Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Bakteriya və yosun hüceyrələrinin



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə54/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   307
 
Bakteriya və yosun hüceyrələrinin 
quruluşunu  
tütün mozaikası virusunun 
quruluşu ilə 
müqayisə edin. Onlarda rast gəlinən strukturları  “
+
” işarəsi ilə qeyd edin. 
Strukturlar 
Bakteriya 
hüceyrəsi 
Yosun 
hüceyrəsi 
Tütün mozaikası 
virusu 
Hüceyrə qılafı 
 
Sitoplazma 
 
Nüvə 
 
İrsi material  (DNT və ya RNT) 
 
Qamçılar 
 
Xromatofor 
 
 
 
– 
Hansı əlamətlərinə görə viruslar canlı hesab olunur? 
 
Bakteriya hüceyrəsi
Yosun hüceyrəsi
Tütün mozaikası virusu
 
Fəaliyyət
 
10 
– Hansı virus xəstəliklərini tanıyırsınız? 
– İnsan virus xəstəliklərinə necə yoluxa bilər? 
 
 


 
ı 
43 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
İnsanın virus xəstəlikləri ilə yoluxma yolları. Viruslar insanda müxtəlif xəstə-
liklər əmələ gətirir. Onlar bir neçə yolla sahib orqanizmə düşə bilir. Məsələn, hepatit 
A virusu keyfiyyətsiz qida vasitəsi ilə sahib orqanizmnə daxil olur. Virusların bir 
qismi qanla, steril olmayan tibbi alətlərlə, anadan plasenta vasitəsilə dölə keçir.  
 
Hepatit B, quduzluq, immunçatışmazlığı  və  s. 
viruslar qan vasitəsilə bir insandan digərinə keçir.
 
 
Bir  çox  viruslar  insanın  tənəffüs  yollarına 
nəfəs aldığı havadan, bəzən isə xəstə insanın tə-
nəffüsü zamanı hava-damcı yolu ilə keçir. Belə 
viruslar uzaq məsafələrə aparılaraq epidemiyalar 
yarada  bildiyi  üçün  təhlükəli  hesab  olunur.  Bu 
yolla qrip, çiçək və s. xəstəliklər keçə bilir. 
Qrip xəstəliyinin törədicisi qrip virusudur. Bu 
virus, əsasən, tənəffüs yollarını zədələyir. Xəstəlik 
xəstə insanın tənəffüsü zamanı hava-damcı yolu ilə 
digər  insanlara  kecir.  İnsan  hava-damcı  yolu  ilə 
həm də çiçək virusuna yoluxur. Çiçəklə yoluxma 
zamanı əvvəl tənəffüs yolları, sonra dəri zədələnir.
  
Qızılca xəstəliyi damcı infeksiyasıdır. Bu xəstəliyi törədən virusla yoluxma za-
manı insanda əvvəl  ağız boşluğundan  bronxlara qədər bütün tənəffüs yolları, daha 
sonra dəri  və bağırsağın zədələnməsi müşahidə edilir.  
Uşaqlarda poliomielit (uşaq iflici) adlanan virus xəstəliyinə daha tez-tez rast gə-
linir. Poliomielit zamanı udlaq və bağırsaq, bəzən onurğanın hərəki neyronları zə-
dələnir. Poliomielit hava-damcı yolu ilə su və ərzaq məhsullarıyla, çirklənmiş əşya-
larla, xəstə insanın nəcisindən milçəklər vasitəsilə digər insana keçə bilir. Viruslar 
insandan başqa, bakteriyalarda, göbələklərdə, bitkilərdə, heyvanlarda da xəstəlik tö-
rədirlər. 
 
 
– İnsan özünü virus xəstəliklərindən necə qoruya bilər? 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin