26
Lipidlər. Suda həll olmayan üzvi birləşmələrdir. Bütün heyvan və bitki hücey-
rələrinin tərkibinə daxildir.
Lipidlərin ən geniş yayılanı yağlardır. Yağlar hüceyrədə quru kütlənin 5–15%-ni
təşkil edir. Piy toxuması hüceyrəsində onun miqdarı hətta 90%-ə çatır. Belə hü-
ceyrələr heyvanlarda dəri altında, süd vəzilərində və piyliklərdə olur. Bütün məmə-
lilərin südündə yağ vardır. Bitkilərdə yağlar, əsasən, toxumlarda və meyvələrdə top-
lanır. Günəbaxanın, qozun, kətanın, kənafın, pambığın, zeytunun və başqa bitkilərin
toxum və meyvələrində yağın miqdarı daha çoxdur.
Dostları ilə paylaş: