Yaşamaq uğrunda mübarizənin bütün formaları bir-biri ilə qarşılıqlı əlaqədardır.
1. Bir zəncirotu bitkisi 1 m 2 sahədə yetişə bilir və il ərzində 100 uçağanlı toxum verir. Adi zəncirotunun bir çox fərdlərinin məhv olması və Yer üzərini bütövlüklə tut- mamasının səbəbləri aşağıdakılardır: 1. adi zəncirotu bitkilərinin bəzilərinin kök sisteminin daha yaxşı inkişaf etməsi;
2. yemlə birlikdə toxumların qoyunun mədəsinə düşməsi;
3. toxumlar cücərmək üçün əlverişsiz şəraitə düşdükdə məhv olur;
4. toxumlarla bir çox quşlar qidalanırlar;
5. adi zəncirotunun daha hündür formaları digərlərinə mane olur;
6. toxumlar səhrada, qayalarda məhv olur;
7. adi zəncirotu ilə otyeyən heyvanlar qidalanır;
8. adi zəncirotu xəstəliktörədən orqanizmlərin təsirindən məhv olur;
9. adi zəncirotu güclü şaxta və quraqlıq şəraitində məhv olur.
Yaşamaq uğrunda mübarizənin formalarının şərti işarələrindən istifadə edərək səbəbləri doğru göstərən sıranı seçin.