25
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
Monosaxaridlər suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayı-
lan monosaxaridlər
qlükoza,
fruktoza,
qalaktoza, həmçinin
nuklein turşuları və ATF-
in
tərkibinə daxil olan dezoksiriboza və
ribozadır.
Monosaxaridlərin ikisi birləşdikdə
disaxaridlər
əmələ gəlir. Disaxaridlər də xassələrinə görə
monosaxaridlərə oxşar olub suda asan həll olur
və şirin dada malikdir. Disaxaridlərə çuğundur
və ya qamış şəkəri (saxaroza) və süd şəkəri
(laktoza) aiddir.
Polisaxaridlər çoxsaylı monosaxarid halqaların-
dan təşkil olunmuşlar. Polisaxaridlərdə monomer halqaların sayı artdıqca onların
suda həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində
üstünlük təşkil edən
nişasta,
sellüloza, heyvan hüceyrəsində olan
qlikogen, həşərat-
ların
xarici skeletini təşkil edən xitin və s. aiddir.
Dostları ilə paylaş: