44
1. Uyğunluğu müəyyən edin:
Yoluxma yolları
Xəstəlik
A. Çirklənmiş qida ilə
B. Qan vasitəsilə
C. Hava-damcı yolu ilə
1. hepatit A
2. hepatit B
3. immunçatışmazlığı
4. qrip
5. çiçək
2. Bakteriya və virusları müqayisə edin. Hər bir ifadənin bakteriyalara, viruslara və ya
hər ikisinə uyğun gəldiyini müəyyən edin. Cavabları cədvəldə yazın.
1. İnfeksion xəstəliklər
və epidemiyalar
törədirlər.
2. Hüceyrəsiz həyat formasıdır.
3. Bəziləri avtotrofdur.
4. Qamçıların köməyi ilə hərəkət edirlər.
5. Hüceyrə daxilində çoxalırlar.
6. Nuklein turşularında genetik
məlumatları saxlayırlar.
7. Hüceyrə divarına malikdirlər.
8. Zülal örtüklə örtülür.
9. Sahibin irsi materialına qoşula bilir.
10. Formalaşmış nüvəsi olmur.
11. Bölünmə yolu ilə çoxalır.
3. Əlavə mənbələrdən istifadə edərək virus xəstəlikləri barədə məlumat hazırlayın.
Dostları ilə paylaş: