ı
65
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Xromosomlar. Hüceyrə tsiklində əsas rolu
xromosomlar (yun. “
chroma” – rəng, “
soma”
– bədən) oynayır. Onlar hüceyrədə mübadilə
proseslərini tənzimləməklə yanaşı, həm də irsi
məlumatların bir nəsildən digərinə ötürülmə-
sində iştirak edir. DNT-nin ikiləşməsindən
sonra hər bir xromosom iki DNT molekulun-
dan ibarət olur.
Hər iki DNT molekulu ayrı-ayrılıqda
xromatidlər (yun. “
chroma” – rəng, “
eidos”
– görünüş, növ) adlanır. Xromatidlər bir-biri ilə
sentromer (lat. “
centrum” – mərkəz,
“
meros” – hissə) adlanan hissə ilə birləşir. Xromosomların formasını, ölçüsünü və
hüceyrədə sayını yalnız bölünmə dövründə maksimal spirallaşması və sıxlaşması
dövründə müəyyən etmək mümkündür. Bu zaman o, işıq mikroskopunda aydın
görünür.
Dostları ilə paylaş: