149
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
T
ƏBİİ BİRLİKLƏR VƏ EKOLOJİ SİSTEMLƏR
Təbiətdə ayrı-ayrı növlərə aid olan fərdlər tək-tək deyil, qruplar şəklində yaşa-
yırlar. Uzun müddət ərzində müəyyən ərazidə birgə yaşayan belə qruplar
təbii
birliklər və ya
biosenozlar adlanır. Biosenozlara – bataqlıq, çəmənlik, enliyarpaqlı
meşə və bu kimi təbii birlikləri misal göstərmək olar.
Biosenozun strukturu. Birgə yaşayış sayəsində biosenozu təşkil edən ayrı-ayrı
növlərə məxsus populyasiyalar arasında müəyyən münasibətlər (rəqabət, yırtıcı–
şikar, parazit – sahib, simbioz və s.) formalaşır.
Bir çox təbii birliklərin əsasını bitkilər təşkil edir. Bitkilər bəzən mərtəbələrlə,
yəni
yaruslarla yerləşir. Məsələn, meşədə olan ağac, kol və otlar fəzada müxtəlif
sahə tutur. Belə ki, üst yarusu ağaclar, orta yarusu kollar, aşağı yarusları isə otlar
tutur. Bunlarla sıx bağlı olan heyvanlar da yaruslar üzrə paylanırlar. Yuxarı yarusda
sincab, quşlar, aşağı yarusda dovşanlar, kirpilər, tülkülər, qarışqalar və digər buğum-
ayaqlılar yaşayırlar.
Dostları ilə paylaş: