Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə49/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   307
HÜCEYRƏ CANLININ 
QURULUŞ VƏ 
İNKİŞAF VAHİDİDİR 


 
 
40 
 
öyrənir.  Müasir  dövrdə  sitologiya  kompleks  elm  hesab  olunur.  O,  digər  bioloji 
elmlərlə yanaşı, fizika, riyaziyyat, kimya və s. təbiət elmləri ilə də sıx bağlıdır. Bu 
səbəbdən onu hüceyrə biologiyası deyilən daha geniş elm sahəsi kimi ayırırlar.  
Hüceyrənin öyrənilməsi tarixi. Sitologiya elmi mikroskopun kəşfi ilə əlaqədar 
inkişaf etmişdir. İlk mikroskoplar hələ XVI əsrdə Hollandiyada yaradılmışdı. Mik-
roskopdan ilk dəfə tədqiqat işlərində istifadə edən ingilis fiziki və botaniki Robert 
Huk  olmuşdur.  O,1665-ci  ildə  düzəltdiyi  mikroskopda  nazik  mantar  kəsiyinə  ba-
xarkən onun arı şanına bənzəyən ayrı-ayrı göz-
cüklərdən  təşkil  olunduğunu  görmüş  və  bunu 
“sitos” – hüceyrə  adlandırmışdır.  R.Huk  canlı 
hüceyrəni deyil, onun yalnız qılafını  görsə də, 
“hüceyrə”  termini  sonradan  biologiyada  geniş 
işlədilməyə başlandı. 
 
 
 
Canlı təkhüceyrəli orqanizmləri ilk dəfə 1680-ci ildə kəşf edən Anton van Leven-
huk olmuşdur. Onun mikroskopu obyekti 270 dəfəyə qədər böyütmüşdür. Mikros-
kopun getdikcə təkmilləşdirilməsi sayəsində XIX əsrdə bitki və heyvan hüceyrələ-
rinin quruluşu barədə çoxlu məlumatlar əldə etmək mümkün oldu. Bu dövrdə bitki 
hüceyrəsinin quruluşu haqqında əsas materialları alman alimi Mattias Şleyden top-
lamış və ümumiləşdirmişdir. Hüceyrə haqqında toplanan biliklər hüceyrə nəzəriy-
yəsinin  yaradılmasına  əsas  verdi  və  1839-cu  ildə  Teodor  Şvann  tərəfindən    for-
malaşdırıldı. T.Şvann öz məlumatlarını M.Şleydenin tədqiqatları ilə müqayisə edə-
rək heyvan və bitki hüceyrələrinin quruluşca oxşar olduğunu müəyyənləşdirdi.  
 
 
 
Bununla  o  göstərdi  ki,  orqanizmlərin  ümumi  quruluş  vahidi  hüceyrədir.  Lakin 
həm T.Şvann, həm də M.Şleyden səhvən belə hesab edirdilər ki, hüceyrələr orqa-
nizmdə qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Bu fikir alman alimi 
R.Virxov tərəfindən təkzib edildi. O, 1858-ci ildə hüceyrə nəzəriyyəsinin əsas müd-
dəası olan ” Bütün hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən yaranır” fikrini irəli 
sürdü.  Daha sonra  XX  əsrin  əvvəllərində  K.Ber  məməlilərin  yumurta-hüceyrəsini 
kəşf etdi və bütün çoxhüceyrəli orqanizmlərin mayalanmış bir hüceyrədən – ziqot-
dan başlanğıc götürdüyünü göstərdi. Bununla da o, sübut etdi ki, hüceyrə təkcə canlı 
orqanizmlərin quruluş vahidi deyil, həm də inkişaf vahididir. Əksər orqanizmlərin 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin