Həşəratın sürfəsinin böyüməsini əks etdirən qrafikə diqqətlə baxın. Hansı iki gün ərzində heyvanın ölçüsünün maksimum artımı müşahidə olunur?
Təklif olunan mülahizələrdən həşəratın sürfəsinin inkişafının 14–22-ci günlərini düzgün əks
etdirəni müəyyənləşdirin:
A) ölçüsü əvvəl kəskin, sonrakı günlərdə isə tədricən artır.
B) bütün dövr ərzində tədricən ölçüsü artır.
C) ölçüləri dəyişmir.
D) ölçüsü əvvəl kəskin artır, sonra böyüməsi dayanır.
Fəaliyyət Məsələni həll edin. Fərz edək ki, 20 Kolorado böcəyi 1 ay ərzində ümumi sahəsi 4000
sm
2
olan yarpaqla qidalanır. Fərdi inkişafında bir sürfə təqribən 50 sm
2
sahəsi olan
yarpaq yeyərsə, 1000 Kolorado böcəyinin 1 ay ərzində yediyi yarpaq sahəsini neçə
sürfə yeyə bilər?