“
? ” işarəsinin yerində nə təsvir olunmalıdır?
– Təklif olunan sxemi necə davam etdirmək olar?
– Sxem nəyi göstərir?
? A B C Molekulyar səviyyə. Quruluş dərəcəsindən asılı olmayaraq
bütün canlılar zülallardan, nuklein turşularından, polisa-
xaridlərdən və digər molekullardan təşkil olunmuşdur.
Maddələr mübadiləsinin, irsi məlumatların ötürülməsi kimi
bir çox bioloji proseslərin öyrənilməsi məhz molekulyar səviyyədən başlanır. Canlı orqanizmlərin kimyəvi tərkibini
və onların həyat fəaliyyətinin əsasında duran kimyəvi
prosesləri biokimya elmi öyrənir.