intellektə malik yaradıcı sənətkarlar, insanlarm mənəvi
dünyalannm, dünya-gÖrüşünün, zövqünün, həyata və cəmiyyətə raünasibətlərinin formalaşaraq
dərk olunmasına, zənginləşməsinə xidmət etmiş öz yaradıcılıqlarmda gözəlliyi, hurnanizmi, saf
və ülvi hissləri tərənnüm etmişlər. Amma təzadlarla zəngin olan həyatda xeyirlə şər qüvvələr
yanaşı addımlamaqla istənilən anda üz-üzə dura büirlərmiş. Belə məqamlarda çox vaxt ayaq
tutub yeriyən iftira və yalan böyük faciələrə səbəb olarmış.
Bütün dövrlərdə tarixin amansız və ədalətsiz hökmləritıə düçar olmuş Qarabağm, o cümlədən
Şuşanm başı üstündə XX esrin sonuna yaxın (1988-ci ildən başlayaraq) daha bir faciə
oynanılmağa başladı.
Ruslarm, erməni daşnaklanmn və sapı özümüzdən olan başsız manqurt siyasətbazlann iştirak
etdİyi Qarabağ faciəsi...
Tarixin bu böyük və ədaletsiz faciəsinin bir səhnəsi də, biganə dünya tamaşaçılannm gözü
qarşısında Şuşa qalasında oynanıldı. Özü də professional səhnənin şərtiliyindən uzaq, həyatm
qəddar hökmünə uyğun insanlan qana-qəltan edən topla-tüfenglə, odla-alovla, amansız müharibə
qanunlarma uyğun bir reallıqla oynamldı bu faciə...
Şuşa Dövlət musiqili Dram teatrmm kolleJctivi güllələnraiş doğma heykəllər arasmda. (2000-ci
ii).
Erməni daşnaklan azəri-türkünü qana-qəltan etməklə öz nifrətini soyula bilmədiyindən, tırtırlarla
memarhq abidəJərini dağıdır, şəhərin görməli yerində qoyulmuş bütöv bir xalqm iftixan olan
övladlannm heykəllərini güllə-baran edirdilər. Onlar Üzeyir bəy Hacıbəyovun, Xurşud Banu
Natəvanm, BüJbülün heykəllərini giilJəIəməklə, zəngin Azərbaycan mənəviyyatmm bəşər
medəniyyətinə məxsus olan dahi şəxsiyyətlərinə güllə atırdılar. Bu güllələr iblis təbiətlilərin iç
üzünü açmaqla, kimin kim olduğunu göstərməklə, həsəd və qorxaqlıqdan atılmış güllələrdi.
Ennəni mətıəviyyatsızhğmı ifşa edən bu tarixi həqiqət, dün-yada heç bir nadan barbarın etmədiyi
fakt olmaqla, ermənilərə xas olan əməldir. Azərbaycanın işğal olutımuş torpaqlarındakı milli
mədəniyyət abidələrini, mədəni-maarif müəssisələrini, məktəbləri, kitabxanaları, muzeyləri
dağıdıb-satan ermənilər, yəqin ki, nə vaxtsa məşhər ayağına çəkilməklə, onİann üzündən
simasızlıq maskası götürülməklə dünya qarşısında kimlikləri ifşa olunmaqla, hamıya məlnm
olacaq. Amma, bu tarixi həqiqətin təntənəsi isə vaxt və zamanın hökmünə möhtacdır.
Bu gün Üzeyir bəy Hacıbəyovun, Xurşud Banu Natəvanm, Bülbülün erraənilər tərəfındən
güllələnmiş heykəlləri, Bakıda R.Mustafayev adına Dövlət İncəsənət muzeyinin həyətində
qoyulmaqİa, bizlərə və siyasətçilərə görk olmaqla, ermənilərin kim olduqlannı dünya xalqlarma
nümayiş etdirir...
Çoxlanna məlum olun başı bəlah Şuşanın tarixi keçmişi, bu günü ilə bağlı ürək ağnlı qeydlərimi
edərkən yadıma V.Şekspirin bir vaxtlar İngiltərənin tarixi, onun keçdiyi dramatik yaşantılarla
bağh yazdığı pyes-xronikalan düşdü. Öz-özümə düşündüm, görünür, nə vaxtsa, bizləräə də
Qarabağın faciəli tarixinə dair pyes-xronikalar yazıtacaq və bu dram əsərləri başqa teatrlarla
yanaşı, həm də Şuşa teatrmm da səhnəsində oynanılacaqdır. Çünki bizim başımıza gələn
fəlakətlərin, faciələrin kökündə biganəlik və ımutqanlıq durur.
Buna misal olaraq elə XX əsrdə ermənilərin törətdikləri qırğın illərini - 1905-ci ili, 1918-1920-ci
illəri, 1937-1950-ci illəri göstərmək olar. Bu "xəstəlikdən" qurtulmağın yolu isə öz mənəvi
dəyərlərimizə sahib olmaqla, haqq və ədalətin təntənəsinə nail olmaqdır. Teatr səhnələrində
oynanılacaq belə dram əsərlərinin - xronikaların tamaşaları mənəviyyatımızı zənginləşdirraəklə
yanaşı, tarixi yaddaşımızın oyamşına və möhkəmlənməsinə xidmət etmiş olardı...
...Qarabağ! Düşraən gözü çıxardan, özümüzün isə yetorincə qədrini bilmədiyimiz Ana Vətən!
Qarabağ, yurd-yuvasmı, dağım-dərəsini, gülünü-çiçəyini, daşım-meşəsini, ürəkdolusu təmiz
hava və suyunu itirmişlərin, qəlbi riqqətə gətirən sevincin qəbir evinə kimf nə oJduğunu
bilməyənlərin - qara bəxti... Sən demə, söz-sənət məkanında dünyaya göz açan qarabağ-hlann
qulaq oxşayan, qəlbə həzinlik, rahatlıq gətirən gözəl səsləri, təkcə saf sudan, tərniz havadan, ülvi
hisslərdən deyil, həm də dərddən yoğrulubmuş... Ona göre də belə təsirJi, yanıqlı imiş bu səslər...
GÖrünür elə Qarabağ şikəstəsi vətən həsrə-tindən, toıpaq sevgisindən, acıdan-ağndan, arzu dolu
hisslərdən yoğrulmaqla, Tanrı dərgahma ucalan səsə dönərək, dünəndən-bu günə səs salmaqla
sabahı haraylayırmış. İçdən püsgürən -hayqıran bu səsləri, ancaq doğulduğu məkanı itirenlər
eşidə bilərlər... Necə ki, bir vaxtlar Pənahabadda (Şuşada) doğulmuş, sonra isə 1801-ci ildə İran
hökmdan Fətəli şaha ərə verilmiş, Qarabağh İbrahimxəlil xanın qızı, ağıl və gözəlliyi JIə hamını
heyran edən şairə Ağabəyim ağa Ömrünün sonuna kimi vətən həsrəti ilə qovrularaq belə
söyləmiş:
Mən aşığam qara bağ Qara salxım, qara bağ, Tehran cənnətə dönsə Vaddan çıxmaz Qarabağ!
Bəli, həsrətdən boylanan arzu və ümidlərimiz, ağnlanrmz içimİzdə, dağ boyda qayğılarımız
çiynimizdə, xalqırmz üçün tarixi sınaqlar dövrii olan XX əsrin sonuncu 2000-ci ilini yaşayınq.
Ümidimiz sabah açılacaq yeni XXI əsrədir... Kaş ki, Allah bu yeni yüzillikdə bizləri tarixi
siriaqlann faciəli tamaşalarm iştirakçısı etınəsin... AMİN!
12JL2000-CİİL
MUNDƏRICAT
Ön söz İlham Rəhimli: Bakıdan görünən Şuşa...................3
Şuşariın teatr mühiti...............................................................5
Şuşa kolxoz-sovxoz teatn....................................................28
Ü.Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram teatrı.......35
Şuşa Musiqili Xalq Teatrı....................................................43
Şuşa Dövlət Musiqili Dram Teatrı.......................................49
Repertuar (1990-2000)........................................................97
Şuşa teatr mühitinin yetirmələri..........................................98
Ə.B.Haqverdiyev.................................................................99
Ü.B.Hacıbəyov..................................................................101
Mirzə Muxtar.....................................................................102
H.B.Vəzirov.......................................................................104
N.B.Vəzirov.......................................................................105
Z.B.Hacıbəyov...................................................................106
Əhməd Ağdamski..............................................................107
Əfrasiyab Bədəlbəyli.........................................................108
Soltan Hacıbəyov..............................................................109
Bülbül................................................................................110
Niyazi.................................................................................111
Mehdi Məmmədov............................................................ 112
Şəmsi Bədətbəyli..............................................................114
Barat Şəkinskaya...............................................................115
Süleyman Ələsgərov.........................................................116
Məhluqə Sadıqova.............................................................117
Firəngiz Mütəllimova........................................................118
Cəlil Bağdadbəyov............................................................120
Elçin Məmmədov..............................................................121
Heydər Şəmsizadə.............................................................123
Zakir Bağırov.....................................................................124
Əşrəf Abbasov...................................................................125
Məhərrəm Əlizadə............................................................ 126
Nəsir Sadıqzadə.................................................................127
Son söz və yaxud güllələnmiş heykəllər.........................129
Dostları ilə paylaş: |