151
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
Ekoloji sistem. Yaşayış mühiti ilə birgə götürül-
müş canlıların istənilən təbii birlikləri (biosenozları)
ekoloji sistemləri (biogeosenozları) əmələ gətirir. Eko-
loji sistemlərdə maddələr və enerji dövranı baş verir.
Maddələr dövranı zamanı qeyri-üzvi maddələr – su,
karbon qazı, azot birləşmələri canlılar tərəfindən tutu-
laraq istifadə edilir və onlar öləndən sonra isə yenidən
torpağa qaytarılır.
İstənilən ekosistemə daim enerji daxil olmalıdır.
Yer üzərində əsas enerji mənbəyi günəşdir. Lakin gü-
nəş enerjisini yalnız avtotroflar istifadə edə bilir. Avtotroflara fotosintezedici bit-
kilər, sianobakteriyalar aiddir ki, bunlar da
produsentlər adlanır. Digər orqanizmlər
hazır üzvi maddələrlə qidalanan heterotroflara aid edilirlər. Heterotroflar pro-
dusentlər tərəfindən sintez olunmuş üzvi birləşmələri mənimsəyir, digər maddələrə
çevirir və minerallaşdırır. Heterotrof orqanizmlər üzvi maddələrin istehlakçıları olan
konsumentlərə və üzvi maddələri minerallaşdıran
redusentlərə bölünürlər. Kon-
sumentlərə bir çox heyvanlar və həmçinin bəzi göbələklər aiddir.
Produsent və konsumentlər məhv olduqdan sonra onların üzvi maddələri
redu-
sentlərin (əsasən, bakteriyalar və göbələklər) iştirakı ilə
qeyri-üzvi maddələrə qədər
parçalanması nəticəsində maddələr təbiətə qaytarılaraq bitkilər tərəfindən yenidən
istifadə olunur, yəni maddələr dövranı baş verir.
Qida zənciri. Ekoloji sistemdə orqanizmlərdən biri digərinin qidasını təşkil edir
və nəticədə qidada olan enerji bir orqanizmdən digərinə ötürülür. Beləliklə, qida
zənciri yaranır. Qida zəncirinə daxil olan ilkin həlqə produsentlərdən ibarət olur.
Produsentlər birincidərəcəli konsumentlərin, bunlar isə, öz növbəsində, ikincidərə-
cəli konsumentlərin və s.-nin qidasını təşkil edir. Qida zəncirinin hər bir sonrakı
həlqəsində qidada olan enerjinin 80–95%-i istilik şəklində ətraf mühitə yayılır. Bu-
nun nəticəsində enerji itkisi baş verdiyindən qida zənciri 4–5 həlqədən çox olmur.
Dostları ilə paylaş: