42
H
ÜCEYRƏSİZ ORQANİZMLƏR. VİRUSLAR
Viruslar (lat. “
virus” – zəhər) kiçik ölçülərə malik hüceyrəsiz həyat formalarıdır.
Onlar irsi məlumatları daşıyan
irsi materialdan (DNT və ya RNT) və
qoruyucu zülal
örtükdən –
kapsiddən təşkil olunmuşlar. Virus üzvi maddə yaradan xüsusi struktura
malik deyil. Bu səbəbdən həyat fəaliyyəti prosesləri üçün sahibin hüceyrə
resurslarından istifadə edir. Virusun əsas xüsusiyyəti yalnız canlı orqanizmlərin
hüceyrələrində çoxala bilməsidir. Onun çoxalması hüceyrənin məhvi ilə nəticələnir.
Hüceyrəyə düşmüş virusun irsi materialı sahib orqanizmin irsi materialına daxil
olaraq onu dəyişir. Canlı orqanizmlər bir neçə virus növləri ilə yoluxa bilər.
Dostları ilə paylaş: