Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə51/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   307
Hüceyrə  nəzəriyyəsi.  T.Şvannın  hüceyrə  nəzəriyyəsinin  sonradan  yeni  müd-
dəalarla  zənginləşdirilməsi  nəticəsində  müasir  hüceyrə  nəzəriyyəsi  yaranmışdır. 
Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı əsas müddəaları vardır: 
1. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. 
2. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliy-
yətinə və maddələr mübadiləsinin gedişinə görə oxşardır. 
3.  Hüceyrələrin  çoxalması  onların  bölünməsi  yolu  ilə  baş  verir.  Hər  bir  yeni 
hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır.  
4. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri 
funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir.  
5. Toxuma və orqanlar bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir. 
Hüceyrənin öyrənilməsinin xəstəliklərin səbəblərinin müəyyənləşdirilməsi baxı-
mından müstəsna əhəmiyyəti var. Məsələn, şəkərli diabet xəstəliyi mədəaltı vəzi hü-
ceyrələrinin funksiyalarının pozulması nəticəsində yaranır. 
 
 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin