9 – Hüceyrə nədir? – Yer üzərində yaşayan orqanizmlərin hamısı hüceyrəli quruluşa malikdirmi? – Hüceyrənin quruluşuna görə orqanizmləri hansı qruplara bölmək olar? Sitologiya (yun. “sitos” – hü-
ceyrə, “loqos” – elm)hüceyrə
haqqında elmdir. Əksər canlılar
hüceyrələrdən təşkil olunmuşlar.
Hüceyrə canlı orqanizmlərin qu-
ruluş, inkişaf və funksional va-
hididir.
Fəaliyyət Mikroskopla bitki, heyvan və göbələk hüceyrəsinə baxılması. Məqsəd: müxtəlif hüceyrələrin quruluş xüsusiyyətlə-
rinin öyrənilməsi və bir-biri ilə müqayisə edilməsi.
Təchizat: mikroskop, bitki, heyvan və
göbələk hüceyrələrinin mikropreparatları
və müxtəlif hüceyrələrin şəkli olan tablolar.
İşin gedişi: 1. Mikroskopla bitki, heyvan və göbələk
hüceyrələrini müşahidə edin.
2. “Birhüceyrəli və çoxhüceyrəli
orqanizmlərin müxtəlif formalı
hüceyrələri” şəklinə diqqətlə baxın.
3. Mikroskopla müşahidə etdiyinizi şəkildəki obyektlərlə müqayisə edin. Mikroskopla
müşahidə etdiyiniz hüceyrələrin şəklini dəftərinizə çəkin və şəkildə görünən hüceyrə
hissəciklərinin adlarını qeyd edin.
4. Hüceyrələri bir-biri ilə müqayisə edin.
Hüceyrə növü
Hüceyrənin sxematik şəkli
Hüceyrənin quruluş xüsusiyyətləri
– Hüceyrələrin oxşar və fərqli cəhətləri hansılardır?
II fəsil