19
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
0,001%-dən çox olan elementlər
makroelementlər, 0,001%-dən 0,000001%-ə
qədər olanlar isə
mikroelementlər hesab olunur.
Makroelementlərə
oksigen, karbon, hidrogen, azot,
fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, nat-
rium və
dəmir aid edilir. Bu elementlər hüceyrədə vacib
rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə he-
moqlobinin struktur komponentidir. Kalsium və fosfor
sümük toxumasının hüceyrəarası maddəsinin yaran-
masında iştirak edərək sümüklərə möhkəmlik verir.
Bundan başqa, kalsium qanın laxtalanmasında iştirak
edən amillərdən biridir. Sink, mis, yod, flüor, kobalt,
selen və bu kimi elementlər
mikroelementlər adlanır.
Mikroelementlərin miqdarca az olmasına baxmayaraq
onlar hüceyrədə baş verən maddələr mübadiləsində
mühüm rol oynayır. Belə ki, sink mədəaltı vəzi
hormonunun –
insulinin tərkibinə daxildir. Yod isə orqa-
nizmin maddələr mübadiləsini və böyüməsini tənzim-
ləyən qalxanabənzər vəzi hormonunun –
tiroksinin əsas
komponentlərindən biridir.
Hüceyrədə kimyəvi elementlər ionlar, yaxud maddə-
lər şəklində orqanizmin qurulmasında iştirak edir. Məsə-
lən, karbon, hidrogen və oksigen karbohidrat və yağların
tərkibinə daxildir. Zülallarda bu elementlərdən əlavə,
azot, kükürd, dəmir, maqnezium, yod və s.
elementlər də
olur. Su və natrium-xlorid kimi qeyri-üzvi maddələrə həm canlı, həm də cansızlarda
rast gəlinsə də,
üzvi birləşmələr, əsasən, canlı təbiət üçün səciyyəvidir.
Dostları ilə paylaş: