YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   ...   12   13   14   15   16   17   18   19   20

Dərs 63 / Mövzu 49:
 CİNSİYYƏTİN XROMOSOM TƏYİNİ. CİNSİYYƏTLƏ  
İLİŞİKLİ  KEÇMƏ 
 
Bu bölmədə qazanılmış biliklərə əsaslanaraq şagirdlər sualları müzakirə edir:  
– Hər iki cinsdə eyni olan xromosomlar necə adlanır? Hansı xromosomları 
cinsiyyət xromosomları adlandırırlar? Anadan olan uşağın hansı cinsiyyətə mənsub 
olduğunu  əvvəlcədən bilmək olarmı? Yeni doğulmuş  uşağın cinsiyyəti nədən 
asılıdır? Niyə eyni valideynlərin müxtəlif cinsə mənsub olan uşaqları doğula bilər? 
Niyə bəzi xəstəliklər anadan oğullara ötürülə bilər, qızlara isə yox?  
 
Tədqiqat sualı:
    Uşağın cinsiyyəti nə zamanı müəyyən olunur? Cinsiyyətlə 
əlaqəli (bağlı) xəstəliklər varmı? 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin məqsədəuyğun hesab etdiyi  
üsullarla aparıla bilər. Dərsliklə yanaşı şagirdləri əlavə məlumat mənbələrilə tanış 
etmək məqsədəuyğundur.  
 
Dərsin əsas məzmunu 
 Cinsiyyətin xromosom təyini. 
 Cinsiyyətlə ilişikli keçmə. 
 Xəstəliklərə qarşı irsi meyillilik. 
 Tibbi-genetik məsləhətlər. 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
 
 
Cinsiyyətin müəyyən olunması 
 
Alt 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı 
təqdimatlar hazırlayır.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
Cinsiyyətlə ilişikli xəstəliklərin xüsusiyyətlərini və insanda rast 
gələn irsi xəstəliklər haqqında təqdimatlar hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Cinsiyyətin xromosom təyini , cinsiyyətlə ilişikli irsiyyət, 
cinsiyyətlə ilişikli genlər, hemofiliya, rəng korluğu  
 

 
186
     
 
 
 
 
 
Dərs zamanı müəllim şagirdləri aşağıdakı faktlarla tanış edə bilər: 
 R
əng korluğu”
 xəstəliyi – 1794-cü ildə öz təəssüratları  əsasında rəng korluğunun bir 
növünü təsvir edən alim Con Daltonun şərəfinə “daltonizm” adlandırılmışdır. Dalton 26 
yaşına qədər qırmızı  rəngi seçmədiyini bilmirdi. Onun üç qardaşı  və bir bacısı var idi. 
Qardaşlarından ikisi onun kimi qırmızı  rəngi seçə bilmirdi. Dalton öz kitabında ailəsində 
olan bu defekti təsvir edir. Kitabın nəşrindən sonra “daltonizm” sözü meydana çıxır. 
 
ABŞ-da ağdərili əhali arasında hər 100 qıza 106; Yunanıstanda - 113; Cənubi Koreyada  - 
113 oğlan uşağı dünyaya gəlir. Orta hesabla hər 100 qız uşağına 103 oğlan dünyaya gəlir. 
Gənc dövrdə 100 qıza – 100 oğlan, 50 yaşında 100 qadına – 85 kişi, 85 yaşında 100 qadına 
cəmi 50 kişi düşür. Cinslərin say nisbətinin belə  dəyişməsi onların müxtəlif həyat 
qabiliyyəti ilə  əlaqədardır. Kişilərdə  və həmçinin heyvanlar arasında da erkək cinsi ətraf 
mühitin  əlverişsiz  təsirinə qarşı nisbətən dözümsüzdür. Bu səbəbdən kişilərin ömrü 
qadınlara nisbətən daha qısa olur. 
 
Elektron resurslar 
https://www.youtube.com/watch?v=pI2g1wr4jTg 
 
Qiymətləndirmə meyarları: təqdimat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Cinsiyyətlə ilişikli 
xəstəliklərin 
xüsusiyyətlərini və 
insanda rast gələn 
irsi xəstəliklər haq-
qında təqdimatları 
yalnız yoldaşlarının 
və müəllimin 
köməyi ilə 
hazırlayır. 
Cinsiyyətlə ilişikli 
xəstəliklərin 
xüsusiyyətlərini və 
insanda rast gələn 
irsi xəstəliklər haq-
qında təqdimatları 
hazırlayarkən müəl-
limin köməyindən 
istifadə edir.  
 
Cinsiyyətlə ilişikli 
xəstəliklərin 
xüsusiyyətlərini və 
insanda rast gələn 
irsi xəstəliklər haq-
qında hazırlayır, 
lakin bəzi qeyri-
dəqiq faktlara 
istinad edir.  
 
 
Cinsiyyətlə ilişikli 
xəstəliklərin 
xüsusiyyətlərini və 
insanda rast gələn 
irsi xəstəliklər 
haqqında bağlı 
dolğun təqdimatlar 
hazırlayır.  
 
 
 
 
X-xromosomla ilişikli irsiyyət 
(H - qanın normal laxtalanması, 
h - hemofiliya )
 
Y- xromosomla ilişikli irsiyyət  
(yalnız oğlanlarda üzə çıxır) 
 

 
187
Dərs 64 / Mövzu 50:
 İNSANIN HƏYAT TƏRZİ 
 
Həyati bilik və müşahidələrdən faydalanan şagirdlər sualları müzakirə edir:  
– Vərdiş nədir? 
– Hansı faydalı və zərərli vərdişlər haqqında məlumatınız var? Misal göstərin. 
– Faydalı vərdişlər nəyə lazımdır? 
– Zərərli vərdişlərin hansı nəticələri ola bilər? 
– Niyə siqaret çəkmək (alkoqollu içkilər qəbul etmək) zərərli vərdiş sayılır? 
– Niyə siqaret çəkmək (alkoqollu içkilər və narkotik maddələr qəbul etmək) vərdişi 
nəinki insanın özü, həm də ətrafdakı insanlar üçün də böyük bəla sayılır? 
– Niyə siqaret tüstüsü qadınlara – gələcək analara zərər verir? 
Bu mərhələdə  BİBÖ cədvəlini tərtib etmək və siqaretçəkmə (alkoqolizm) 
haqqında  şagirdlərin bildiklərini və öyrənmək istədiklərini müəyyən etmək 
mümkündür.  
 
Tədqiqat sualı:
  Zərərli vərdişlər insanın həyat tərzinə və sağlamlığına necə 
təsir göstərir? 
 
İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır. Siqaret tüstüsünün 
ağciyərlərə təsirini nümayiş etdirmək üçün əlavə təcrübə aparıla bilər.    
Təcrübə 
Təchizat: şüşə boru, pambıq parçası, siqaret, rezin armud.  
İşin gedişi:  
Borunun bir başına siqaret, ortasına pambıq, o biri başına isə rezin armud 
keçirin. Siqareti yandırıb armudun köməyi ilə borudan havanı çəkib çıxarın.   
- Nə müşahidə edirsiniz? Bu təcrübə nəyi göstərir? 
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda 
müzakirələr” üsulları ilə aparıla bilər. Dərsliklə yanaşı  şagirdləri  əlavə  məlumat 
mənbələrilə təmin etmək tövsiyə olunur. 
Tədricən ümumiləşdirici “Spirtli içkilərin və siqaretçəkmənin orqanizmə təsiri” 
cədvəli, müvafiq sxemlər tərtib olunur.  
 
Dərsin əsas məzmunu 
• “Həyat tərzi” anlayışı. 
Alt 
STANDARTLAR
3.2.2. Sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini 
şərh edir, referatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Zərərli vərdişlər insanın həyat tərzinə  və sağlamlığına təsirini 
şərh edir. 
  Sağlam həyat tərzi və reproduktiv sağlamlığın  əhəmiyyətini 
şərh edir, referatlar hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Həyat tərzi, zərərli vərdişlər, alkoqol hepatiti, sirroz 
 

 
188
• Zərərli vərdişlər: siqaretçəkmə, alkoqol və narkotik maddələrin qəbulu 
 
 
Təklif olunan cədvəl, sxem və 
krossvordlar  
 
 
 
 
 
 
 
 
 
 
Spirtli içkilər Siqaretçəkmə 
Tənəffüs sistemi 
Xroniki bronxit, xərçəng 
Traxeyada selikli qişanın iltihabı, 
xroniki bronxit, xərçəng 
Qan-damar 
sistemi 
Ürək əzələsinin 
zədələnməsi, hipertoniya 
xəstəliyinin  inkişafı, 
infarkt. 
Damarlar  daralır  və  
toxumalar qanla yaxşı təchiz olunmur 
nəticədə arterial təzyiqin artması və 
ürək döyüntülərinin sayının artması
.
  
Həzm sistemi 
Qastrit, alkoqol hepatiti, 
sirroz 
Dişlərin zədələnməsi, mədə xorası, 
qastrit, xərçəng, qaraciyər – maddələr 
mübadiləsinin pozulması 
Dayaq –hərəkət 
aparatı 
Əzələlərin zəifləməsi və 
gücdən düşməsi, 
hərəkətlərin 
koordinasiyasının 
pozulması  
Sümüklərin kövrəkləşməsi, zədəalma 
riskinin artması. 
Sinir sistemi 
Yaddaşın  yaranmasına  
cavabdeh  olan  zülalların  
sintezi pozulur 
Beyin damarlarının daralması sinir 
toxumasına qan axınını azaldır. 
Bununla əlaqədar tez-tez başağrıları 
müşahidə olunur, yaddaş zəifləyir. 
İfrazat və 
cinsiyyət 
sistemləri 
Böyrək epitelisi dağılır, 
cinsi funksiyaların 
zəifləməsi. 
Şikəst və eybəcərliklərlə doğulma 
ehtimalı yüksək olur. 
Hiss orqanları Görmə sinirinin 
xəstəlikləri  
Dad hissiyyatının itməsi,
qoxubilmə 
hissinin zəifləməsi
 
 
Narkomaniya ilə bağlı  dərslikdəki məlumatlar müzakirə olunur, daha ətraflı 
təqdimatlar şagirdlər tərəfindən evdə hazırlanır və növbəti dərslərin birində yaxud 
dərsdənkənar məşğələ və tədbirlərdə təhlil olunur.  
Sonda müəllim digər ölkələrin siqaretçəkmə ilə mübarizə  tədbirləri haqqında 
şagirdləri tanış edir:  
 
Siqaret 
tüstüsü

 
189
İngiltərə 
– İşçinin siqaret çəkməyə sərf etdiyi vaxtı maaşlarından çıxırlar. 
Danimarka
 – ictimai yerlərdə siqaret çəkmək qadağan olunmuşdur.  
Sinqapur
 – siqaret çəkməyə görə 500 dollar cərimə olunurlar. Tütün məmulatlarını reklam 
etmək qadağandır. 
Finlandiya
 – Noyabrın 17-si bütün siqaret çəkən insanlar işə siqaretsiz gəlirlər. 
Yaponiya 
 Vaki şəhərində ayda 3 gün siqaret çəkmək qadağan olunmuşdur. 
Çin
 – Siqaret çəkən şagirdi velotrenajorda məşğul olmağa məcbur edirlər. 
Norveç
 – İnsanın şəxsi işində siqaret çəkdiyi barədə qeyd yazılır. Bu gələcəkdə həmin 
adamın yaxşı işə götürülməsinə əngəl olur. 
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular  
• “Zərərli vərdişlərin yaranmasının qarşısını almaq üçün tədbirlər siyahısını tərtib 
edin” (məktəbdə, dövlətdə, Yer kürəsində). 
• Siqaret çəkməyə, alkoqollu içkilər qəbul etməyə qarşı reklam xarakterli plakat 
düzəldin. 
• Hər hansı zərərli vərdişdən qurtulmağa çalışan insanlar üçün tövsiyələr 
hazırlayın. 
• Narkotik maddələrdən istifadə və onun fəsadları. 
 
Elektron resurslar 
http://www.dailymotion.com/video/xbh6vnо-вреде-курения_people 
https://www.youtube.com/watch?v=Y_leobB3p2w 
https://www.youtube.com/watch?v=Pp9VCdoZ0ek 
https://www.youtube.com/watch?v=LTZgoLKykzU 
 
Qiymətləndirmə meyarları: təsviretmə, şərhetmə, referat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Zərərli vərdişlər 
insanın həyat tərzi-
nə və sağlamlığına 
təsirini müəllimin 
verdiyi sualların 
köməyi ilə şərh 
edir. 
Zərərli vərdişlər 
insanın həyat 
tərzinə və sağlam-
lığına təsirini şərh 
edir, tez-tez səhvlər 
buraxır. 
Zərərli vərdişlər 
insanın həyat 
tərzinə və 
sağlamlığına 
təsirini şərh edir. 
 
Zərərli vərdişlər 
insanın həyat 
tərzinə və sağ-
lamlığına təsirini 
faktlar əsasında 
şərh edir. 
Sağlam həyat tərzi 
və reproduktiv sağ-
lamlığın əhəmiyyə-
tini çətinliklə şərh 
edir, referatları yal-
nız müəllimin kö-
məyi ilə hazırlayır. 
Sağlam həyat tərzi 
və reproduktiv sağ-
lamlığın əhəmiyyə-
tini şərh edir, refe-
ratları hazırlayarkən 
müəllimin kömə-
yindən istifadə edir. 
Sağlam həyat tərzi 
və reproduktiv sağ-
lamlığın  əhəmiyyə-
tini  şərh edir, refe-
ratlar hazırlayır, la-
kin bəzi qeyri-dəqiq 
faktlara yol verir.  
 
Sağlam həyat tərzi 
və reproduktiv 
sağlamlığın 
əhəmiyyətini şərh 
edir, referatlar 
hazırlayır. 
 
 

 
190
Dərs 65 / Mövzu 51:
 REPRODUKTİV SAĞLAMLIQ 
8-ci sinifdə insan orqanizmi haqqında qazanılmış biliklərə əsaslanaraq şagirdlər 
sualları müzakirə edirlər:  
– 
Ontogenez nədir? 

 Hansı mərhələlərdən ibarətdir? 

 Embrional dövr nə zaman başlanır? 

 Postembrional dövr nə zaman başlanır? 
 
Bu mərhələdə müvafiq sxemlər tərtib oluna bilər. Məsələn: 
 
 
Tədqiqat sualı:
  Ana orqanizminə və uşağın ana bətnində inkişafına hansı 
amillər və necə təsir göstərir?   
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin məqsədəuyğun hesab etdiyi  
üsullarla ilə aparıla bilər. Dərsliklə yanaşı,  şagirdləri  əlavə  məlumat mənbələrilə 
təmin etmək məqsədəuyğundur.  
 
Dərsin əsas məzmunu 
 Reproduktiv  sağlamlıq. 
 Zərərli vərdişlərin reproduktiv sağlamlığa təsiri. 
• Reproduktiv sağlamlığa infeksiyaların təsiri. 
• Reproduktiv sağlamlığın və sağlam həyat tərzinin əsas şərtləri. 
 
Alt 
STANDART 
3.2.2. Sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini 
şərh edir, referatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Zərərli vərdişlərin insanın reproduktiv sağlamlığına təsirini şərh 
edir. 
  Reproduktiv sağlamlığın əhəmiyyətinə dair referatlar hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Reproduktiv sağlamlıq, zöhrəvi xəstəliklər 
Ontogenez 
Postembrional inkişaf 
Embrional inkişaf
Başlanğıc 
(1-ci həftə)
Rüşeym (2-8-ci
 
həftə)
Döl 
 (9-cu həftədən
 
doğulana qədər 

 
191
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Təsir edən  amillər Valideynin 
reproduktiv 
sağlamlığı  
Dölün 
 sağlamlığı  
 
Alkоqol 
Sonsuzluq, depressiya 
Dölün alkoqol sindromu  (əqli inkişafın 
gecikməsi, baş beyinin normal inkişaf 
etməməsi, davranışın pozulması, boyümə 
sürətinin aşağı düşməsi, əzələ zəifliyi) 
Nikotin 
Sonsuzluq
İnkişafın tormozlanması, ürək fəsadları, 
erkən uşaq ölümü 
Narkotik  maddələr
Sonsuzluq
Dölün narkotik asılılığı, baş beyinin 
zədələnməsi (əqli gerilik), bütün orqanlar 
sisteminin inkişafının pozulması 
İnfeksion xəstəliklər  
 
 
 
 
 
 
 
 
 
Zöhrəvi xəstəliklər, 
sonsuzluq 
Məxmərək: bütün orqanlar sisteminin 
zədələnməsi, ölüm, müxtəlif 
eybəcərliklər. 
Herpes: doğulan kimi orqanizmin 
ümumi intoksikasiyası. 
Qrip: bətndaxili ölüm, inkişafda 
fəsadlar. 
Hepatit: ağır formasında yeni doğulmuş 
uşaqda qaraciyərdə sirroz xəstəliyi 
inkişaf edir 
 
Qidalanma (karbohidrat  
və yağlardan sui- 
istifadə) 
Ateroskleroz, piylənmə, 
şəkərli diabet və s. 
xəstəliklərin yaranması 
cinsi hormonların 
azalmasına gətirir 
Zülal çatışmazlığı: baş beynin 
inkişafının gecikməsi 
 
İdman vərdişləri, əmək 
və istirahət rejimi 
Hipodinamiya zamanı 
immunitet zəifləyir, 
daxili orqanların işi 
pozulur. 
 
Böyümə zəifləyir, əzələ zəifliyi müşahidə 
olunur 
 
Dərsin sonunda şagirdləri ontogenezin kritik dövrləri haqqında məlumatlarla tanış 
edərək dərsin əvvəlində verilmiş sxemdə qeyd etmək məqsədəuyğundur. 
 
Ontogenezin kritik dövrləri 
İnkişaf edən orqanizmin zərərli amillərə, ilk növbədə stress, kimyəvi preparat-
lar, müxtəlif şüalanma növlərinə və s.-yə həssas olan dövrlərini ontogenezin kritik 
dövrləri adlandırırlar.   
Kritik dövrlərə aiddir: 
1) cinsi hüceyrələrin inkişaf dövrü; 
2) mayalanma; 
3) rüşeymin implantasiyası  (inkişafın 7-8-ci sutkası); 
4) sinir borusunun formalaşması (inkişafın 4-cü həftəsi); 

 
192
5) orqanların ilkin inkişafı və plasentanın formalaşması (inkişafın 3-8-ci həftəsi); 
6) baş beyinin intensiv böyümə mərhələsi və sinir toxumasının ixtisaslaşması (15-
22-ci həftələr); 
7) cinsiyyət aparatının ixtisaslaşması və əsas funksional sistemlərin formalaşması 
(20-24-cü həftə); 
8) doğulma; 
9) yeni doğulma və südəmərlik dövrü (1 yaşına qədər). 
 
Elektron resurslar 
https://www.youtube.com/watch?v=Ww7DlNWJ4Hw 
https://www.youtube.com/watch?v=JYezu4RVjRM 
https://www.youtube.com/watch?v=BcNpZoXmgJM 
https://www.youtube.com/watch?v=gF8pHoS_Dak 
 
Qiymətləndirmə meyarları: şərhetmə, referat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Zərərli vərdişlərin 
insanın reproduktiv 
sağlamlığına təsirini 
yalnız müəllimin 
köməyi ilə şərh edir. 
 
Zərərli vərdişlərin 
insanın reproduktiv 
sağlamlığına təsirini 
şərh edərkən tez-tez 
səhvlər buraxır. 
 
Zərərli vərdişlərin 
insanın reproduktiv 
sağlamlığına təsirini 
əsasən şərh edir. 
 
Zərərli vərdişlərin 
insanın rep-
roduktiv sağ-
lamlığına təsirini 
ətraflı şərh edir. 
Reproduktiv 
sağlamlığın 
əhəmiyyətinə dair 
referatları yalnız 
müəllimin 
köməyindən istifadə 
edərək hazırlayır. 
Reproduktiv sağ-
lamlığın əhəmiyyə-
tinə dair referatları 
hazırlayarkən 
yoldaşlarına və 
müəllimə tez-tez 
müraciət edir.  
Reproduktiv sağ-
lamlığın əhəmiyyə-
tinə dair referatlar 
hazırlayarkən bəzi 
riçik səhvlər 
buraxır.  
Reproduktiv 
sağlamlığın 
əhəmiyyətinə dair 
ətraflı referatlar 
hazırlayır. 
 

 
193
VII FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ  
 
1.  Stressin mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin. Onları xarakterizə 
edən prosesləri sxemin müvafiq xanalarında yerləşdirin. 
Stresin mərhələləri:  zəifləmə mərhələsi,  həyəcan mərhələsi,  uyğunlaşma 
mərhələsi   
 
 
 
a) orqanizmin stressə qarşı müqaviməti azalır;  b) orqanizm  müqavimət  göstərir;  
c) yüksək dərəcədə  uyğunlaşma qabiliyyəti əldə edilir; d) əsəbilik, aydın olmayan 
həyəcan müşahidə edilir; e) qanda adrenalinin miqdarı artır; f) ürək döyüntüsü  
sürətlənir. 
 
2.   “Spirtli içkilərin və siqaretçəkmənin orqanizmə təsiri” cədvəlini tamamlayın. 
 
Orqanlar sistemi 
Spirtli içkilər Siqaretçəkmə 
 

Xroniki bronxit, xərçəng ? 
 

? Arterial 
təzyiq artır, ürək 
döyüntülərinin sayı artır
.
  
 

 

Dişlərin zədələnməsi, qaraciyər 
– maddələr mübadiləsinin 
pozulması 
 

Əzələlərin zəifləməsi və 
gücdən düşməsi, 
hərəkətlərin 
koordinasiyasının 
pozulması  
 

 

 

Beyin damarlarının daralması 
sinir toxumasına qan axınını 
azaldır. Bununla əlaqədar tez-tez 
başağrıları müşahidə olunur, 
yaddaş zəifləyir. 
 
 
 

 
194
3.  Uyğunluğu müəyyən edin: 
 
A. Fenotip 
B. Dəyişkənlik 
C. Genetika 
D. Dominant əlamət 
E. Genotip 
F. Resessiv əlamət 
 
4.  Düzgün variantı müəyyən edin: 
  Genealoji  /  biokimyəvi üsulun köməyi ilə əlamətin irsən dominant və ya 
resessiv keçməsi müəyyən edilir. 
  Əkizlik / sitogenetik üsul xromosomların miqdarının, quruluşunun öyrənil-
məsinə əsaslanır. 
  Biokimyəvi üsul vasitəsilə  oraqşəkilli hüceyrə anemiyası / hemofiliya 
xəstəliyinin səbəbləri öyrənilir. 
  Genetik müxtəliflik dedikdə  növ / sinif daxilində baş verən müxtəlif 
dəyişkənliklər başa düşülür. 
  Bir yumurta əkizləri ayrı yumurta əkizlərindən fərqli olaraq müxtəlif cinsli 
/ həmişə eynicinsli olurlar. 
5.  Stress yaradan amilləri sadalayın. Stressin insan orqanizminə  zərərli və ya 
faydalı olmasını əsaslandırın. 
 
 
 
6.   “Sağlam həyat tərzi” işarələrinin mənasını izah edin: 
 
1._______________________ 
2._______________________ 
3. _______________________ 
4. _______________________ 
5. _______________________ 
6. _______________________ 
7. _______________________ 
8. _______________________ 
Stress yaradan amillər: 
+

1.  Nəsildə özünü büruzə verməyən əlamət 
2.  Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti  
3.  Nəsildə üzə çıxan güclü əlamət  
4.  Orqanizmin zahirən nəzərə çarpan əlamətlərinin 
cəmi  
5.  İrsiyyətin və dəyişkənliyin qanunauyğunluqlarını 
öyrənən elm  
6.  Fərdin bütün irsi xassələrinin cəmi  

 
195
7.  İnsanda cinsiyyətin formalaşmasını  əks etdirən sxemə diqqətlə baxın. Sxemdə  
“?” işarəsinin (1–8 rəqəmləri) yerinə X, Y, XX, yaxud XY işarələrini qoyun. 
 
 
8.  Düzgün (+) və yanlış  (–) ifadələri qeyd edin: 
  Y xromosomu uşağın kişi cinsinə mənsub olmasına cavabdehdir. 
  Albinizmə malik insanlarda qanın normal laxtalanma prosesi pozulmuşdur.  
  Daun sindromu  autosom xromosomların 21-ci cütündə artıq xromosomun 
olması nəticəsində baş verir. 
  İnsanlarda QİÇS-ə qarşı irsi meyillilik müşahidə olunur. 
  Homoloji xromosomların eyni sahəsində bir əlaməti tənzimləyən alternativ  
gen cütləri allel genlər adlanır.  
  X və Y xromosomları homoloji cütlər yaratmayan xromosomlardır.  
  Dominant əlamətlərə qıvrım saçlar və mavi gözlər aiddir.  
  Resessiv əlamətlərə açıq rəngli dəri və I qan qrupu aiddir.   
 
9.  Hansı variantda insan irsiyyətini öyrənən metodlarla tədqiq olunan xəstəliklər 
arasında uyğunluq düzgün göstərilmişdir?  
     (Sitogenetik üsul – s, Genealoji üsul – g, Biokimyəvi üsul – b
1. Albinizm   
2. Hemofiliya   3. Daun sindromu  4. Rəng korluğu   
5. Talassemiya 
 
 
 
             
 
 
            A) 
        B)                   C)                    D) 
 
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin