116
İ
NSANIN FORMALAŞMASINA SOSİAL AMİLLƏRİN TƏSİRİ
İnsanın təkamülünü göstərən şəkillərə əsasən suallara cavab verin.
– İnsanın quruluşunda tədricən hansı dəyişkənliklər baş vermişdir?
– Bu dəyişkənliklər nə ilə əlaqədar idi?
– Onlar hansı nəticələrə gətirib cıxardı?
Bir neçə minillik ərzində ilk insanlardan müasir insanlar formalaşmışdır. İnsanın
formalaşmasında bioloji amillərlə yanaşı, sosial amillər də böyük rol oynamışdır.
Sosial
amillərə əmək,
ictimai həyat tərzi, nitq və təfəkkür aiddir.
Əmək. İnsanın formalaşmasında başlıca rol oynayan əməkdir. Əmək, əmək
alətlərinin yaradılması ilə başlayır. Meymunlardan fərqli olaraq yalnız insan əmək
alətləri yarada bilir. Əmək alətlərini təkmilləşdirməsi nəticəsində insanda bir çox
dəyişikliklər meydana gəlmiş və onun təbiətə təsiri güclənmişdir. Əməyin təsiri ilə
insanlarda morfofizioloji dəyişikliklər baş vermişdir. Belə dəyişikliklər
antropo-
morfozlar (yun.
“antropos” – insan) adlanır.
Antropomorfozların bir çoxu dikyerimə sayəsində meydana gəlmişdir. Dikyeri-
mənin meydana çıxmasının insanın inkişafında mühüm əhəmiyyəti olmuşdur.
Dostları ilə paylaş: