Karbohidratların bioloji rolu. Karbohidratlar orqanizmdə, əsasən, enerji mən- bəyi rolunu oynayır. Hüceyrənin hərəkət, sekresiya, biosintez, işıqlanma və bu kimi
hər hansı bir fəaliyyəti enerji hesabına baş verir.
Bu enerjini,əsasən, karbohidratlar verir. Onlar hüceyrədə oksidləşərək karbon
qazı və suya qədər parçalanır. 1 q karbohidrat tam parçalanarkən 17,6 kC enerji
ayrılır.
Karbohidratlar həm də inşaat funksiyasını yerinə yetirir. Bitkilərdə hüceyrə diva-
rını, əsasən, sellüloza təşkil edir. Məsələn, pambıq lifi tamamilə sellülozadan iba-
rətdir. Göbələk və heyvan hüceyrələrində xitinə rast gəlinir.