Coğrafi növəmələgəlmə iki yolla baş verir: arealın genişlənməsi və arealın hissələrə parçalanması ilə. Arealın genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fərdləri areallarını
genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi
dəyişkənlik yaranmağa başlayır. Təbii seçmə ilə əlaqədar populyasiyanın gen tərkibi
zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir. Sonralar
populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir. Məsələn, Uraldan
Baykala qədər ərazidə arealını genişləndirmiş Sibir qaraşamının yeni şəraitə düşməsi po-
pulyasiya fərdlərində irsi dəyişkənliklərin (mutasi-
yaların) meydana gəlməsinə səbəb olmuş və çar-
pazlaşma nəticəsində yeni gen kombinasiyaları ya-
ranmışdır. Bu, Daur qaraşamı növünün yaranması
ilə nəticələnmişdir.