10
C
ANLILARIN ƏSAS HƏYATİ XASSƏLƏRİ
1
– Canlıları hansı əlamətinə görə
fərqləndirmək olar?
– Nə üçün bitkiləri canlı orqanizm
adlandırırlar?
Canlı və cansız təbiət bir-biri ilə sıx bağ-
lıdır və bu səbəbdən də canlılara
xas olan
xüsusiyyətləri ayrıca qeyd
etmək bir qə-
dər çətindir.
11
• • •
Canlılar üçün əsas səciyyəvi əlamət mövcuddur:
1. Kimyəvi tərkibin xüsusiyyətləri. Canlı və cansızlarda eyni kimyəvi elementlərə
rast gəlinir. Canlı orqanizmləri təşkil edən maddələrin tərkibində 4 element – ok-
sigen, karbon, azot və hidrogen üstünlük təşkil edir.
2. Maddələr və enerji mübadiləsi. Canlılarda maddələr mübadiləsinin əsasını qi-
dalanma, qazlar mübadiləsi və ifrazat kimi proseslər təşkil edir. Maddələr mübadiləsi
zamanı orqanizmdə üzvi maddələrin sintezi –
assimilyasiya və üzvi maddələrin
parçalanması –
dissimilyasiya prosesləri baş verir. Dissimilyasiya nəticəsində ayrı-
lan enerjinin müəyyən hissəsi assimilyasiya proseslərinə sərf olunur.
Dostları ilə paylaş: