7. Yaşayış mühitinə uyğunlaşma. Həyat tərzi ilə əlaqədar orqanizmin qurulu-
şunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir. Nəticədə canlı sistem
müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.
8. Tarixi inkişaf xüsusiyyəti. Canlı aləmin sadədən mürəkkəbə doğru tarixi inki-
şafıdır. Belə inkişaf prosesi təkamül adlanır.
– Canlı orqanizmlər üçün səciyyəvi olan xüsusiyyətlərdən hansılarına cansız təbiətdə rast gəlmək olar?
Müzakirə üçün Məsələni həll edin. Adətən, Xəzər suitisinin yeni doğulan balasının kütləsi təxminən
4 kq olur. Balanın südlə bəslənmə dövründə kütləsi hər gün təqribən 0,5 kq artır.
30 gün davam edən bu müddətin sonunda Xəzər suitisinin kütləsi nə qədər olar?