Müzakirə üçün Virus xəstəliklərinin profilaktikası
Vaksinləşdirmə. Bu zaman bir virusdan digərlərinə qarşı
mübarizədə
istifadə edilir. 1885-ci ildə fransız alimi Lui Paster quduzluq virusuna qarşı
vaksin kəşf etdi. Bu virusu orqanizmə daxil etdikdə xəstəlik törətmir, lakin
xəstəliktörədən virusa qarşı fəal immunitet yaradır.
Kimyəvi terapiya. Bu üsul kimyəvi preparatların viruslara təsirinə əsas-
lanır. Çətinlik ondadır ki, viruslar hüceyrə daxilində onun strukturlarından
istifadə edərək çoxalır və virusa bu üsulla təsir etdikdə hüceyrədə də
maddələr mübadiləsi pozulur.