Mitozun bioloji əhəmiyyəti. Mitozun əsas bioloji əhəmiyyəti irsi materialın qız
hüceyrələr arasında bərabər bölünməsidir. Belə bölünmə nəticəsində diploid xromo-
som yığımına malik bir ana hüceyrədən onun tam oxşarı olan iki diploid qız hüceyrə
yaranır.
Mitozun müşahidə edilməsi. İşin məqsədi: bölünən bitki hüceyrələrinin hazır mikropreparatlarında mitozun öyrənilməsi.
Təchizat: mikroskop, soğan və kök hüceyrələrindən hazırlanmış mikropreparatlar.
İşin gedişi:
1. Hazır mikropreparatlara əvvəlcə kiçik, sonra isə böyük böyütmə dərəcəsində baxın.
2. Mikropreparatda bölünən hüceyrələri tapın. Mikropreparatda hansı bölünmə fazalarının
göründüyünü müəyyən edin.
3. Mitozun fazalarını hansı əlamətlərə görə təyin etdiniz?
4. Dəftərinizdə mitozun fazalarını sxematik olaraq təsvir edin.