Nitqin yaranması. Cəmiyyət halında yaşamaq onun üzvlərinin birgə fəaliyyət,
səs vasitəsilə ünsiyyət zərurətini doğurmuş, nəticədə nitq yaranmışdır. Getdikcə
mürəkkəbləşən əmək prosesləri aydın nitqin və hiss orqanlarının inkişafına kömək
edirdi. Nəticədə insan onu əhatə edən aləmdən siqnalları həm hiss orqanları (birinci
siqnal sistemi), həm də nitq vasitəsilə (ikinci siqnal sistemi) almağa başladı. Nitqin
yaranması ilə əlaqədar qırtlaq və ağız aparatı dəyişərək nitq orqanına çevrildi.
Təfəkkürün yaranması. Nitq şüurun daha da inkişaf etməsinə və təfəkkürün
yaranmasına səbəb oldu. Əmək, nitq və şüurun qarşılıqlı təsiri cəmiyyəti inkişaf
etdirdi. Əgər birinci siqnal sistemi obyektiv təfəkkürün yaranmasına səbəb ol-
muşdursa, ikinci siqnal sistemi mücərrəd təfəkkürün yaranması ilə nəticələndi. Mü-
cərrəd təfəkkürün olmasına görə insan digər heyvanlardan fərqlənir. İnsan mücərrəd
təfəkkür sayəsində real olmayan şeylər barədə mühakimə yürüdə bilir.