180
Biokimyəvi üsul insan orqanizmində gedən maddələr mübadiləsində baş verən
çatışmazlıqların səbəblərini öyrənmək üçün tətbiq edilir. İnsanda baş verən çatış-
mazlıqlar bəzən maddələr mübadiləsində irsi amillərlə müəyyən edilən patoloji
pozuntularla əlaqədar ola bilir; məsələn, insandakı şəkərli diabet bu cür xəstəlik-
lərdəndir.
İnsanın genetik müxtəlifliyi. İnsanın xarici görünüşü, fiziki və əqli imkanları,
xarakteri, xəstəliklərə meyilliliyi və ya dözümlülüyü, ömrünün təbii uzunluğu və s.
valideynlərdən aldığı genlərdən asılıdır. Bu, genetik müxtəlifliyi yaradır.
Genetik müxtəliflik dedikdə növ daxilində baş verən müxtəlif dəyişikliklər başa
düşülür. Belə müxtəliflik sayəsində orqanizmdə xarici mühitin müxtəlif təsirlərinə
qarşı dözümlülük yaranır. Məsələn, bəzi insanlar ətraf
mühitin çirklənməsinə dözə bilsə də, digər gen yığımına
malik olanlarda buna qarşı bədən müqaviməti zəifləyir,
hətta ölüm halları baş verir. Bu səbəbdən insanın gene-
tikasını öyrənərkən bir çox əlamətlərin irsən keçməsi və
onlara ətraf mühitin təsiri ciddi tədqiq edilir.
Dostları ilə paylaş: