Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Akvariumun növ müxtəlifliyinin və qida zəncirlərinin öyrənilməsi



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə227/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   307
Akvariumun növ müxtəlifliyinin və qida zəncirlərinin öyrənilməsi.  
Təchizat:  içərisində canlı sakinləri olan akvarium. 
İşin gedişi: 
1. Akvariumda hansı su bitkiləri yaşayır? 
2. Onurğasızların hansı nümayəndələrini gördünüz (molyusklar, 
xərçəngkimilər)? 
3. Akvariumda hansı balıqlar yaşayır? Müşahidələrinizə əsasən 
cədvəli doldurun: 
Bitkilər
Heyvanlar
Yosunlar 
Örtülütoxumlular 
Molyusklar 
Xərçəngkimilər 
Balıqlar 
  
  
 
  
  
4. Akvariumda mümkün olan bütün qida zəncirlərini qurun.
  
 
Fəaliyyət
Praktik iş 
Təbii birliklər 
– Akvariumdan 
molyuskları 
çıxarsaq, nə 
baş verər?
 


 
 
151 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

Ekoloji  sistem.  Yaşayış  mühiti  ilə  birgə  götürül-
müş canlıların  istənilən təbii birlikləri (biosenozları) 
ekoloji sistemləri (biogeosenozları) əmələ gətirir. Eko-
loji sistemlərdə maddələr və enerji dövranı baş verir. 
Maddələr  dövranı  zamanı  qeyri-üzvi  maddələr  –  su, 
karbon qazı, azot birləşmələri canlılar tərəfindən  tutu-
laraq istifadə edilir və onlar öləndən sonra isə yenidən 
torpağa qaytarılır.  
İstənilən  ekosistemə  daim  enerji  daxil  olmalıdır. 
Yer üzərində əsas enerji mənbəyi günəşdir. Lakin gü-
nəş  enerjisini  yalnız  avtotroflar  istifadə  edə  bilir.  Avtotroflara  fotosintezedici  bit-
kilər, sianobakteriyalar aiddir ki, bunlar da produsentlər adlanır. Digər orqanizmlər 
hazır  üzvi  maddələrlə  qidalanan  heterotroflara  aid  edilirlər.  Heterotroflar  pro-
dusentlər tərəfindən sintez olunmuş üzvi birləşmələri mənimsəyir, digər maddələrə 
çevirir və minerallaşdırır. Heterotrof orqanizmlər üzvi maddələrin istehlakçıları olan 
konsumentlərə  və  üzvi  maddələri  minerallaşdıran  redusentlərə  bölünürlər.  Kon-
sumentlərə bir çox heyvanlar və həmçinin bəzi göbələklər aiddir.  
Produsent və konsumentlər məhv olduqdan sonra onların üzvi maddələri redu-
sentlərin (əsasən, bakteriyalar və göbələklər) iştirakı ilə qeyri-üzvi maddələrə qədər 
parçalanması nəticəsində maddələr təbiətə qaytarılaraq bitkilər tərəfindən yenidən 
istifadə olunur, yəni maddələr dövranı baş verir.  
Qida zənciri. Ekoloji sistemdə orqanizmlərdən biri digərinin qidasını təşkil edir 
və  nəticədə  qidada  olan  enerji  bir  orqanizmdən  digərinə  ötürülür.  Beləliklə,  qida 
zənciri  yaranır.  Qida  zəncirinə  daxil  olan  ilkin  həlqə  produsentlərdən  ibarət  olur. 
Produsentlər birincidərəcəli konsumentlərin, bunlar isə, öz növbəsində, ikincidərə-
cəli  konsumentlərin  və  s.-nin  qidasını  təşkil  edir.  Qida  zəncirinin  hər  bir  sonrakı 
həlqəsində qidada olan enerjinin 80–95%-i istilik şəklində ətraf mühitə yayılır. Bu-
nun nəticəsində enerji itkisi baş verdiyindən qida zənciri  4–5 həlqədən çox olmur.   
 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin