• I fəsil • Canlı orqanizmlərin kimyəvi tərkibi • altında piy qatının olması onların bədən temperaturunun sabit saxlanılmasını təmin
edir və bu heyvanların qış mövsümündə də aktiv olmasına şərait yaradır.
Yağlar həm də ehtiyat su mənbəyi rolunu oynayır: 1 kq yağ oksidləşərkən, adətən,
1,1 kq su alınır. Yağlar inşaat funksiyasını da yerinə yetirir. Onlar hidrofob xassəli
olduğu üçün membranın tərkibinə daxil olmaqla maddələrin bir çoxunun hüceyrə
daxilinə keçməsinin qarşısını alır.
2. Düzgün cavabları qeyd edin. (1) (2) • Karbohidratların orqanizmdə yerinə yetirdiyi 2 funksi- yanı seçin: a) katalitik
b) inşaat
c) nəqliyyat
d) müdafiə
e) siqnal
f) energetik
• Lipidlərin orqanizmdə yerinə yetirdiyi 3 funksiyanı seçin: a) inşaat
b) fermentativ
c) energetik
d) siqnal
e) ehtiyat toplayıcı
f) nəqliyyat
3. Məsələni həll edin. • Yağın oksidləşməsi zamanı 5,5 q su alınmışdır. Oksidləşmədən əvvəl bu yağın parçalan-
masından alınan enerji neçə qram karbohidratın parçalanmasından alınan enerjiyə bəra-
bərdir?
4. Lipidlərə aid düzgün mülahizələri müəyyən edin. – 1 q-nın tam parçalanması zamanı daha çox enerji ayrılır.
– Heyvanlarda bədən istiliyinin tənzimində iştirak edən qat əmələ gətirir.
– Bitki və heyvanlarda ehtiyat halında toplana bilir.
– Bəzi heyvanlarda əlavə su ehtiyatı yaradır.
– Həşəratların bədən örtüyünün tərkibinə daxildir.