22
Su hüceyrənin həcmini müəyyən edir və
ona möhkəmlik verir. Hüceyrədə baş verən
kimyəvi reaksiyalar su mühitində gedir. Su
hüceyrənin həyat proseslərinin gedişini və
mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olunmuş
şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr
hidrofil (yun. “
hidor” – su, “
fileo” – sevirəm), suda həll olmayanlar isə
hid-
rofob (yun. “
hidor” – su, “
fobos” – qorxu, nifrət) adlanır.
Hidrofil maddələrə
– duzlar, sadə karbohidratlar,
hidrofob maddələrə isə
yağlar, mürəkkəb kar-
bohidratlar və bəzi zülallar aiddir.
Dostları ilə paylaş: