Xromosomlarla əlaqədar xəstəliklər. Belə xəstəliklər şüalanma, müxtəlif
dərman preparatlarının qəbulu, narkotik maddələrdən
istifadə və digər səbəblərdən xromosomların quru-
luşunda, miqdarında yaranan dəyişikliklərlə əlaqədar
olur. Xromosom xəstəlikləri zamanı insanlarda əqli çatış-
mazlıq, bədən qüsurları müşahidə edilir. Xromosom xəs-
təliyinə Daun sindromunu misal göstərmək olar (b). Bu
xəstəlik hüceyrənin bölünməsi zamanı autosom xromo-
somların 21-ci cütündə artıq xromosomun olması
Fəaliyyət 48 – İnsanda irsən ötürülən hansı xəstəlikləri tanıyırsınız? – İnsanda genetik pozğunluqları hansı üsullarla öyrənmək olar?