YALAR. YADD
matın təhlili
ir?
ünasibət göstərir
ətini necə ifadə
zioloji dəyişikli
if etmək olar:
i dodaqların, gö
nə ola bilər?
irmi? Bu nədən
müşahidə etmə
ümündə iş yerin
lar sistemi ilə ə
övlərə ayırmaq
yyətinin mexanizm
aları ifadələrinə
ərh edir.
anizmini şərh edi
n emosiyalarına
ırlayır
ətli, uzunmüddət
l yaddaş
DAŞ
aşağıdakı sua
rik?
edir?
klər baş verir?
zlərin və mimik
n asılıdır?
ək olar?
nə yetiriləndən
əlaqədardır? H
q olar?
mini şərh edir və
və yaranmasına
ir.
və yaddaşına tə
tli, iradi, qeyri-i
alların
ki
sonra
Hansı
görə
sirini
iradi,
143
Nəzəri material ilə tanışlıq “Fasiləli oxu” yaxud “Kiçik qruplarda müzakirə”
üsulu ilə aparıla bilər.
Dərsin əsas məzmunu
• Yaddaşı təşkil edən proseslər.
• Yaddaş növləri, onların fizioloji əsasları.
• İnsanın düşüncəli fəaliyyətində, davranışında yaddaşın rolu.
Tədricən müvafiq sxemlər doldurulur (məs., “Öyrəndiklərinizi tətbiq edin və
yoxlayın”). Sxemlər doldurulan zaman müəllim şagirdlərdən hər yaddaş növünə aid
hər hansı misal gətirməyi təklif edir. Çətinlik yaranarsa, özü lazımi izahat və
əlavələr edir.
Qazanılan biliklərin tətbiqi mərhələsində bəzi tapşırıqlar verilə bilər:
1. Şeirləri, teoremləri, qaydaları, telefon nömrələrini, adları və s.-ni yaxşı yadda
saxlamaq üçün istifadə etdiyiniz üsulları sadalayın.
2. Yaddaşı möhkəmləndirmək üçün öz tövsiyələrinizi təqdim edin.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Yadda saxlanılmalı informa-
siyanın xarakterinə görə
144
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu
• İnsanın yaddaşını öyrənən (tədqiq edən) metodlar.
Elektron resurslar
http://tana.ucoz.ru/load/334-1-0-1953
http://www.youtube.com/watch?v=9hoMlTXwYMw
http://www.youtube.com/watch?v=g_bJJ8GIENI
http://www.youtube.com/watch?v=fjuil8wgrzk
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Müsbət və mənfi
emosiyaları
ifadələrinə və
yaranmasına görə
təsnif edir,
mexanizmini
çətinliklə şərh edir.
Müsbət və mənfi
emosiyaları
ifadələrinə və
yaranmasına görə
təsnif edir,
mexanizmini
müəllimin köməyi
ilə şərh edir.
Müsbət və mənfi
emosiyaları
ifadələrinə və
yaranmasına görə
təsnif edir,
mexanizmini əsasən
şərh edir.
Müsbət və mənfi
emosiyaları
ifadələrinə və
yaranmasına görə
təsnif edir,
mexanizmini şərh
edir.
Yaddaş
proseslərinin
mexanizmini yalnız
müəllimin verdiyi
sualların köməyi ilə
şərh edir.
Yaddaş
proseslərinin
mexanizmini şərh
edərkən çətinlik
çəkir.
Yaddaş
proseslərinin
mexanizmini şərh
edir, bəzi səhvlər
buraxır.
Yaddaş
proseslərinin
mexanizmini
dolğun şərh edir.
Mühit amillərinin
insanın emosiya-
larına və yaddaşına
təsirini şərh edir,
təqdimatları yalnız
yoldaşlarının
köməyi ilə
hazırlayır.
Mühit amillərinin
insanın emosiya-
larına və yaddaşına
təsirini şərh edir,
təqdimatları hazır-
layarkən müəllimin
köməyindən istifadə
edir.
Mühit amillərinin
insanın
emosiyalarına və
yaddaşına təsirini
şərh edir,
təqdimatlarda qeyri-
dəqiqliyə yol verir.
Mühit amillərinin
insanın
emosiyalarına və
yaddaşına təsirini
ətraflı şərh edir,
təqdimatlar
hazırlayır.
145
Dərs 47 / Mövzu 37:
YUXU
Keçmiş dərsdə qazanılan biliklərə əsaslanaraq şagirdlər sualları müzakirə edir,
fərziyyələrini irəli sürürlər.
– Niyə insan yatır?
– Yuxu zamanı orqanizmdə hansı proseslər baş verir?
– Sizcə, insanın yuxusu heyvanlardakından fərqlənirmi?
– Eyni yaşda olan, lakin müxtəlif işlərlə məşğul olan insanların yuxusunun da-
vametmə müddəti eynidirmi? Bu nə ilə əlaqədardır?
– Hər hansı fiziki, yaxud intellektual fəaliyyətin səmərəliliyi yuxunun davametmə
müddətindən asılıdırmı?
Tədqiqat sualı:
İnsan orqanizmi üçün dövri surətdə təkrarlanan yuxunun
xüsusiyyətləri nədən ibarətdir?
Paraqrafın nəzəri materialı ilə tanışlıq müxtəlif üsullarla aparıla bilər. Tədqiqat
zamanı şagirdləri əlavə tarixi, maraqlı faktlarla tanış etmək olar.
Dərsin əsas məzmunu
• Yuxu.
• Yuxu fazaları.
• Yuxunun sutkalıq dövriliyi və müddəti.
• Yuxunun fizioloji təbiəti.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Ləng yuxu fazası
Tez yuxu fazası
insan yatarkən başlayır
ləng yuxudan sonra başlayır
1-1,5 saat davam edir
10-15 dəqiqə davam edir
maddələr mübadiləsinin intensivliyi
azalır
maddələr mübadiləsinin intensivliyi artır
əzələlər boşalır, ürək, tənəffüs, həzm
orqanlarının fəaliyyəti zəifləyir
gözü hərəkət etdirən əzələlər, mimiki və
ayrı-ayrı əzələlər yığılır, nəbz vurğusu,
tənəffüs hərəkətləri artır
temperatur aşağı düşür bədən temperaturu yüksəlir
görülən yuxular real həyata yaxın və az
emosional olur
görülən yuxular, adətən, əfsanəvi yuxular
olur
Alt
STANDART
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və
təqdimatlar hazırlayır
Təlim
NƏTİCƏLƏRİ
İnsanın həyatında yuxunun mexanizmini və rolunu şərh edir.
Yuxu mexanizminin pozulmasına dair təqdimatlar hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Ləng yuxu, tez yuxu
146
Yuxunu pozan amillərə və yuxunun gigiyenasına xüsusi diqqət
yetirilməlidir.
Əlavə olaraq şagirdləri letargik yuxu hadisəsi ilə tanış edib, real faktları misal
göstərmək olar:
– “Letargiya” sözünün yunan dilindən tərcüməsi “yuxulama”dır. Letargiya
zahirən yuxuya bənzəsə də, əslində, hərəkətsizlik vəziyyətinə səbəb olan xəstəlik
formasıdır. Bu zaman beyin yarımkürələri qabığının hərəki nahiyəsində dərin
tormozlanma (ləngimə) baş verir. Belə halda insanın nəbzi güclə hiss olunur,
tənəffüs hərəkətləri zəifləyir, bədən temperaturu aşağı düşür. Letargik yuxunun
səbəbi, adətən, dərin sinir pozğunluğu olur.
1963-cü ildə gənc argentinalı qadın Kennedinin ölümü haqqında xəbərdən elə
sarsılmışdı ki, 13 illik letargik yuxuya getmişdi.
Braziliyalı müğənni Santos 1969-cu ildə avtomobil qəzası keçirərək baş beyin
travması almışdı. Bu hadisə onun 7 il yatmasına səbəb olmuşdu.
Maraqlı faktlar:
I Pyotr, Napoleon, Şiller, Höte, V.M.Bexteryev sutkada cəmi 5 saat,
Edison isə 2-3 saat yatırmış.
Yuxusuzluğun ən böyük rekordu 18 gün 21 saat 40 dəqiqədir. Rekordun
müəllifi həmin müddət ərzində hallüsinasiyaların əmələ gəldiyini,
görmənin zəiflədiyini, nitqdə qüsurların meydana çıxdığını, yaddaş və
diqqətində problemlərin yarandığını qeyd etmişdir.
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular
• Yuxu və yuxugörmə barədə maraqlı faktlar.
• Somnambulizm (lunatizm).
• Hipnoz.
• Letargik yuxu.
YUXU
Ləng yuxu fazası:
• orqanizmin bütün
sistemlərinin fəallığı azalır
• bədən temperaturu aşağı
düşür
• əzələlər boşalır
• təxminən 1-1,5 saat davam
edir
Tez yuxu fazası:
• 10-15 dəqiqə davam edir
• əzələlər yığılır
• bədən temperaturu yüksəlir
• orqanizmin bütün
sistemlərinin fəallığı artır
147
Elektron resurslar
http://azbyka.kz/urok-biologii-bioritmy-son-i-snovideniya
http://tana.ucoz.ru/load/1/257-1-0-3344
http://tana.ucoz.ru/load/257-1-0-1468
http://tana.ucoz.ru/load/257-1-0-1289
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
İnsanın həyatında
yuxunun mexa-
nizmini və rolunu
yalnız müəllimin
verdiyi sualların kö-
məyi ilə şərh edir.
İnsanın həyatında
yuxunun
mexanizmini və
rolunu çətinliklə
şərh edir.
İnsanın həyatında
yuxunun
mexanizmini və
rolunu əsasən şərh
edir.
İnsanın həyatında
yuxunun
mexanizmini və
rolunu ətraflı şərh
edir.
Yuxu mexanizmi-
nin pozulmasına
dair təqdimatları
yalnız yoldaşlarının
köməyi ilə hazırla-
yır.
Yuxu mexanizmi-
nin pozulmasına
dair təqdimatları
hazırlayarkən mü-
əllimin köməyindən
istifadə edir.
Yuxu mexanizmi-
nin pozulmasına
dair təqdimatlarda
kiçik qeyri-dəqiq-
liyə yol verir.
Yuxu mexaniz-
minin pozulmasına
dair dolğun təqdi-
matlar hazırlayır
Dərs 48 / Mövzu 38:
ALİ SİNİR FƏALİYYƏTİNİN ƏSAS TİPLƏRİ
Həyati bilik və müşahidələrdən faydalanan şagirdlər dərsliyin A blokundakı
sualları müzakirə edirlər. Tədqiqat sualı formalaşdırılır:
Tədqiqat sualı:
Sinir sisteminin tipi ətrafdakılarla münasibətlərinə necə təsir
edə bilər?
Paraqrafın C blokunda verilmiş nəzəri material ilə tanışlıq müəllimin
məqsədəuyğun hesab etdiyi üsullarla aparıla bilər. Dərsliklə yanaşı, şagirdləri əlavə
məlumat mənbələri ilə təmin etmək məqsədəuyğundur.
Dərsin əsas məzmunu
• “Temperament” anlayışı.
• Temperamentin öyrənilmə tarixi.
Alt
STANDART
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Temperament tipləri və onların xüsusiyyətləri ilə bağlı
mülahizələrini şərh edir.
Görkəmli insanların temperament tipləri ilə bağlı təqdimatlar
hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Temperament, sanqvinik, fleqmatik, xolerik, melanxolik
148
• Temperament tipləri, onların xüsusiyyətləri.
• Temperamentin ixtisas seçiminə və ətrafdakılarla münasibətlərə təsiri.
Təklif olunan cədvəl, sxem və krossvordlar
Temperamentin tipi
Xüsusiyyətləri
Sanqvinik
hər şeyi bilmək istəyən, enerjili, təmkinli xarakterə malik,
geniş maraq dairəsinə malik, soyuqqanlı
Fleqmatik
təmkinli, inadkar, daim müəyyən vərdişlərə meyilli, sakit
Xolerik
enerjili, inadkar, qətiyyətli hərəkət edən, müsbət
emosiyalar üstünlük təşkil edir, öz hərəkətlərinə fikir
verməyən
Melanxolik tez
küsən, depressiyaya meyilli, mənfi emosiyalar
üstünlük təşkil edir, passiv, qətiyyətsiz
Müəllim şagirdlərə əlavə izahat verərək onun əsasında sxem tərtib edə bilər.
İ.P.Pavlov temıperamentin - sinir proseslərinin qüvvəsinə, tarazlığına və mütəhərrikliyinə
görə - 4 tipini ayırd etdi.
1. Qüvvə - insanın xarici qıcıqların təsirinə öz vəziyyətini dəyişmədən dözməsi
qabiliyyətidir.
2. Tarazlıq – tormozlanma və oyanma proseslərinin nisbətinin xüsusiyyətidir.
3. Mütəhərriklik – oyanma və ləngimənin bir-birini əvəz etməsinin sürətini (tez və ya ləng)
göstərən qabiliyyətdir.
İ.P.Pavlova görə bu komponentlərin nisbəti Hippokratın təklif etdiyi klassik temperamenlər
t anlayışını izah edir.
Sanqvinik – güclü, təmkinli, hərəkətli sinir sistemi tipinə malikdir.
Xolerik – güclü, təmkinsiz, hərəkətli sinir sistemi tipinə malikdir.
Fleqmatik – güclü, təmkinli, tarazlı (inert) sinir sistemi tipinə malikdir.
Melanxolik – zəif, təmkinsiz, tarazlı (inert) sinir sistemi tipinə malikdir.
SİNİR SİSTEMİNİN TİPİ
coşqun
Ne
his
Də
• T
nö
• A
xü
dü
El
htt
htt
evrotizm (neyro
ssi aşağı olan şə
ərsə aid layihə
Tarixi şəxslərin
övləri.
Ailə üzvlərinizi
üsusiyyətlərini
üzəldin.
lektron resursl
tps://www.youtu
tps://www.youtu
otizm) – emosio
əxsiyyətin xüsu
və tədqiqat işl
n, məşhur ədəb
in temperamen
nəzərə alaraq
lar
ube.com/watch?
ube.com/watch?
•
•
149
onal cəhətdən də
usiyyətidir
ləri üçün mövz
bi və nağıl qə
nt növünü müəy
onlarla münaq
?v=xC7zgOGuX
?v=scsWUvL75
əyişkən, həyəca
zular
əhrəmanlarının
yyən edin və ö
qişəsiz münasib
Xso
5AU
•
•
•
anlı, özünə hörm
temperamentl
öz temperament
bətlər üçün pro
mət
lərinin
tinizin
oqram
150
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Temperament tipləri
və onların xüsusiy-
yətləri ilə bağlı mü-
lahizələrini çətinlik-
lə şərh edir.
Temperament tipləri
və onların
xüsusiyyətləri ilə
bağlı mülahizələrini
şərh edir, tez-tez
səhvlər buraxır.
Temperament tipləri
və onların
xüsusiyyətləri ilə
bağlı mülahizələrini
şərh edərkən kiçik
səhvlər buraxır.
Temperament
tipləri və onların
xüsusiyyətləri ilə
bağlı
mülahizələrini
şərh edir.
Görkəmli insanların
temperament tipləri
ilə bağlı təqdimatları
yalnız yoldaşlarının
köməyi vasitəsilə
hazırlayır.
Görkəmli insanların
temperament tipləri
ilə bağlı təqdimat-
ları hazırlayarkən
müəllimin kömə-
yindən istifadə edir.
Görkəmli insanların
temperament tipləri
ilə bağlı təqdimatlar
hazırlayır, bəzi qeyri
dəqiqliklərə yol
verir.
Görkəmli insanla-
rın temperament
tipləri ilə bağlı
ətraflı təqdimatlar
hazırlayır.
Dərs 49 / Mövzu 39:
XARAKTER VƏ QABİLİYYƏT
Mövzunu məktəb psixoloqu ilə birgə tədris etmək daha məqsədəuyğundur.
Müəllim nəzərdə tutulmuş məlumatları çatdırdıqdan sonra psixoloq şagirdləri
psixologiya elminə aid müvafiq məlumatlarla tanış edə, onlarla ixtisas seçiminə
kömək edən testlər keçirə bilər.
Dərsin əvvəlində isə sualların müzakirəsinə keçməzdən qabaq şagirdlərə öz
xarakterlərini təsvir etmək təklif olunur. Bunun üçün şagirdlər dəftərdə aşağıdakı
cədvəli tərtib edir və hər sütun üçün təqribən 10 xüsusiyyət qeyd edirlər.
Özümdə xoşuma gələn
xüsusiyyətlər
Özümdə xoşuma gəlməyən
xüsusiyyətlər
Özümdə olmasını
arzuladığım xüsusiyyətlər
... ... ...
Həyati bilik və müşahidələrdən faydalanan şagirdlər sualları müzakirə edirlər:
– Temperamentin tipi xarakterin formalaşmasına təsir edirmi?
– Həyatı boyunca insanın xarakteri dəyişirmi?
– Həyatı boyunca insanın temperamenti dəyişirmi?
– Bu nədən asılıdır?
– Qabiliyyət nədir?
Alt
STANDART
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və
təqdimatlar hazırlayır.
Təlim
NƏTİCƏLƏRİ
Xarakter və qabiliyyətin xüsusiyyətləri ilə bağlı mülahizələrini
şərh edir.
Özünün və digər insanların xarakter və qabiliyyətinin xüsusiy-
yətləri ilə bağlı təqdimatlar hazırlayır.
Əsas
ANLAYIŞ VƏ
TERMİNLƏR
Xarakter, qabiliyyət, meyillilik
151
– Hamının qabiliyyəti varmı?
– Qabiliyyətlər anadangəlmə olur, yoxsa inkişaf etdirilir?
Tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı:
İnsan xarakterinin formalaşmasına hansı amillər və necə təsir
edir?
Dərsliklə yanaşı, şagirdləri əlavə məlumat mənbələri ilə təmin etmək tövsiyə
olunur.
Dərsin əsas məzmunu
• “Xarakter” anlayışı. Xarakterə təsir göstərən amillər.
• Qabiliyyət tipləri.
• Meyillilik.
Təklif olunan cədvəl, sxem və krossvordlar
İradə
Qabiliyyət
PEŞƏ SEÇİMİ
Meyillilik
QABİLİYYƏT
Fiziki
Zehni
QABİLİYYƏT
Ümumi
:
bir çox fəaliyyət növündə
meydana çıxır
Xüsusi
:
konkret fəaliyyət növündə
meydana çıxır
Qabiliyyət
Temperament
ХARAKTER
Tərbiyə
Fiziki vəziyyət
Prinsipiallıq, mərdlik, saflıq,
məsuliyyətlilik və s.
Eqoizm, qorxaqlıq,
məsuliyyətsizlik, kobudluq və s.
152
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular
• Fikrinizcə, temperament tipinizə və qabiliyyətlərinizə uyğun olan hansı peşələri
seçə bilərsiniz?
• Məşhur tarixi şəxsiyyətlərin xarakter və qabiliyyətləri haqqında təqdimat
hazırlayın.
Elektron resurslar
https://www.youtube.com/watch?v=nWx5__I8oTs
https://www.youtube.com/watch?v=PSSiSK0OW4Y
Qiymətləndirmə meyarları: şərhetmə, təqdimat hazırlama
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Xarakter və
qabiliyyətin
xüsusiyyətləri ilə
bağlı mülahizələrini
yalnız müəllimin
köməyi ilə şərh edir.
Xarakter və
qabiliyyətin
xüsusiyyətləri ilə
bağlı mülahizələrini
şərh edərkən tez-tez
səhvlər buraxır.
Xarakter və
qabiliyyətin
xüsusiyyətləri ilə
bağlı mülahizələrini
əsasən şərh edir.
Xarakter və
qabiliyyətin
xüsusiyyətləri ilə
bağlı
mülahizələrini
ətraflı şərh edir.
Özünün və digər
insanların xarakter
və qabiliyyətinin
xüsusiyyətləri ilə
bağlı təqdimatları
yalnız yoldaşlarının
və müəllimin kömə-
yi ilə hazırlayır.
Özünün və digər
insanların xarakter
və qabiliyyətinin
xüsusiyyətləri ilə
bağlı təqdimatları
hazırlayarkən
müəllimin köməyin-
dən istifadə edir.
Özünün və digər
insanların xarakter
və qabiliyyətinin
xüsusiyyətləri ilə
bağlı təqdimatlar
hazırlayır, lakin bəzi
qeyri-dəqiq faktlara
yol verir.
Özünün və digər
insanların xarakter
və qabiliyyətinin
xüsusiyyətləri ilə
bağlı dəqiq çox-
saylı faktlara əsas-
lanan təqdimatlar
hazırlayır.
153
V FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ
1. Düzgün variantı müəyyən edin:
İnsanda tez yuxu zamanı tənəffüs tezliyi və nəbz vurğusunun sayı azalır /
artır.
Şərti reflekslərin mərkəzi beyin qabığında / onurğa beynində yerləşir.
Şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilmədikdə daxili /
xarici tormozlanma yaranır.
Fərdi təcrübəyə əsaslanan reflekslər şərtsiz / şərti reflekslərdir.
Səhərə yaxın tez yuxunun müddəti artır / azalır.
Sensor / qısamüddətli yaddaş reseptorlardan gələn məlumatın təsir izlərini bir
neçə saniyə saxlaya bilir.
2. Verilmiş ifadələrin nömrələrini cədvəlin müvafiq sütununa yazın:
1. Cisimlərin, əşyaların və hadisələrin oxşarlığının və fərqlərinin axtarış prosesi.
2. Bir əlamətin digərlərindən ayrılması (analiz əsasında həyata keçirilir). 3. Ümu-
mi xassələrə malik olan əşyaların və hadisələrin fikrimizdə birləşdirilməsi. 4. Əla-
mət və xassələrin xəyalən tam halda birləşdirilməsi. 5. Xəyalınızda əşyaların və ci-
simlərin hissələrə bölünməsi, onun hissələrinin, əlamətlərinin və xassələrinin ayrıl-
ması.
Analiz Sintez
Müqayisə Ümumiləşdirmə Mücərrədləşdirmə
3. Uyğunluğu müəyyən edin:
1. Şərtsiz refleks
2. Şərti refleks
4. M.Seçenova görə, baş beyin reflekslərinin 3 mərhələsinin ardıcıllığını
müəyyən edin:
a) mərkəzi sinir sistemində baş verən oyanma və tormozlanma nəticəsində
hissiyyat, təsəvvür və qavrayışların meydana gəlməsi;
b) hissiyyat, təsəvvür və qavrayışların qarşı insanda yaranan davranış
hərəkətləri;
c) xarici təsirlərdən duyğu orqanlarında əmələ gələn oyanma.
a. Uşaq anasını gördükdə əllərini ona tərəf uzadır.
b. İnsan qəflətən səs gələn tərəfə dönür.
c. İti əşyaya toxunduqda əlin o dəqiqə geriyə çəkilməsi.
d. İnsan qaranlıqdan parlaq işıq olan yerə çıxdıqda
gözlərini qıyır.
e. Ağıza qida düşdükdə ağız suyu ifraz olunur.
f. Kəskin qoxu gəldikdə insan asqırır.
g. Qol saatını evdə unutsanız da vaxtı
bilmək üçün qolunuza baxırsınız.
|