176
Uşaqda bu əlamətlərin formalaşmasında
dominant (güclü) və
resessiv (zəif)
genlər iştirak edir. Məsələn, qarasaç valideynlə sarısaç valideynlərin nikahından
əksər hallarda qarasaç uşaqlar dünyaya gəlir. Nəsildə üzə çıxan bu əlamət
dominant,
özünü büruzə verməyən “sarısaç”
əlamət isə
resessiv adlanır. İnsanda irsən keçən
dominant və resessiv əlamətlərə aşağıdakılar aiddir.
Dominant əlamətlər
Qara saç
Qıvrım saç
Qara göz
Dərinin
tünd rəngi
Sifətdə çillərin olması
İri
burun
Qanın normal laxtalanması
Resessiv əlamətlər
Sarı saç
Düz saç
Mavi göz
Açıqrəngli dəri
Sifətdə çillərin olmaması
Kiçik burun
Qanın laxtalanmaması (hemofiliya)
Dominant və resessiv genlər həmçinin bu və ya digər xəstəliklərə meyilliliyə də
cavabdehdir.
Dostları ilə paylaş: