təsiri • 7 nəticəsində baş verir. Yaşlı ananın uşaq dünyaya gətirməsi ilə əlaqədar bu xəstəliyin
meydana çıxması riski daha da artır.
Xromosomlarla əlaqədar xəstəliklər – Daun sindromu
Talassemiya. İrsi qan xəstəliyi olan talassemiyaya Azərbaycanda geniş təsadüf
olunur. Xəstəlik resessiv olub autosom xromosomlardakı bir gendə baş verən
dəyişiklik zamanı meydana çıxır. Nəticədə qanda hemoqlobinin sintezi pozulur.
(b) • Sifətə yayılmış burun,
yuxarıya doğru dartılmış
büküşlü qapaqlara malik
gözlər.
• Eyni büküşlü ovuclar
(“meymun ovcu”),
qısa görünüşlü
beşinci barmaq.
• Digər barmaqlardan
uzaqda yerləşən
baş barmaq və
dabanların inkişaf
etmiş büküşləri.
• İnsanlarda
araxnodaktiliya (“hörümçək barmaqlar” – barmaqlar çox
nazik və uzun olur) adlanan irsi xəstəliyə rast gəlinir. Bu xəstəliyi
müəyyən edən gen birləşdirici toxumanın normal formalaşmasını pozur
və əl barmaqlarının quruluşu ilə yanaşı, gözdə büllurun quruluşuna təsir
edir, həmçinin ürək-damar sistemində anomaliyalara gətirib çıxarır.
Məşhur skripkaçı Nikolo Paqanini, ABŞ-ın mərhum prezidenti Avraam
Linkoln, Fransanın sabiq prezidenti Şarl de Qolda da bu xəstəlik olmuş-
dur.