Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə58/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   307
Membranlı orqanoidlər. Belə orqanoidlər özləri də birmembranlı və ikimem-
branlı olmaqla iki qrupa ayrılırlar. Birmembranlı orqanoidlərə endoplazmatik şəbə-
kə, Holci kompleksi, lizosom, ikimembranlılara isə mitoxondri və plastidlər aiddir.  
Birmembranlı orqanoidlərEndoplazmatik şəbəkə membranla əhatələnmiş ka-
nal və boşluqlar sistemidir. Endoplazmatik şəbəkənin dənəvər və hamar tiplərini ayı-
rırlar. Dənəvər endoplazmatik şəbəkənin membranı üzərində ona “dənəvərlik” verən 
çoxlu ribosom yerləşir. Burada zülal sintez olunur. Hamar endoplazmatik şəbəkədə 
isə karbohidrat və lipidlər əmələ gəlir. Endoplazmatik şəbəkə təkcə maddələri sintez 
edərək kanal və boşluqlarında saxlamır, o həm də bu maddələrin hüceyrə daxilində 
daşınmasını təmin edir. 
Holci kompleksi hüceyrədə  müxtəlif  lövhəşəkilli  boşluqlardan,  kanalcıqlar  və  
qovuqcuqlardan təşkil olunmuşdur. Holci kompleksinin əsas funksiyası hüceyrədə 
yaranan  maddələri  toplamaq  və  onların  hüceyrədən  xaricə  daşınmasında  iştirak 
etməkdir. Bundan başqa, o, lizosomların formalaşmasında və plazmatik membranın 
təzələnməsində iştirak edir.  
Lizosomlar (yun. “lysis” – həll edirəm, “soma” – bədən) içərisində zülalları, kar-
bohidratları və lipidləri həll edən fermentlər olan qovuqcuqlardır. Əsas funksiyası 
hüceyrədaxili həzmdə iştirak etməkdir.  

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin