– Növün populyasiyaları arasında hansı qarşılıqlı münasibətlər mövcuddur?
Müzakirə üçün Biogeosenotik səviyyə (biogeosenoz səviyyə-
si). Müəyyən ərazidə birgə yaşamağa uyğun-
laşan müxtəlif canlı qrupları və onların yaşayış
mühitinin birgə cəmi biogeosenoz əmələ gəti-
rir. Bu səviyyədə orqanizmlərin bir-biri ilə və
ətraf mühitlə qarşılıqlı təsiri öyrənilir.
5.
Biosfer səviyyəsi. Yer üzərində olan bütün biogeosenozlar birləşərək biosferi əmələ gətirir. Biosfer Yer kürəsinin canlılar yaşayan sahəsidir. Bu səviyyədə canlı
orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri
öyrənilir.
6.