15
• • •
Toxuma –
orqan səviyyəsi. Çoxhüceyrəli orqanizmlərin
mənşəcə eyni olan, oxşar quruluşlu və eyni funksiya yerinə
yetirən hüceyrələr qrupu toxumaları əmələ gətirir. Toxuma
səviyyəsində canlıları
histologiya elmi öyrənir. Toxumalar
birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları
yerinə yetirən orqanları əmələ gətirir.
2.
Orqanizm səviyyəsi. Ayrı-ayrı fərdlərin quruluşu, həyat
fəaliyyəti və s. xüsusiyyətləri orqanizm səviyyəsində tədqiq
olunur. Bu tədqiqatlar fərdlərin doğulan andan ölənə qədər
olan inkişaf dövrünü əhatə edir.
3.
Populyasiya-növ səviyyəsi. Bu səviyyənin struktur- funk-
sional vahidi növdür. Eyni növə aid olan və tarixən mü-
əyyən ərazidə yaşayan fərdlər cəmi
populyasiyalar yaradır.
Növü təşkil edən ayrı-ayrı populyasiyalar qismən təcrid
olunmuş ərazilərdə məskunlaşırlar. Populyasiya-növ səviy-
yəsində baş verən tarixi inkişaf prosesləri yeni növlərin ya-
ranmasına səbəb ola bilər.
4.
Dostları ilə paylaş: