Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə230/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   307
Fəaliyyət
42 
 Abiotik amillər nədir? 
 Onlar canlı orqanizmlərə necə təsir göstərir? 
 
 
b) İnsanın sutka ərzində zehni iş qabiliyyəti 


 
 
155 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

ritmlər  meydana  gəlmişdir.  Bioloji  ritmlər 
orqanizmin “bioloji saat” adlanan xüsusi daxili 
mexanizmləri  ilə  saxlanılır.  “Bioloji  saat”  or-
qanizmlərin günün vaxtlarını hiss etmək qabiliy-
yətidir.  Əksər  orqanizmlərdə  sutkalıq  və  fəsil 
ritmləri aydın nəzərə çarpır.  
Sutkalıq ritmlər. Yerin öz oxu ətrafında fır-
lanması  nəticəsində  gecə  və  gündüz  növbələş-
məsi  baş  verir.  Bitkilərdə  gün  ərzində  işıqlan-
manın  dəyişməsi  fotosintez,  transpirasiya,  çi-
çəklərin  açılıb-yumulması  kimi  dövri  olaraq 
təkrarlanan  proses  yaradır.  Temperatur  sutka 
ərzində dəyişir. Bu, bitkilərin inkişafı üçün va-
cib amillərdən biridir; məsələn, pomidor bitkisi 
gündüz orta temperatur +26°C, gecə isə təxmi-
nən +18°C olduqda yaxşı inkişaf edir. 
 Heyvanlarda  gün ərzində fəallıq və dinclik 
fazaları bir-birini əvəz edir. Gündüz həyat tərzi 
keçirən heyvanlar (məsələn: sərçəkimilər, qarış-
qalar və s.) sutkanın işıqlı şəraitində fəal olurlar. 
Yarasalar  isə  əksinə,  gecə  fəal  olduqlarından 
laboratoriyada hətta işıqlanma şəraitində saxlan-
dıqda belə gecə sığınacaq yerlərini tərk edirlər. 
Fəsil ritmləri. Yerin Günəş ətrafında fırlan-
ması ilə əlaqədar baş verir. Bu və ya digər fəslin 
yaxınlaşması  üçün  siqnal  rolunu  temperaturun 
illik  gedişi  ilə  müşayiət  olunan  günün  uzunlu-
ğunun  dəyişməsi  oynayır.  Orqanizmin  günün 
uzunluğuna qarşı verdiyi cavab reaksiyası foto-
periodizm  adlanır.  Günün  uzanmasına  orqa-
nizmlər həyat aktivliyinin artması ilə cavab ve-
rirlər.  
Yaz  fəslində  günün  uzanması  ilə  əlaqədar 
təbiət  tamamilə  oyanır.  Yayın  ikinci  yarısında  
gövdələrə, kök və digər qışlayan orqanlara güclü 
qida  maddələrinin  axını  baş  verir,  meyvə  və 
toxumlar yetişir. Günün uzunluğunun qısalması 
qışa  hazırlığa  siqnal  olur.  Bu  zaman  bəzi  hey-
vanlarda tüləmə başlayır və köçəri quşlar uçub 
gedirlər.  
 
 
 
 
 İnsan orqanizmində bioloji saatla 
idarə olunan 300-dən çox 
funksiya və proses olduğu 
müəyyən edilmişdir. Məsələn, 
sutka ərzində insanın nəbz 
vurğusu artıb-azala bilər:  
səhər saat 9–10-da normaya 
çatır; 
saat 13–14-də azalır; 
saat 16–18 arası tezləşir;  
saat 22–23-də isə yavaşıyır. 
 İnsanın qan təzyiqi saat 12–13 
arası və 18-də maksimum olur. 
Ən aşağı göstəricilər isə səhər 
tezdən və saat 23–24-də olur.  
 Qanda qlükozanın miqdarı sutka 
ərzində dəyişir. Maksimal miqdar 
saat 2, 9, 14, 18 və 22-də olur. 
 Bədənimizin temperaturu da 
sutkalıq ritmdən asılıdır. Səhər 
minimum, günün ikinci yarısında 
isə (saat 18-də) maksimal olur.  

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin