145
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
O
RQANİZMİN YAŞAYIŞ MÜHİTİ. EKOLOJİ AMİLLƏR
Orqanizmlərin yaşayış mühiti və ekoloji amillər. Canlı orqanizmləri əhatə
edən hər bir şey
yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx
bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz
qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri
ekoloji amillər adlanır.
Canlı orqanizmə göstərdiyi təsirinə görə ekoloji amillər 3 böyük qrupa bölünür:
abiotik, biotik və
antropogen amillər.
Abiotik amillər (yun. “
a”
– inkar , “
bios”
– həyat) cansız təbiət amilləridir. Bun-
lara
işıq, rütubət, atmosfer təzyiqi, havanın temperaturu, torpaqda mineral duzların
miqdarı, torpağın nəmişliyi və
aerasiya (yun.
“aer” – hava)
kimi amillər aiddir.
Biotik amillər. Canlı orqanizmlərin bir-birinə təsiridir. Məsələn, bitkilərin həşərat-
larla tozlanması, orqanizmlər arasında rəqabət, yırtıcılıq, simbioz və s. biotik amillərdir.
Antropogen amillər (yun. “
anthropos”
– insan, “
genisisum” – doğulma, mənşə)
canlı orqanizmlərin həyat şəraitini dəyişməsi ilə müşayiət olunan insan fəaliyyətidir.
Belə ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində Yer səthinin relyefi, kimyəvi tərkibi,
atmosferi və canlılar aləmi dəyişir.
Cədvəldə verilən göstəricilərə əsaslanaraq qurbağanın tənəffüs hərəkətləri tezliyinin
Dostları ilə paylaş: