178
İ
NSAN İRSİYYƏTİNİN ÖYRƏNİLMƏSİ ÜSULLARI
Digər orqanizmlərdə rast gəlinən irsiyyət qanunauyğunluqları insan üçün də sə-
ciyyəvidir. Lakin bu orqanizmlərlə müqayisədə insanda irsiyyət və dəyişkənliyin
qanunauyğunluqlarının öyrənilməsi çətinlik törədir.
İlk növbədə, insan üzərində birbaşa təcrübələr aparmaq mümkün deyil. Bundan
başqa, insan gec çoxalır, az nəsil verir. Ona görə də insan irsiyyətini və onda baş
verən dəyişikliyin öyrənilməsi üçün xüsusi üsullar işlənib hazırlanmışdır.
Genealoji üsul nəsil ağacının (şəcərəsinin) öyrənilməsinə əsaslanır. Bu zaman
xüsusi simvollardan istifadə etməklə və qo-
humluq dərəcələrini göstərməklə öyrəniləcək
əlamət qrafik təsvir olunur. Bununla nəsil ağacı
tərtib edilir, öyrəniləcək əlamət qohum qruplar-
da azı 3 nəsildə izlənilir. Bununla
əlamətin
dominant və ya
resessiv keçməsi müəy-
yənləşdirilir.
Dostları ilə paylaş: