Cinsiyyətin xromosom təyini. Uşağın cinsiyyəti qadın və kişinin qametlərinin
birləşməsi zamanı müəyyən olunur. Xromosomlara görə orqanizmin cinsiyyətinin
təyin edilməsi cinsiyyətin xromosom təyini adlanır.
İnsanda qadının yumurta hüceyrəsində 22-si autosom, biri X xromosomu olmaqla
23 xromosom olur. Deməli, istənilən yumurta-hüceyrə müvafiq olaraq bir X xro-
mosomu daşıyır. Kişidə isə hər birində 22 autosom xromosom olmaqla X və ya Y-ə
malik 2 tip spermatozoid yaranır. Y xromosomu uşağın kişi cinsinə mənsub olma-
sına cavabdehdir.
Beləliklə, əgər qadının X xromosomuna malik qameti kişinin X xromosomlu qa-
meti ilə birləşərsə, qız, Y xromosomuna malik
qametlə birləşərsə, oğlan doğulur.