Karbohidratlar. Hüceyrənin əsas üzvi birləşmələrindən biridir. Bu birləşmələrin
tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (monosaxaridlər və disaxaridlər) və mürəkkəb (polisaxaridlər) quruluşda olur.
5 – Hansı karbohidratları və lipidləri tanıyırsınız? – Canlı orqanizmlərdə karbohidratlar və yağların əhəmiyyəti nədən ibarətdir?
Yağların və karbohidratların təyin edilməsi. Tapşırıqlardan birini yerinə yetirin.
Təchizat: bir parça ağ çörək, günəbaxan toxumları, yodun spirtdə məhlulu, filtr kağızı.
İşin gedişi: 1.Yod məhlulunu tünd çay rəngi alana qədər suda həll edin və çörəyi onunla isladın.
2. Günəbaxan toxumlarını kağızın arasına qoyub əzin.
3. Kağızı açın və işığa tutub baxın.