Hüceyrə nəzəriyyəsi. T.Şvannın hüceyrə nəzəriyyəsinin sonradan yeni müd-
dəalarla zənginləşdirilməsi nəticəsində müasir hüceyrə nəzəriyyəsi yaranmışdır.
Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı əsas müddəaları vardır:
1. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir.
2. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliy-
yətinə və maddələr mübadiləsinin gedişinə görə oxşardır.
3. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Hər bir yeni
hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır.
4. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri
funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir.
5. Toxuma və orqanlar bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir.
Hüceyrənin öyrənilməsinin xəstəliklərin səbəblərinin müəyyənləşdirilməsi baxı-
mından müstəsna əhəmiyyəti var. Məsələn, şəkərli diabet xəstəliyi mədəaltı vəzi hü-
ceyrələrinin funksiyalarının pozulması nəticəsində yaranır.