114
Arealın hissələrə parçalanması. Bəzən bir növün arealı müxtəlif amillərin təsiri
ilə hissələrə parçalanır. Meşə inciçiçəyində areal əvvəl tam olmuş və sonradan buz-
laqlar nəticəsində hissələrə parçalanaraq yeni cavan növlərin yaranmasına səbəb
olmuşdur.
z
Ekoloji növəmələgəlmə zamanı növün populya-
siyaları öz arealında qalır, lakin areal daxilində həyat
şəraiti və populyasiyaların gen tərkibi dəyişir. Bu proses
o qədər dərinləşir ki, nəticədə bioloji təcrid yaranır;
məsələn, qidaya ixtisaslaşma ilə arıquşunun beş növü
yaranmışdır. İri arıquşu, qara arıquşu və abıca kiçik
həşəratlarla, kəkilli arıquşu isə iynəyarpaqlı ağacların
toxumları ilə qidalanır.
Növəmələgəlmə prosesləri müasir dövrdə də davam
edir. Mikrotəkamülün müxtəlif vaxtlarında növəmələ-
gəlmənin bir yolu digərini əvəz edə və ya birgə fəaliyyət
göstərə bilir. Yeni növün əmələ gəlməsi ilə mikrotə-
kamül başa çatır.
1971-ci ildə İtaliyanın Pod Msaru adasına qonşu adadan 10 divar kər-
tənkələsi gətirilir. Bir neçə onillikdən sonra onları ilkin koloniyanın nü-
mayəndələri ilə müqayisə edib görürlər ki, divar kərtənkələləri yeni mü-
hitə uyğunlaşaraq yaşıl bitkilərlə qidalanırlar.
Sərt yarpaqları çeynədiklərinə görə onların çənələri daha da möh-
kəmlənmiş, başları isə böyümüşdü. Divar kərtənkələlərinin bağırsaq-
larını kameralara bölən əzələlər inkişaf etmişdi.
Bunun nəticəsində qida bağırsaqda daha yavaş
hərəkət etdiyi üçün bakteriyaların qidaya təsir vaxtı da
uzanmışdı.
Dostları ilə paylaş: