Yaradıcı heyət: Şahin Zülfüqarov


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix06.05.2017
ölçüsü0,96 Mb.
#17000
1   2   3   4   5   6   7   8   9

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

27

1.7. Xarici tələbələrin sayı

Hal-hazırda  Azərbaycan  ATM-lərində  xarici  dövlətlərin  3  438  vətəndaşı  təhsil  alır,  təxminən  eyni  sayda 

Azərbaycan vətəndaşı xarici dövlətlərin ATM-lərində təhsil alırlar. 3438 xarici tələbə dünyanın 41 dövlətini təmsil 

edir.  Onlar  bakalavr  və  magistr  dərəcələrini  oxuyur,  habelə  doktoranturada  təhsil  alırlar.  2006-2007-ci  illərdə 

Azərbaycanda təhsil alan xarici ölkə tələbələrinin sayı rekord həddə çatmış və 50 dövləti təmsil edərək 5 316 

nəfər olmuşdur. 4 il ərzində Azərbaycanda təhsil alan xarici tələbələrin sayı 4 000 nəfər artmışdır. Əksər hal-

larda  xarici  tələbələr  Bakı  Dövlət    Universitetində,  Azərbaycan  Dövlət  Neft  Akademiyasında,  İnşaat  və  Tikin-

ti  Universitetində,  Dövlət  İqtisad  Universitetində,  Naxçıvan  Dövlət    Universitetində  və  Qafqaz  Universitetində 

təhsil alırlar. Xarici tələbələrin təhsil aldığı 21 universitet arasında ən böyük kontingent BDU-də cəmləşmişdir 

(1038  nəfər).  Türkiyədən,  İrandan,  Çindən,  Hindistandan,  Banqladeşdən,  o  cümlədən  də  ərəb  ölkələrindən 

olan  tələbələr,  əsasən,  «neft  mühəndisliyi»,  «elekromexanika»,  «geodeziya»,  «tikinti  mühəndisliyi»,  «fizika», 

«beynəlxalq münasibətlər», «iqtisadiyyat», «tibb» və «incəsənət» ixtisasları üzrə təhsil alırlar. 

Qeyd etmək lazımdır ki, xarici tələbələrin 95%-i ödənişli əsaslarla təhsil alır.



1.8. Xaricdə təhsil alan Azərbaycan tələbələrinin 

sayı – istiqamət ölkələri.

Bu gün yaxın və uzaq xaricdə, nüfuzlu ATM-lərində təhsil alan Azərbaycan gəncliyinin yeni nəsli müxtəlif 

humanitar və texniki sahədəki biliklərə yiyələnərək Azərbaycanı ləyaqətlə təmsil edirlər. İndiki dövr və reallıqlar 

onlar  üçün  Amerikanın,  Avropanın  və  Asiyanın  aparıcı  universitetlərində  təhsil  almaq  imkanı  yaradır.  Gələcək 

mütəxəssislər xaricə hökumətlərarası sazişlər çərçivəsində Təhsil naziliyinin xətti ilə, o cümlədən də, dövlət və 

müxtəlif içtimai təşkilatlar xətti ilə gedirlər. Belə ki, əgər hələ 1997-ci ildə Təhsil nazirliyi xətti ilə tələbələrimiz, 

əsasən, yaxın Şərq ölkələrinə, Türkiyəyə, Misirə, İrana göndərilirdisə, 2005-2006-ci illərdə artıq Slovakiya, Rumu-

niya, Yunanıstan kimi dövlətlərdə Azərbaycan tələbələri təhsil almağa başlayıblar.  Habelə MDB dövlətlərində də 

təhsil alan Azərbaycan təbələrinin sayı çoxdur. Müasir azərbaycan cəmiyyətinin orta zümrəsinin nümayəndələri 

artıq  öz  övladlarını,  Harvard,  Oksford,  Kembric  kimi  nüfuzlu  brendlərə  malik  tədris  ocaqlarına  göndərmək 

imkanı qazanır. Bu cür yüksək akademik statusa malik tədris ocaqlarında Təhsil almış Azərbaycan gəncliyinin 

nümayəndələri bir çox hallarda stereotiplərdən və idioloji doqmalardan uzaq olan yeni Azərbaycan gəncliyi imi-

cinin formalaşmasında, yüksək şəxsi keyfiyyətlərin, intellektual-yaradıcı düşüncə tərzinin və şəxsi məsuliyyətin 

gənc nəslə aşılanmasında böyük və müsbət rol oynayırlar. Təhsilini başa vurduqdan sonra Azərbaycana geri dönən 

bu gənclərin qarşısında geniş perspektivlər yaranır, yeni-yeni üfüqlər açılır. 1996-cı ilin sonunda Azərbaycanda 

Soros fondu öz işinə başlamış, 1 may 1997 il tarixində isə ABŞ səfirliyinin iştirakı ilə Bakı Təhsil İmformasiya 

Mərkəzi  açılmışdır.  İlk  dövrdən  Mərkəzin  əsas  vəzifəsi  xaricdə  tədris  haqqında  imformasiyanın  verilməsindən 

ibarət  olmuşdur.    Daha  sonralar  Azərbaycanda  Soros  təqaüdçülüyü  Proqramının  müxtəlif  səviyyələri  mövcud 

və inkişaf olmağa başlamışdır. Hal-hazırda bu Fondun Azərbaycanda 14 təqaüdçülük Proqramı vardır. Əgər bu 

proqramlar, əvvələr əsasən, şagird və bakalarvlar üçün nəzərdə tutulmuşdusa, hal-hazırda belə proqramların 

əksəriyyəti magistr və peşəkarlar üçün həyata keçirilir. Hal-hazırda mərkəz xətti ilə hər il 60-80 nəfər müxtəlif 

tədris proqramlarında iştirak məqsədi ilə ABŞ, İngiltərə, Macarıstan, Bolqarıstan, Avstriya, Almaniya kimi ölkələrdə 

əsasən sosial-humanitar elmlər üzrə müxtəlif kurslarda iştirak edirlər. Bundan başqa İngiltərənin xarici işlər na-

zirliyi ilə müştərək proqramlar da mövcuddur. Xaricdə təhsil haqqında imformasiyadan başqa Fondun, Gəncə, 

Lənkəran və Mingəçevir şəhərlərindəki regional mərkəzləri ilə də iş aparılır. 2003-2005-ci illərdə çox mühüm 3 

illik layihə - BDU-da sosial iş üzrə magistr proqramının yaradılması işi həyata keçirilmişdir. Layihə özündə treninq 

və seminarları ingilis dilindən tərcümələri  ehtiva edir. «Sosial İşin Əsasları» adlı Azərbaycan dilində nəşr edilmiş 

kitab, müəllimlərin, digər dövlətlərin təcrübəsinin öyrənilməsi məqsədi ilə xarici ölkələrə səfərləri, müxtəlif tədris 

proqramlarının işlənib hazırlanması, BDU–da sosial iş üzrə kitabxananın yaradılması – adı çəkilən layihənin ən 

əsas  uğurları  hesab  olunmalıdır.  Qeyd  edək  ki,  layihə  üzərində    iş  müştərək  olaraq  Vaşinqton  Universiteti  və 

Kolumbiya Universiteti ilə birgə həyata keçirilmişdir. 

2006-2007-ci tədris illərində 891 Azərbaycanlı dövlət xətti ilə xarici dövlətlərin müxtəlif ATM-lərinə daxil 

olmuşdur. Onlardan 421 bakalavriata, 282-si magistraturaya, 63-ü klinik ordinaturaya, 18-i aspiranturaya və 102-

si doktoranturaya daxil olmuşdur. 2006-cı ildə Amerika Beynəlxalq Tədris Şurasının «FLEX» proqramı çərçivəsində 

53 nəfər qalib olmuş və ABŞ-ın müxtəlif ailələrində və ştatlarında 1 il ərzində öz təhsillərini davam etdirmək və 

dərinləşdirmək imkanı qazanmışlar.



Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

28

O  cümlədən,  bu  günlərdə  Azərbaycan  respublikası  prezidenti  c-b  İlham  Əliyev  2007-2015-ci  illər  üçün 



«xaricdə  təhsil  alan  Azərbaycan  gənclərinin  tədrisi  haqqında  Dövlət  proqramının  təsdiqi  barədə»  sərəncam 

vermişdir. Sənədə uyğun olaraq, bu Proqramın maliyələşdirilməsi ARDNF-nun, o cümlədən də qanunvericiliklə 

qadağan olunmayan digər mənbələrin hesabına həyata keçirilməlidir.  Təhsil nazirliyirin verdiyi məlumata görə, 

İT ixtisasları üzrə hər il ATM-lərinə 500-dən çox tələbə daxil olur.



1.9. Maliyyə təminatı

2006-ci  ildə  təhsilə  Dövlət  büdcəsindən  498  mln.  AZN    vəsait  ayrılmışdır    ki,  bu  da  2005  il  üzrə  analoji 

göstəricidən 33,1 % çox olmuşdur. 2006 ildə təhsilə yönəldilən vəsait Dövlət büdcəsinin 12 %-i təşkil etmişdir. 

Son 3 ildə Azərbaycanda 735 yeni məktəb tikilmişdir. Bundan başqa, 785 məktəb göstərilən dövr ərzində əsaslı 

təmir edilmiş, 71 məktəb isə əsaslı bərpa olunmuşdur. Göstərilən müddət ərzində Azərbaycanda, əvvəlki 7 ildə 

tikilmiş məktəblərin sayından 30 dəfə daha çox məktəb tikilmişdir. 2006-cı ildə 106 məktəbin əsaslı təmiri nəzərdə 

tutulmuşdur. 2007-ci ildə 105 000 şagird tutumuna malik daha 292 məktəbin  tikilməsi nəzərdə tutulmuşdur. 2007-

ci ildə elmə edilən xərclər 46 mln. AZN civarında müəyyən olunmuşdur. 



Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

29

1.10. İnformasiya texnologiyaları, kompüter savadlılığı 



və texniki təhcizat.

Bütün dünyada məhz riyazi biliklərin səviyyəsi üzrə təhsilin effektivliyi haqqında mühakimə yürüdülməsi 

adət  halı  almışdır,  lakin  ildən-ilə  bu  fənn  daha  aktual  və  zəruri  olan  kompüter  savadlılığı  ilə  sıxışdırılmağa 

başlanmışdır.  Həddi-buluğa  çatmış  hər  üç  avropalıdan  biri  kompüter  savadlılığına  malik  deyildir,  internetlə  və 

ya mənt redaktorları ilə işləyə bilmir. Avropa Birliyi ölkələrində aprel-iyun 2006-cı il ərzində statistik «Evrostat» 

aqentliyinin sorğusu bunu deməyə əsas verir. Ən yüksək kompüter savadlılığı Danimarka və İsveç dövlətlərində 

müşahidə edilir. Bu ölkələrin əhalisinin 16-74 yaş qrupu arasında 90 %-dən çoxu kompüter savadlılığına malikdir. 

Yunanıstanda isə əksinə, əhalinin 65%-nin kompüter savadlılığı yoxdur. Kompüter savadsızlığının əksər hissəsi 

yaşlı avropalı nəslinin üzərinə düşür, tələbələr arasında isə bu savadsızlıq göstəricisi cəmi 4%-dir. 

Azərbaycanda fəal şəkildə İKT-nin tətbiqi üzrə Dövlət proqramının realizə olunması prosesi gedir. Ümumtəhsil 

məktəblərində  bu  proses  2005-2007-ci  illəri  əhatə  edir.  Keçən  iki  il  ərzində  Azərbaycan  məktəblərində  1200-

dən  çox  kompüter  sinifi  təşkil  olunmuşdur.  Dövlət  proqramının  başa  çatdığı  dövrdə  isə  200-ə  yaxın  məktəb 

kompüterlə  təmin  ediləcəkdir.  Ümumilikdə,  kompüter  -  şagird  nisbətinin  1/33  nisbətində  olacağı  gözlənilir. 

Müqaisə üçün deyək ki, proqram başlanmazdan əvvəl bu nisbət 1/1063-ə səviyəsində dəyərləndirilirdi. Bundan 

başqa, yalnız imformatika deyil, başqa fənnlər üzrə də müəllimlərin ixtisas təkmilləşdirməsi prosesi davam edir. 

2007-ci ilin əvvəli üçün təxminən 700 müəllim xüsusi kurslar keçmiş və yalnız kompüter vərdişləri deyil, İKT–lərin 

tədris prsesinə tətbiqi metodikaları ilə də tanış olmuşlar. 2006-cı ildə təsdiq olunmuşdur ki, «imformatika» fənni 

1-11-ci siniflər arasında tədris ediləcəkdir. Bununla bağlı olaraq yeni proqram işlənib-hazırlanır. «İmformatika» 

fənni üzrə müəllimlərin, pedaqoji heyətin artırılması da nəzərdə tutulmuşdur. Minqəçevir, Lənkəran, Əli-bayramlı 

regionlarında imformatika üzrə silsilə tədbirlar keçirilmişdir. 21-29 sentyabr 2006-cı il tarixində isə Azərbaycanda 

ilk dəfə Gənclər və İdman nazirliyi tərəfindən kompüter oyunları üzrə I milli çempionat keçirilmişdir. Çempionatda 

14-35 yaş həddindəki yeniyetmələr və gənclər iştirak etmişlər. Çempionatın rəsmi saytı istismara buraxılmışdır. 

Çempionat özü isə «FIFA Soccer 2006» və «Need For Speed: Most Wanted» 

2007-ci ildə Təhsil nazirliyi və Dünya Bankının «Təhsilin idarəedilməsində imformasiya sistemi» adlı müştərək 

layihələrinin birinci mərhələsi başa çatır. Bu sistem bütün rayonlar üzrə təsnif olunmuş bütün ümumrespublika 

məktəbləri haqqında imformasiya bazasına malik olaraq bu və ya digər məktəbin tarixi, idarəolunması barədə 

tam və dolğun məlumata malikdir. Layihənin ilk mərhələsinə Dunya Bankı tərəfindən 70 000 $ həcmində kredit 

ayrılmışdır.  Təhsil  nazirliyi  tərəfindən  prioritet  hesab  olunan  bir  neçə  fənn  üçün  elektron  tədris  resurslarının 

hazırlanması başlanmışdır - (fizika, biologiya, kimya, və Azərbaycan tarixi fənnləri üzrə) (disklərin multimediyası). 

Yaxın gələcəkdə digər fənnlər üzrə də elektron tədris vəsaitlərinin hazırlanması planlaşdırılır. Daha bir prioritet 

istiqamət Azərbaycan dilində elektron tədris veb resurslarının inkişafıdır (on-layn). Bu gün  milli tədris veb kon-

tentinin hazırlanmasına kəskin zərurət hiss olunmağa başlanmışdır. 2001-ci ildən ABŞ Dövlət Departamentinin 

mədəniyyət  və  Təhsil  işləri  üzrə  bürosunun  maliyyələşdirdiyi  «əlaqələr  və  mübadilə»  proqramı  çərçivəsində 

Naxçıvan MR daxil olmaqla ölkənin 19 regionunda 72 kompüter mərkəzi açılmışdır. O cümlədən «elektron gənclik» 

adlı proqram işlənib-hazırlanmışdır ki, bu proqram da «elektron Azərbaycan» layihəsinin tərkib hissəsidir. Burada 

20-dən çox proqramın, o cümlədən karyera qurulmasına həsr olunmuş portalların qurulması, elektron kitabxana, 

virtual gənclər, gənclər siyasətinin və sağlam həyat tərzinin, virtual muzeyin, virtual hüquqi məsləhətlərin və  

treninqlərin öz əksini tapacağı gözlənilir. Bu layihələr «Elektron Azərbaycan» proqramı işə düşən kimi fəaliyyətə 

başlayacaqlar (2008-2012). 

Azərbaycanda həmçinin «Elektron Qafqaz» adlı kənardan tədris sisteminin inkişafını özündə əks etdirən 

regional  layihə  –  «Elektron  Qafqaz»  layihəsi  də  həyata  keçirilir.  Kənardan  tədris  sisteminin  (KT)  tətbiqinin 

zəruriliyi  haqqında  2003-cü  ildə  ABŞ-ın  İndiana  ştatının  universiteti  ilə  AZRENA  assosasiyasının  imzaladıqları 

və Azərbaycanda KT texnologiyalarını özündə əks etdirən əməkdaşlıq layihəsi imzalandıqdan sonra danışılmağa 

başlanmışdır.  KT  metodu  tələbə  və  yaxud  da  maraqlanan  şəxs  üçün  ona  rahat  olan  bir  müddət  çərçivəsində 

tədrisi həyata keçirməyə imkan verir. Bunun üçün tələb olunan yalnız kompüter və telefondur. Bununla bağlı 

məktəb şagirdlərinin və o cümlədən də ucqar regionlarda yaşayan əyalət gənclərinin kompüter savadlılığına nail 



Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

30

olmaq vacib şərtdir. Bununla da əmək bazarının İT, bank işi və ya turizm sferasında yeni peşələrə olan təlabatı 



ödəmək yüngülləşəcəkdir. 2005-ci ildə respublikanın 2 287 məktəbinə 5 729 ədəd kompüter texnikası verilmişdir 

ki, bunlardan da Bakı məktəblərinə 4 739 ədəd, Sumqayıt məktəblərinə 681 ədəd, Naxçıvan məktəblərinə isə 

309 ədəd paylanmışdır. 

2006-cı ildə Azərbaycan üzrə 740 məktəbə 10 708 texniki vasitə paylanmışdır (Bakı üzrə 2 750, rayonlar 

üzrə 7 958) 

Cənab Prezident İ. Əliyevin fərmanı ilə təsdiq edilmiş Proqrama uyğun olaraq 2007-ci ildə 2444 məktəbə 

9000  kompüter  paylanması,  10  000  müəllim  üçün  treninqlərin  keçirilməsi  və  o  cümlədən,  məktəblərdə  2500 

labarant ştat vahidlərinin açılması nəzərdə tutulmuşdur. 



Kompüter texnikasının respublika məktəbləri arasında bölgüsü  

Məktəblərin sayı

Kompyuter 

texnikasının sayı

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

31

Azərbaycan TM-lərində kompüter sayı və internetə 



qoşulmuş kompüterlərin sayı 

Regionların adı  

 

Azərbaycan 



Respublikası – cəmi  

21 589  15 793  1 093  6,9 

628 

56 


8,9 

5 168 


2 039 

39,5


Bakı şəhəri – cəmi     

10 315  5 396  422 

7,8 

388 


34 

8,8 


4 531 

1 851 


40,9

Abşeron iqtisadi 

rayonu – cəmi  

1 031 


938 

61 


6,5 

54 


12 

22,2 


39 

35 


89,7

Gəncə – Qazax iqtisadi 

rayonu – cəmi 

1 817 


1 644  92 

5,6 


35 



138 

3,6



Şəki - Zaqatala iqtisadi 

rayonu – cəmi 

925 

858 


15 

1,7 


17 

17,6 



50 

10 


20,0

Lənkaran  iqtisadi 

rayonu – cəmi 

1 269 


1 183  77 

6,5 


13 

15,4 



73 

18 


24,7

Quba-Xaçmaz  iqtisadi 

rayonu – cəmi 

598 


577 

15 


2,6 



19 


15 

78,9


Aran  iqtisadi 

rayonu – cəmi 

2 834 

2 686  287 



10,7  80 

5,0 



68 

51 


75,0

Yuxarı Qarabax iqtisadi 

rayonu – cəmi 

179 


177 

0,6 





-



Kəlbəcər – Laçın iqtisadi 

rayonu – cəmi 

37 

37 






-

Şirvan  iqtisadi 



rayonu – cəmi 

709 


651 

38 


5,8 

26 


32 



6,3


Naxçıvan  iqtisadi 

rayonu – cəmi 

1 875 

1 646  85 



5,2 

11 


9,1 


218 

52 


23,9

Kompüterlərin sa

yı (nout

-

buklar və s.



Kompüterlərin sa

yı (nout

-

buklar və s.



)

Cəmi 


Kompüterlərin sa

yı (nout

-

buklar və s.



)

Kompüterlərin sa

yı (nout

-

buklar və s.



)

Cəmi 


Cəmi 


Onlardan  

internetə 

qoşulmuşdur

Onlardan  

internetə 

qoşulmuşdur

Onlardan  

internetə 

qoşulmuşdur

Gündüz məktəbləri 

Texnikumlar

ATM-lər 

O cümlədən 



Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

32

1.11. Elm

Azərbaycanda gənclərin elmi fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Lakin gənclər arasında elmə, xüsusilə 

də fundamental təbii elm sahələrinə maraq təəssüf ki zəifdir. ATM-i bitirdikdən sonra aspiranturada oxumaq, uzun 

dövr ərzində elmi fəaliyyətlə məşğul olmaq, özünü və ailəsini saxlamaq lazımdır. Məhz bu səbəbdən gənclərin elmə 

marağı kifayət qədər zəifdir. 



2006-2007-ci illərdə ATM-lərə daxil olmuş 

tələbələrin sayı 

İstiqamətlər   

Cəmi                                             O cümlədən

 

 

Dövlət   

Qeyri-dövlət 

 

 

 

(özəl)

Bakalavr dərəcəsi 

23873 

21158 

2715

O cümlədən başqa istiqamətlər

Təbii elmlər 

2443 


2439 

4

Hüquqşünaslıq və  sosial elmlər 



8562 

7299 


1263

Təhsil və maarifləndirmə 

2823 

2510 


313

İqtisadiyyat və idarəetmə 

4824 

3782 


1042

Təbiət-texniki elmləri 

357 

343 


14

Texniki elmlər 

4447 

4383 


64

Aqrar və balıq  təsərrüfatı 

193 

178 


15

Ekologiya və təbiətdən istifadə  

224 

224 


-

Maqistr dərəcəsi 

2757 

2648 

109

O cümlədən başqa istiqamətlər

Təbii elmlər 

441 


441 

-

Hüquqşünaslıq və  sosial elmlər 



968 

920 


48

Təhsil və maarifləndirmə 

198 

194 


4

İqtisadiyyat və idarəetmə 

750 

700 


50

Təbiət-texniki elmləri 

25 

20 


5

Texniki elmlər 

346 

344 


2

Aqrar və balıq  təsərrüfatı 

11 

11 


-

Ekologiya və təbiətdən istifadə  

18 

18 


-

Bütün daxil olanlar 

15157 

14539 

618

O cümlədən başqa istiqamətlər

Təbii elmlər 

235 


235 

-

Hüquqşünaslıq və  sosial elmlər 



5927 

5774 


153

Təhsil və maarifləndirmə 

4523 

4257 


266

İqtisadiyyat və idarəetmə 

2239 

2110 


129

Təbiət-texniki elmləri  

116 

100 


16

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

33

İstiqamətlər   



Cəmi                                             O cümlədən

 

 

Dövlət   

Qeyri-dövlət 

 

 

 

(özəl)

Texniki elmlər 

2063 

2009 


54

Aqrar və balıq  təsərrüfatı 

41 

41 


-

Ekologiya və təbiətdən istifadə  

13 

13 


-

2006-ci ildə aspiranturaya və doktoranturaya qəbul

Aspiranturaya daxil olma 

2006-cı ildə 

Doktoranturaya  daxil olma 

2006-cı ildə

Ümumi sayı  

550 

Ümumi sayı 



17

O cümlədən aşağıdakı elm sahələri üzrə

Fizika və riyaziyyat 

32 

Fizika və riyaziyyat 



1

Kimya 


31 

Kənd təsərrüfatı 

1

Biologiya  



37 

Tarix   


1

Texniki  

79 

İqtisadiyyat   



2

Kənd təsərrüfatı 

13 

Fəlsəfə   



1

Tarix  


35 

Hüquq    

1

İqtisadiyyat  



72 

Pedaqogika  

5

Fəlsəfə  



14 

Sənətşünaslıq  

3

Filologiya   



54 

Memarlıq  

1

Hüquq    



41 

Psixologiya 

1

Pedaqogika   



13 

 

Tibb   



35 

 

Əczaçılıq   



 

Sənətşünaslıq   



20 

 

Memarlıq   



 

Psixologiya  



 

Sosiologiya   



 

Siyasi elmlər 



16 

 

Mədəniyyətşünaslıq    



 

Təbii elmlər 



44 

 

Bu bölmədə istifadə edilmiş imformasiya mənbələri:

Azərbaycan  Dövlət Statistika  Komitəsi

Tələbə Qəbulu üzrə Dövlət  Komissiyası

Azərbaycan Respublikası Təhsil nazirliyi 

Azərbaycan Milli Elmlər Akademiyası

Rabitə və İmformasiya Texnologiyaları nazirliyi

Azərbaycan gənclər və idman nazirliyi 

YUNİSEF

KİV materialları



İnternet nəşrlər

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

34

II HİSSƏ



GƏNCLƏRİN MƏŞĞULLUĞU

2.1. Ölkələr üzrə məşğulluq 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məruzəsinə uyğun olaraq, 2006-cı il üçün dünyada 85 milyon işsiz gənc 

insan vardır. 1995-2005-ci illər ərzində gənclər arasında işsizlərin sayı 74 milyondan 85 milyona yüksəlmişdir. 15-

24 yaş qruplarına dünya işsizlərinin ümumi sayının 44%-i düşür. Bu zaman 300 milyon gənc işləyir, lakin yoxsul-

luq həddini dəf edə bilmir (günə 2 dollar). Məruzəyə uyğun olaraq nəzərdən keçirilən dövr ərzində gənclərin sayı 

dünyada 13,2 % artmışdır (bu qrupda məşğulluq isə cəmi 3,8 % artaraq 348 milyon nəfəri əhatə etmişdir). İşsizliyin 

4,6% olduğu yaşlı yaş qrupundan fərqli olaraq, oglanlar və qızlar arasında işsizlik 1995-ci illə müqaisədə 2005-ci 

ildə 1,2% artaraq 13,5% təşkil etmişdir. Son onillikdə gənclərin məşğulluğunun kifayət qədər artdığı yeganə ölkələr 

qrupu inkşaf etmiş dövlətlər və Avropa Birliyi ölkələridir. Gənclər arasında işlə təmin olunmuş gənclərin payı 51,6 

faizdən son on il ərzində 47,3 faizə enmişdir. Ən ciddi ixtisar bu yaş qrupunda 1995-2005-ci illərdə Mərkəzi və Şərqi 

Avropa ölkələrində, o cümlədən də  MDB ölkələrində müşahidə olunmuşdur. Bu gün gənc işçilərin 56%-i yoxsul-

luqda yaşayır. Onların bir çoxunun müvəqqəti müqavilələri var və qeyri-formal iqtisadiyyatda çalışırlar. Azərbaycan 

gəncləri işləsə də az qazanır və kiyfayət qədər ciddi sosial müdafiəyə malik deyildir. Azərbaycan, Moldova, Taci-

kistan və Özbəkistan kimi ölkələrdə ali təhsilin əhatə səviyyəsi aşağıdır və bu da gənclərin iqtisadi fəallığına mənfi 

təsir edir. Məruzənin müəlliflərinin fikrinə görə, gənclər arasında işsiz qalmaq ehtimalı qeyri-gənc qrupla muqaisədə 

3 dəfə artıqdır. Məruzə müəlliflərinin fikrinə görə nəticələr qeyri-qənaətbəxşdir və bir çox dünya ölkələrində təhsil 

almaq imkanı böyük sayda gənclər üçün ciddi problem olaraq qalır. Bununla belə, məruzədə qeyd olununur ki, 

gənclərin işsizlik səviyyəsi əmək bazarındakı bütün problemləri əks etdirmir. Belə ki, işlə təmin olunmaya ümidlərini 

itirmiş gənclər qrupu ilə yanaşı  gənc «işləyən» yoxsullar da mövcuddur. Bu meyl özünü inkşaf edən ölkələrdə daha 

qabarıq şəkildə göstərir. 

Əməyin qeyri-effektiv istifadəsinin göstəricisindən biri də gizli işsizlik və ya natamam məşğulluqdur. 2003-cü 

ildə natamam məşğulluğun ən geniş miqyası özünü müəssisələrdə və sənaye təşkilatlarında göstərmişdir (kimya, 

neft-kimya, dəri, ayaqqabı sənayesində, tikintidə, nəqliyyatda və elmdə) 

BƏT-in metodologiyası üzrə müəyyən olunan işsizlərin ümumi sayı 2004-cü ilin birinci rübü üçün Qazaxıstanda 

0,7 milyon (iqtisadi cəhətdən fəal əhalinin 8,9%-i) Moldovada 153 min - 11,3%, Rusiyada 6,4 milyon - 8,8 %, 

Ukraynada isə 2,1 milyon nəfər təşkil etmişdir (9,2 %). 2004-cü ilin birinci rübündə, MDB ölkələri ilə müqayisə 

etdikdə Avstriyada, İngiltərədə, Norveçdə və İsveçdə bu göstərici 5%, Belçika İspaniyada, Almaniyada, Türkiyədə, 

Kanadada, Fransa və Çexiyada 6-11%, Bolqarıstanda,  Slovakiya və Polşada isə bu göstərici 18-21% olmuşdur. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin