74
1. Düzgün variantları müəyyən edin:
1) Birhüceyrəli orqanizmləri ilk dəfə mikroskop altında müşahidə edən
A.Levenhuk/T.Şvann olmuşdur.
2) Qeyri-hüceyrəvi quruluşa malik olan canlılar
bakteriyalardır/viruslardır.
3) İnsanın
immun sisteminin işini pozan poliomielit/QİÇS virusudur.
4) Məməlilərin
yumurtahüceyrəsini öyrənən K.Ber/R.Virxov olmuşdur.
5) Nüvənin
əsas komponenti ribosomlardır/xromosomlardır.
6) Hüceyrə ilə ətraf mühit arasında maddələr
mübadiləsi plazmatik membran/sitoplazma
ilə tənzimlənir.
2. Əvvəlcə heyvan və bitki hüceyrələrini, sonra isə onlarda fərqlənən orqanoidləri
qeyd edin.
3. Dəftərinizdə cümlələrin qarşısına müvafiq strukturun nömrəsini qeyd edin.
a) Maddələrin hüceyrə daxilində daşınmasını təmin edir __
b) Hüceyrədə yaranan maddələri toplayır __
c) Hüceyrədaxili həzmdə iştirak edir __
d) Yaranan enerjini ATF enerjisi şəklində ehtiyat halında saxlayır __
e) Günəş enerjisini udmaq qabiliyyətinə malikdir __
f) Funksiyası zülal sintez etməkdir __
1) Holci kompleksi
2) lizosom
3) ribosom
4) endoplazmatik şəbəkə
5) plastid
6) mitoxondri
Dostları ilə paylaş: