ı
55
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Bu proses iki mərhələdə baş verir:
transkripsiya və
translyasiya.
Transkripsiya. Zülalın sintezinə hazırlıq zamanı aminturşular ardıcıllığı haqqın-
da kodlaşdırılmış məlumat DNT molekulunun bir zəncirindən komplementarlıq
prinsipinə əsasən m-RNT-yə köçürülür.
Bu proses transkripsiya (lat. “
transkriptio”
– üzünün köçürülməsi), yəni məlumatın üzünün köçürülməsi adlanır.
Yaranan m-RNT-si nüvədən hüceyrənin sito-
plazmasına keçir.
Translyasiya. Zülalların biosintezinin ikinci
mərhələsi
translyasiya (lat. “
translatio” – ötü-
rülmə) adlanır. Translyasiya zamanı zülalın qu-
ruluşu barədə mRNT-sində nukleotidlər ardıcıllığı şəklində yazılan məlumat bu koda
uyğun olaraq ribosomlarda sintez edilən aminturşular ardıcıllığına çevrilir və sonda
polipeptid zənciri yaranır. Translyasiya prosesi ribosomlarda həyata keçirilir.
Dostları ilə paylaş: