40
öyrənir. Müasir dövrdə sitologiya kompleks elm hesab olunur. O, digər bioloji
elmlərlə yanaşı, fizika, riyaziyyat, kimya və s. təbiət elmləri ilə də sıx bağlıdır. Bu
səbəbdən onu
hüceyrə biologiyası deyilən daha geniş elm sahəsi kimi ayırırlar.
Hüceyrənin öyrənilməsi tarixi. Sitologiya elmi mikroskopun kəşfi ilə əlaqədar
inkişaf etmişdir. İlk mikroskoplar hələ XVI əsrdə Hollandiyada yaradılmışdı. Mik-
roskopdan ilk dəfə tədqiqat işlərində istifadə edən ingilis fiziki və botaniki Robert
Huk olmuşdur. O,1665-ci ildə düzəltdiyi mikroskopda nazik mantar kəsiyinə ba-
xarkən onun arı şanına bənzəyən ayrı-ayrı göz-
cüklərdən təşkil olunduğunu görmüş və bunu
“sitos”
– hüceyrə adlandırmışdır. R.Huk canlı
hüceyrəni deyil, onun yalnız qılafını görsə də,
“hüceyrə” termini sonradan biologiyada geniş
işlədilməyə başlandı.
Canlı təkhüceyrəli orqanizmləri ilk dəfə 1680-ci ildə kəşf edən
Anton van Leven-
huk olmuşdur. Onun mikroskopu obyekti 270 dəfəyə qədər böyütmüşdür. Mikros-
kopun getdikcə təkmilləşdirilməsi sayəsində XIX əsrdə bitki və heyvan hüceyrələ-
rinin quruluşu barədə çoxlu məlumatlar əldə etmək mümkün oldu. Bu dövrdə bitki
hüceyrəsinin quruluşu haqqında əsas materialları alman alimi Mattias Şleyden top-
lamış və ümumiləşdirmişdir. Hüceyrə haqqında toplanan biliklər hüceyrə nəzəriy-
yəsinin yaradılmasına əsas verdi və 1839-cu ildə Teodor Şvann tərəfindən for-
malaşdırıldı. T.Şvann öz məlumatlarını M.Şleydenin tədqiqatları ilə müqayisə edə-
rək heyvan və bitki hüceyrələrinin quruluşca oxşar olduğunu müəyyənləşdirdi.
Bununla o göstərdi ki, orqanizmlərin ümumi quruluş vahidi hüceyrədir. Lakin
həm T.Şvann, həm də M.Şleyden səhvən belə hesab edirdilər ki, hüceyrələr orqa-
nizmdə qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Bu fikir alman alimi
R.Virxov tərəfindən təkzib edildi. O, 1858-ci ildə hüceyrə nəzəriyyəsinin
əsas müd-
dəası olan ” Bütün hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən yaranır”
fikrini irəli
sürdü. Daha sonra XX əsrin əvvəllərində K.Ber məməlilərin yumurta-hüceyrəsini
kəşf etdi və bütün çoxhüceyrəli orqanizmlərin mayalanmış bir hüceyrədən –
ziqot-
dan başlanğıc götürdüyünü göstərdi. Bununla da o, sübut etdi ki, hüceyrə təkcə canlı
orqanizmlərin quruluş vahidi deyil, həm də inkişaf vahididir. Əksər orqanizmlərin
Dostları ilə paylaş: